Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-122/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 xxxqızına və Cavabdeh2 оğlunа qarşı “istifadə hüququnun tanınması” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdeh2 və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)91 4/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh2 və İddiaçı 01 aprel 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra İddiaçı Cavabdeh2 yaşadığı ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Tərəflərin nikahlarından 04 sentyabr 2006-cı il tarixdə X2 və 15 fevral 2009-cu il tarixdə X5 adlı övladları anadan olmuşlar. Şəki Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan övladları anaları İddiaçı yanında saxlanılmışlar. ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinə dair X1 adına 400 inventar nömr əli texniki pasport tərtib edilmişdir. X4 30 sentyabr 2000-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 xxxqızına və Cavabdeh2 оğlunа qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq qayınatası X1 adına olan ünvan 1 kəndində yerləşən evdən azyaşlı uşaqları ilə birlikdə yaşayış hüquqlarının tanınması, iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə qurаrkən Cavabdeh2 və onun ailə üzvlərinin razılığı ilə həmin vaxt rəsmi qaydada heç bir qeydiyyatı olmayan cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan ünvan 1 kəndində yerləşən fərdi yaşayı ş evinə gəlin köçmüş və 2019-cu ilin noyabr ayınadək həmin evdə yaşamışdır. 2019-cu ilin noyabr ayında iddiaçı və onun uşaqları qeyd olunan fərdi yaşayış evini tərk etmək məcburiyyətində qalmış və iddiaçı həmin vaxtdan uşaqları ilə birlikdə atası evində yaşamaq məcburiyyətindədir. Lakin atasına məxsus evdə uşaqları ilə birlikdə yaşaması üçün lazımi yaşayış şəraiti yoxdur. Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia qismən təmin edilərək, İddiaçı yetkinlik yaşlarına çatmayan uşaqları - 04 sentyabr 2006-cı il təvəllüdlü X2 və 15 fevral 2009-cu il təvəllüdlü X5 ilə birlikdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 400 inventar nömrəli texniki pasport tərtib edilmiş ünvan 1 kəndində yerləşən fərdi yaşayış evinə kö çürülməsi və İddiaçı uşaqları 04 sentyabr 2006-cı il təvəllüdlü X2 və 15 fevral 2009-cu il təvəllüdlü X5 ilə birlikdə həmin evdən istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi “Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Аzərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının istifadə hüququ tələb etdiyi ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdən, yəni iddiaçının həmin evə köçdüyü 2006-cı ildə və bundan sonra rəsmi nikaha daxil olduğu 01 aprel 2006-cı il tarixdə heç kimin mülkiyyətində olmam ışdır. Bu səbəbdən tərəflər аrаsındаkı münаsibətlərə Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.1, 228.2-ci mаddələrinə, Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin (1982-ci il redaksiyası) 123-cü maddəsi tətbiq edilə bilməz. Məhkəmə hesab etmişdir ki, tərəflər аrаsındаkı münаsibətlərə həmin münasibətlərin yarandığı zaman qüvvədə olmuş Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbləri tətbiq edilməli və 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 53, 54-cü mаddələrinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisə predmeti olan evə gəlin köçdüyü ərəfədə cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan fərdi yaşayış evinə keçmiş ərinin, qayınanasının və onların ailə üzvlərinin razılığı ilə köçməklə 2006-cı ildən 2019-cu ilin noyabr ayına dək uşaqları ilə birlikdə həmin evdə yаşаdığından, iddiaçının və uşaqlarının həmin evdə istifadə hüququ vаr və iddia əsaslıdır. Daha sonra məhkəmə göstərmişdir ki, iddiаçı İddiaçı iddia tələbində evdən istifadə qaydalarının müəyyən edilməsini xahiş etsə də, hansı qaydanın müəyyən edilməsi, onun şərtləri, xüsusiyyətləri barədə heç bir dəqiq fikir ifadə etməmişdir. Bu səbəbdən, həmin hissədə tələb dəqiq olmadığından əsaslı hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 xxxqızı və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 24 iyun 2021-ci il tarixli, 2(107)914/2021 nömrəli qətnaməsi ilə (hakim İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh1 xxxqızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-109/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin iddiaçının və onun iki azyaşlı uşaqlarının mübahisəli evdən istifadə hüquqlarının tanınması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmışdır. Çünki, həmin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq cavabdehlər bu evdə yaşayır və bu evdən təyinatına uyğun olaraq istifadə edirlər. Eləcə də, mübahisəli ev in daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması sonuncuların bu evdə yaşamalarına hər hansı bir maneə yaratmır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə, Аzərbаycаn Respublikаsı əvvəlki redaksiyada olan Mənzil Məcəlləsinin 53, 54, 123-cü mаddələrinə istinad edərək göstərmişdir ki, iddiаçı mübahisəli mənzilə köçərkən cavabdeh, yaxud da digər şəxs tərəfindən heç bir qeyd-şərt göstərilməmişdir. Bundan əlavə öyrənilən işdən aydın olur ki, iddiaçıya məxsus cehiz əşyaları hələ də mübahisəli evdədir, həmçinin cavabdehlər də faktiki olaraq keçən bu müddət ərzində iddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilməsi, eləcə də ona məxsus cehiz əşyalarının bu mənzildən çıxarılması ilə bağlı hər-hansı bir iddia qaldırmamışlar. Göstə rilənlər isə təsdiq edir ki, iddiaçı iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüquqlarını yaşadığı evdə də gerçəkləşdirmiş, həmçinin onların mübahisəli fərdi yaşayış evi ilə həm faktiki, həm də hüquqi bağlılığı mövcud olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 xxxqızı və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)914/2021 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi mübahisələndirilən evin hüquqi statusunu müəyyən etməmiş, evin faktiki sahibi olmuş cavabdehin atası X1 adına texniki pasportunun olmasını və bu səbəbdən iddiaçının mübahisəli evə istifadə hüququnun olmamasını nəzərə almamış, köhnə redaksiyada olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddəsini tətbiq etməklə, maddi hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)-914/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şi kayətinə etiraz onunla əsaslandırılmışdır ki, həmin şikayət formal mülahizələrə söykənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən işi hərtərəfli, tam və obyektiv araşdırmış, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 və hər iki cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ka ssasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüq uqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilsə də, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdehlər vermiş və apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda da, cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi eyni dəlillərlə mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən ica rədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları m ülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış bin asının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakı lar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Avropa İnsan Hüquqları Məhkəməsi “X6rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçir ilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar la əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəmə sinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nət icəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddianı təmin edən məhkəmələr mübahisələndirilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mövqelərini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri ilə əsaslandırmışlar. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının köçürülməsi xahiş olunan evə Cavabdeh2 atasının adına texniki pasport tərtib olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Odur ki, iddiaçının həmin yaşayış sahəsinə 2006-cı ildə köçürülməsi nəzərə alınmaqla, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, X4 30 sentyabr 2000-ci il tarixdə, yəni iddiaçının evə köçməmişdən əvvəl vəfat etmişdir. Belə olan hala, məhkəmələr tərəfindən müəyyən edilməli olan digər məs ələ tərəflər arasında hüquq münasibətləri yarandığı anda fərdi yaşayış evinə “gözlənilən” mülkiyyət hüququnun kimə keçməsidir ki, məhkəmələr bununla bağlı ümumiyyətlə araşdırma aparmamışlar. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumu nun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının mübahisəli yaşayış sahəsinə köçdüyü dövrdə, həmin sahənin faktiki sahiblik və istifadə, o cümlədən “gözlənilən” mülkiyyət hüququ üzrə kimə (kimlərə) məxsus olması araşdırılmalı, bundan asılı olaraq iddiaçının istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımın dan düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 xxxqızı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(107)914/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-122/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-122/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver