Məhkəmə qərarları › İş №2(102)-1218/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1218/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1218/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, iddiaçının vəkili X3, Cavabdeh və onun vəkili X5 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1777/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnamə sindən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli **********67313 saylı kredit müqaviləsi üzrə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2017-ci il tarixədək əsas borc məbləğinə illik 19% dərəcəsi ilə 1339,56 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4920,54 manat məbləğində penya, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 2957,10 manat məbləğində zərərin əvəzi, cəmi 9217,21 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov, iş № 2(067)-47/2020) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixli **********67313 saylı kredit müqaviləsinə görə, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqav iləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 19% ödəmək şərti ilə 38500 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, **********67313 saylı kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli, 01 saylı əlavəyə görə, kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş kredit müddəti 12 ay uzadılaraq Kredit müqaviləsinin 1.1-ci bəndində 36 ay sözü 48 ay sözü ilə əvəz edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə görə, X4 xx.xx.2013-cü il tarixli, **********67313 saylı kredit müqaviləsi üzrə, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə banka olan borc 27535,64 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 21703,34 manat, faiz borcu üzrə 5832,3 manat. “xxxx” ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2014-cü il ta rixli kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə xx.xx.2018-ci il tarixədək hesablanmış peniyanın məbləği 2334,55 manat təşkil edir. “xxxx” ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan məbləğ 2957,1 manat təşkil edir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə illik faiz dərəcəsi 5% dərəcəsi ilə hesablanan faiz 778,18 manat təşkil edir.xx.xx.2017-ci il tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alındığı təqdirdə, xx.xx.2018-ci il tarixə banka olan borcu 1375,59 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 0,0 manat, fai z borcu üzrə 1375,59 manat təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-138/2018 saylı qətnaməsinə əsasən, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X1 qarşı kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışından sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli **********67313/1 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Xaçmaz şəhəri Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsindəki 2 mərtəbəli, 3 otaqlı, 142,1 kv.m ümumi, 45,7 kv.m yaşayış, 96,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərrac da satılması və xx.xx.2013- cü il tarixli **********67313/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı «xxxx» ASC-nin qarşısında 21703,34 manat məbləğində əsas borc, 5224,31 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 10 manat məbləğində cərimə borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 manat məbləğində çəkilmiş xərclərin, iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 78.000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qə t edilmişdir. «xxxx» ASC tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli, 1584 saylı məktubun surətinə görə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-138/2018 saylı qətnaməsinin icra olunmadan geri qaytarılması və bu barədə Banka məlunmat verilməsi xahiş edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarına görə, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli, 1584 saylı məktuba əsasən Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2(067)138/2018 saylı icra sənədi icra olunmadan geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərm əli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə et məklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çər çivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutu lur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni-tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşə n vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-138/2018 saylı qətnaməsi icraya yönəldilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə xx xxxxxx 2018-ci il tarixli qərarından müəyyən olunur ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Ş öbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli, 1584 saylı məktuba əsasən Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2(067)-138/2018 saylı icra sənədi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bankın hansı səbəblə Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2(067)-138/2018 saylı icra sənədinin geri qaytarılmasını tələb etməsi qeyri-müəyyən qalmışdır. Göründüyü kimi Cavabdeh Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2(067)138/2018 saylı icra sənədinin icrasına, qətnaməsinin icrası qaydasında əmlakın açıq hərracdan satışına və onun tələbkara verilməsinə hər hansı maneə törətməmiş, əksinə iddiaçı bank xx.xx.2018ci il tarixli, 1584 saylı məktuba əsasən Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2(067)-138/2018 saylı icra sənədinin geri qaytarılmasını tələb etməklə müvafiq icra prosedurunun başa çatmasının qarşısını almışdır. Məhkəmənin qənaətinə görə, cavabdeh iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən qaynaqlanan səbəblərlə icrası mümkün olmayan qətnamənin icra edilməməsinə istinadən Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz Nəzərə alınmalıdır ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu isə o deməkdir ki, Cavabdeh Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan mülki-hüquqi məsuliyyət tədbirinə məruz qala bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin zərərin əvəzinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək, qeyd etmişdir ki, iddia tələbi xx.xx.2017-ci il tarixədək əsas borc məbləğinə illik 19% dərəcəsi ilə 1339,56 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizl ər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4920,54 manat məbləğində penyanın tutulmasına dair hissədə əsaslı hesab edilmədiyi üçün, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 2957,10 manat məbləğində zərərin əvəzinin ödənilməsinə dair hissədə də əsaslı hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-1777/2020 ) apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-47/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, bank ilə borclu cavabdeh arasında kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmş və məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Bank özü icra qurumuna müraciət edərək icra sənədinin geri qaytarılmasını tələb etmiş, bankın razılığı ilə ipoteka predmeti olan yaşayış evi satılaraq məhkəmə qətnaməsilə müəyyən edilmiş cəmi məbləğ tam ödənilmişdir. İddiaçı kreditin vaxtında qaytarılmaması nəticəsində banka ziyan dəydiyini iddia edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1 -ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apelyasiya instansiya məhkəməsi iddiaçı tərəfin dəlillərinə qiymət verərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmişdir. İddiaçı özü məhkəmə qərarının icrasının başa çatmasını istəməmiş, cavabdeh də borcunu ödəyərək əmlakı ipotekadan azad etmişdir. Cavabdehin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanması, onun qaytarılmasından boyun qaçırması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində maddi xeyrin əldə edilməsi öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı «xx xx» Açıq Səhmdar Cəmiyyəti (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1777/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində dəlil olaraq göstərilmişdir ki, «… hər iki instansiya məhkəməsi qənaətə gələrkən nəzərə almamışlar ki, cavabdeh İ.Ə.Əlyarovun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və sonuncuya məxsus Xaçmaz rayon Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsindəki 2 mərtəbəli, 3 otaqlı, 142,1 kv.m ümumi, 45,7 kv.m yaşayış, 96,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi mülkiyyətçi və onun ailə üzvləri tərəfindən könüllü olaraq banka təhvil verilməmişdir. Yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qətnamə qanuni qüvvəyə mindikdən 7 ay sonra məcburi icra tədbirləri nəticəsində borc alan tərəfindən ümumilikdə 27326 manat məbləğində ödəniş həyata keçirildikdən sonra ipoteka predmeti yüklülükdən azad edilmişdir.» Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyində cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləğinin 778,18 manat, illik 19 % dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın məbləğinin isə iddia ərizəsində qeyd edildiyi kimi 2957,10 manat, xx.xx.2017-ci il tarixədək əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış adi faizlərin məbləğinin 597,41 manat, illik 15 % dərəcəsi ilə hesablanmış penyanın məbləğinin isə 2334,55 manat təşkil etməsi açıqaşkardır. Bu isə bir daha bankın iddia tələblərində haqlı olduğunu, məhkəmə tərəfindən isə iddia tələblərinin ən azı ekspert rəyinə müvafiq olaraq təmin edilməli olduğunu sübut edir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, iddiaçı tərəfindən tələbinin əsaslılığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq b ankın iddiasını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X9 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1777/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh vəkili X10 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normala rını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1777/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasma dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-nin 449-cu maddəsinin "ondan faydalanmağa görə" müddəası özgənin vəsaitinin qanunsuz saxlanı lması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, MM-nin 449-cu maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki - hüquqi məsuliyyət tədbiridir. Daha öncə qeyd olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmişdir. İddiaçı özü məhkəmə qərarının icrasının başa çatdırılmasını istəməmiş, cavabdeh də borcunu ödəyərək əmlakı ipotekadan azad etmişdir. Hazırki halda cavabdehin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində maddi xeyrin əldə edilməsi öz təsdiqini tapmamışdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məh kəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1777/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar