Məhkəmə qərarları › İş №2(102)-1218/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1218/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1218/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “18” fevral 2019-cu il iş №2(102)-1218/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1,vəkili X2 və Cavabdeh Alişa oğlunun vəkili Vəkil iştrakları ilə, İddiaçı MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2018-ci tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixliqətnaməsi ilə (hakim R.Y.Həsənov 2(010)-4150/2018) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 10574, 65 manat əsas borc pul və həmin borcu cavabdeh iddiaçıya vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% müəyyən edilən 1762, 44 manat məbləğində faiz pulu olmaqla cəmi 12337.09 (on iki min üç yüz otuz yeddi manat doqquz qəpik ) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər: T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.C.Kazımov2(103)-12060\2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qət naməsi ləğvedilmiş, İddiaçı MMC-nin Cavabdeh Alişa oğluna qarşı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməsi nəticəsində pul borcu tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İşin halları İddiaçı MMC Cavabdeh qarşı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində pul borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 11 yanvar 2013-cü il tarixdə İddiaçı MMC-yə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh Sumqayıt şəhərində yerləşən satış nöqtəsi ilə işləmişdir 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayaraq şirkətin xəzinəsinə ödəyirdi. L akin Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti dayandırılaraq 24.12.2014-cü il tarixdə işdən azad olunmuşdur. Fəaliyyət göstərdiyi əazidə pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə ərazidə olan pul vəsaitini yığıb şirkətə təhvil vermədiyindən İddiaçı MMC-yə 10574.65 (on min beş yüz yetmiş dörd manat 65 qəpik) manat məbləğində borcu qalmışdır. Borcu vaxtında ödəməyərək 10574, 65 manat əsas borc pul və həmin borcu vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% müəyyən edilərək 1762, 44 manat məbləğində faiz pulu olmaqla cəmi 12337.09 (on iki min üç yüz otuz yeddi manat doqquz qəpik ) manat məbləğində borc hesablanmışdır. Ona görə də iddiaçı ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və onun iddi ası təmin edilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77, 77.1, 88-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, onun ərizəsinin əsaslı olması nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 və vəkili X4 kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəmə kollegiyasının iclasında təminedilməməsini xahişetdi. cavabdeh vəkili Vəkil kassasiya şikayətinin Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlay ır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəs inin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə icraata xitam verilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1208/17 saylı 23 fev ral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Naxçıva MR İddiaçı MMC-nin Cavabdeh Alişa oğluna qarşı öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulan574,65 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nə ödənilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1208/17 saylı 23 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2017-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Görünündüyü kimi hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmadan, işin bütün faktiki hallarını aydınlaşdırmadan və cavabdehin iştirakını təmin etmədən hazırki iş üzrə qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Yuxarıda göstərilən prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir Cavabdeh Alişa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğvedilməli, işüzrəicraataxitamverilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikay ətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 22 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar