Məhkəmə qərarları › İş №2(102)-1217/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1217/2019

22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1217/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı, vəkili X1 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 noyabr 2018-ci il tarixli qərardadından İddiaçı İslam oğlunun kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 noyabr 2016-ci il tarixli qətnaməsi ilə (sədrli k edən K.Bağırov) İddiaçınun Cavabdeh qarşı borcun qaytarılması tələbi təmin edilmiş, Cavabdeh148000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 noyabr 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı İslam oğlunun Cavabdeh qarşı bocrun qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan R espublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 148000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21.04.2012-ci il tarixl i kredit müqaviləsi ilə aldığı 148000 manat pulu iddiaçıya qaytarıb. Tələb üzrə iddia müddəti ötürülüb. Məhkəmə işi araşdırmayıb, iştirakını təmin etməyib. Apellyasiya instansiya məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, baxılan iş üzrə notariusun icra qeydi – icra sənədi mövcuddur. İddia tələbi həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə 150.000 manat pulun verilməsi barədə notarial qaydada təsdiq edilmiş 21.04.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçının ərizəsi əsasında qeyd edilən kredit müqaviləsi üzrə 20 sentyabr 2012-ci ildə icra qeydi verilərək icraya yönəldilmişdir. Apellyasiya instansiya məhkəməsi bu halı əsas tutaraq hesab etmişdir ki, 21.04.2012-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi verildiyindən və həmin sənəd icraya yönəldiyindən hazırki tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Lakin qeyd edilən qərardad qəbul edilərkən işə baxan məhkəmə kollegiyası tərəfindən icra qeydinin icrasız geri qaytarılıb-qaytarılmaması, eyni zamanda qaytarıldığı halda bunun səbələri araşdırılmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 23.1 və 23.1.1-ci maddələrinin tələblərinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən halın araşdırılması və araşdırılma nəticəsində müəyyən olunmuş hallara hüquqi qiymət verilməsi, həmçinin ona görə də əhəmiyyət kəsb edir ki, kassator verdiyi kassasiya şikayətində məhz bu hala istinad edərək qərardadın ləğv edilməsini xahiş etmiş və həmin halın təsdiqi olaraq onun verdiyi ərizə əsasında icra qeydinin notariat orqanına qaytarılmasına dair Bakı şəhəri Binəqədi rayonu icra şöbəsinin 14 dekabr 2012ci il tarixli qərarınıkassasiya şikayətinə əlavə etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaldır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İslam oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar