Məhkəmə qərarları › İş №2(102)-1222/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1222/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9899/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırzadə, iş № 2(009)-2992/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh borcun əvəzi olaraq 5000 ABŞ dolları və 2000 manatın, dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.Ə.Kərimli və A.Q.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh İddiaçı xeyrinə 5000 manat tutulması, qalan hissədə iddianın rədd olunması qət edilimişdir. İşin halları: 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək illər öncə Cavabdeh 5000 ABŞ dolları və 2000 manat məbləğində borc verməsini, lakin sonuncunun müxtəlif bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırmasını əsas göstərmək lə Cavabdeh həmin pul məbləğlərinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehə ABŞ dolları ilə 5000, manatla 2000 məbləğində pul verməsinə baxmayaraq məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən iddianı qismən, 5000 manat həcmində təmin etməsini əsas göstərməklə qətnamənin qismən ləğv edilib iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qan unla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc münasibəti mövcud olmuş, lakin həmin münasibətlər yazılı formada rəsmiləşdirilməmişdir. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh iddiaçı ilə borc münasibətində olmasını inkar etməmiş və onlar arasında belə bir münasibətin olması mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran məsələ borcun məbləği ilə bağlıdır. İddiaçı iddia etməsinə görə o, cavabdehə 5000 ABŞ dolları və 2000 manat məbləğində borc vermişdir. Cavabdeh isə iddiaçıdan yalnız 5000 manat məbləğində borc almasını etiraf etmişdir. Tərə flərin borc münasibətləri rəsmiləşdirilmədiyindən, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar isə borcun məbləğinin 5000 ABŞ dolları və 2000 manat məbləğində olması barədə nəticəyə gəlmək üçün əsas vermədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı cavabdehin etiraf etdiyi həcmdə təmin etmişdir. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh iddiaçıdan aldığı sübut olunmuş 5000 manatı ona qaytarmamaqla öhdəliyinə əməl etmədiyindən məhkəmə kollegiyası hesab etmiş dir ki, həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar