Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1219/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1219/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, cavabdeh Cavabdeh1 və vəkili X1 oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin04 iyun 2018-ci il tarixli qətnaməsiilə (A.Ş.Mirzəzadə, iş2(004)-28/18) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cav abdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi iddiası qismən təmin edilmiş; 29741,63 manat əsas, 10842 manat faiz borcu olmaqla cəmi 40583,63 manat borcun, 61 manat məhkəmə xərcinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ilkin satış qiymətinin 69000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş2(103)-10054/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-28/2018 saylı iş üzrə 04 iyun 2018-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh3 evdən çıxarılması və evin boşaldılması hissəsində ləğv ed ilməsi, həmin hissədə iddianın qismən təmin olunması, ipoteka predmeti olan evə tutma yönəldildikdən və ev satıldıqdan sonra bir ay ərzində Cavabdeh3 yaşayış sahəsini könüllü tərk etməzsə, həmin evdən məcburi qaydada çıxarılması qət edilmişdir. Cavabdeh1 və vəkili X1 oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh1 cəmi 40805 manat borcun, 61 manat m əhkəmə xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 227a saylı bağ evinə (bundan sonra - ipoteka predmeti) yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ev hərracda satıldıqdan sonra Cavabdeh3 bağ evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Cavabdeh1 və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Mər uzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələ lərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05.03.2014-cü il tarixli, 100820-0001/14 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2la eyni tarixli və saylı ipoteka müqaviləsi bağlanmış, sonuncu mülkiyyətində olan ipoteka predmetini kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpotekaqoyan Cavabdeh2 09.02.2015-ci il tarixdə vəfat etmişdir. Cavabd eh3 ipoteka predmeti olan evdə qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ev satıldıqdan sonra həmin evdə qeydiyyatda olan cavabdehin evdən çıxarılması və evin boşaldılması tələbinin təmin olunması hissəsində maddi hüququ normalarının tələblərini pozmuşdur. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o sa tıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından məlum olur ki, baxılan iş üzrə fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Cavabdeh3 evdə ipoteka qoyanla birlikdə yaşamış ailə üzvü, həmçinin ipoteka qoyan Cavabdeh2 qanun üzrə vərəsəsidir. İpoteka haqqında qanunvericilikdə ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri birbaşa göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə müvafiq olaraq qeyd olunan hiss ədə tələb qismən təmin olunmalı, ipoteka predmetinə tutma yönəldildikdən və ev satıldıqdan sonra bir ay ərzində Cavabdeh3 mənzili könüllü tərk etməzsə, həmin mənzildən məcburi qaydada çıxarılmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 25 sentyabr 2018-ci il tarixli, 2(103)-10054/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-1219/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1219/2019
20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver