Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1220/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “18” fevral 2019-cü il iş №2(102)-1220/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:R.K.Mürsəlov; 2(002)-1651/2 018) iddiа qismən təmin edilərək, 09 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 10793,84 ABŞ məbləğində əsas borc, 1795,96 ABŞ dolları məbləğində faiz borcu, və 20 ABŞ dolları cərimə borcu, cəmi 12609, 80 (on iki min altı yüz doqquz dollar səksən sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov, A.N.İmanov; 2(103)-10501/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İd diаçı İddiaçı ASC cаvаbdeh Cavabdehqаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 11264,09 ABŞ məbləğində əsas borcun, 1795,96 ABŞ dolları məbləğində faiz borcuv, 151,90 ABŞ dolları məbləğində cərimə üzrə borcun, ümumilikdə 13211,95 ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə əmri verilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin azaldılması barədə ərizə verərək, 09 aprel 2015-ci il tarixli ************* saylı kredit müqaviləsinə əsasən 15 may 2018-ci il tarixə banka borcu olduğu 10793,84 ABŞ məbləğində əsas borc, 1795,96 ABŞ dolları məbləğində faiz borcu, 151,90 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 12741,70 ABŞ dolları borcun və ödəni lmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2015-ci il tarixli ************* saylı “xxxx” kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətində illik 22 faiz hesablanmaqla 13500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin ********** saylı müqavilə üzrə 09.04.2015-ci il tarixə möcvud olan 13500 ABŞ dolları məbləğində borcu ************* saylı müqavilə üzrə verilmiş kredit vasitəsilə silinmişdir. Bank ilə cavabdeh arasında bağlanmış 09.04.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən borclunun 14 mart 2016-cı il tarixinə olan borcu 126 16 ABŞ dolları məbləğində borcu illik 22 faiz hesablanmaqla 50 ay müddətinə uzadılaraq kapitallaşdırılmışdır. Lakin borclu öhdəliklərini icra etməmiş, nəticədə cavabdehin banka borcu yaranmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək müvafiq ekspertizanı keçrilməsi üçün mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin402, 403.1-cı maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozul ması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflərheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halların dan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 24 noyabr 2014-cü il tarixli ********** saylı nağd pul kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin 6 saylı “Sahil” filialı ilə Cavabdeh arasında 36 ay müddətində illik 22 faiz dərəcəsi ilə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. 24 noyabr 2014-cü il tarixli ********** saylı nağd pul krediti müqaviləsinin ödəniş qrafikində görünür ki, 09.01.2015-ci il tarixdən 24.11.2017-ci il tarixə kimi cavabdeh tərəfindən banka 14000 ABŞ dollları əsas,5416,11 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 19416,11 ABŞ dolları pul ödənilməsi nəzərdə tutulmuşdur. 09 aprel 2015-ci il tarixli ************* saylı “xxxx” kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin 6 saylı “Sahil” filialı ilə Cavabdeh arasında 60 ay müddətində illik 22 faiz hesabl anmaqla 13500 ABŞ dolları məbləğində kredit verilmişdir. 14 mart 2016-cı il tarixli ************* saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən borclunun 14 mart 2016-cı il tarixə olan 12616 ABŞ dolları məbləğində borcu illik 22 faiz hesablanmaqla 50 ay müddətinə uzadılaraq kapitallaşdırılmışdır. İşmateriallarında olan ödəniş qrafikinə əsasən 14.04.2016-cı il tarixdən 14.05.2020-ci il tarixə kimi cavabdeh tərəfindən banka 12616 ABŞ dolları ABŞ dollarıəsas, 6808,16 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 19422,16 ABŞ dolları pul ödənilməsi nəzərdə tutulmuşdur. 15 may 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 15.05.2018-ci il tarixə 10793,84 ABŞ dolları əsas, 1795,96 ABŞ dolları faiz və 151,90 ABŞ dolları cərimə borcu olmaq la cəmi 12741,70 ABŞ dolları borcu vardır. Müqavilə üzrə öhdəliyini 07.07.2016-cı il tarixdən icra etmir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -385-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqav iləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur -430-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. -439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. -439.2-ci maddəsinə əsasən əgər xarici valyutad a olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. - 439.7 Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mall arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhd əsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmasa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvv əl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici vaiyuta ilə göstərilsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dollarının manat məzənnəsi ilə hesablanıb manatla tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1- ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şokayətinin dəlilləri əsassızdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1220/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1220/2019
18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver