Məhkəmə qərarları › İş №2(102)-1222/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1222/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü 10.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4093/2024 nömrəli, 19 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.500 manat pulun, məhkəmə xərci olaraq ödənilmiş 120 manat dövlət rüsumunun və 170 manat vəkilə ödədiyi xərcin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, 9.900 manat məbləğində pul vəsaitinin və 120 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2(1 03)4093/2024 saylı qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, F.Abdıyev və C.Musayeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, həmin hissədə iddia tələbi təmin olunmuş, 9.900 manat pul vəsaitinin və 120 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində kassasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4093/2024 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti prosessual müddət ötürülm əklə verildiyindən geri qaytarılmışdır.

7. Daha sonra, cavabdeh (nümayəndə- vəkil Qurbanov Nurlan Qurban oğlu) xx.xx.2025-cü il tarixdə yenidən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4093/2024 saylı, 28 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti ilə müraciət etmiş və şikayətinə qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4093/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin məlumatı olmamışdır. Qeyd edilən qətnamə cavabdehin ünvanına rəsmi qaydada göndərilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4093/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin nümay əndəsi X elektron kabinetinə yerləşdirilmişdir. Lakin, cavabdehin onunla olan müqaviləsi yalnız apellyasiya instansiyasını əhatə etdiyindən və ləğv edildiyindən, həminçinin etibarnamə müddətini bitdiyindən X qətnamə barədə cavabdehə məlumat verməmişdir. Həmin qətnamədən cavabdeh icra məmuru tərəfindən icra şöbəsinə dəvət olunduqdan sonra məlumatı olmuşdur. Bundan sonra o, ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə qətnamə cavabdehə rəsmi şəkildə verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4093/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4093/2024 saylı, 28 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şi kayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair cavabdehin ərizəsi təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisələndirilən qətnamənin şəxsən onun özünə rəsmi qaydada təqdim edilmədiyini, həmin məhkəmə aktının onun apellyasiya instansiyası məhkəməsində hüquq və mənafelərini təmsil edən nümayəndə-vəkili Nümayəndə2 elektron kabinetinə yerləşdirilsə də, etibarnamənin müddəti bitdiyindən bu barədə məlumatlandırılmadığını bildirirərək, müddətin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarında olan cavabdehin adından vəkili Nümayəndə2 verilmiş və notarial qaydada təsdiqlənmiş xx.xx.2 023-cü il tarixli etibarnamənin məzmunundan görünür ki, bir sıra səlahiyyətlərlə yanaşı, məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq səlahiyyəti də cavabdeh tərəfindən nümayəndəyə tapşırılmışdır. Etibarnamənin xx.xx.2025-ci il tarixədək qüvvədə olduğu qeyd edilmişdir.

12. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsinin cavabdehin nümayəndə-vəkilinin elektron kabinetinə yerləşdirildiyi xx.xx.2024-cü il tarixində həmin etibarnamə qüvvədə olmuş, etibarnamənin ləğvi və ya xitamı barədə işə hər hansı məlumat daxil olmamışdır.

13. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə həmin şəxslərin sonradan qətnaməni təkrarən almas ı müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, cavabdehin qətnaməni xx.xx.2025-ci il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin xx.xx.2024cü il tarixdə əldə edilməsi (ona çatdırılması) faktını qüvvədən salmır.

14. Məhkəmə kollegiyası sadalanan normaları nəzərə alaraq qeyd etmişdir ki, cavabdehin ərizəsində istinad etdiyi dəlillər müddəti ötürməsinin üzrlü səbəbləri kimi qəbul edilə bilməz. Bu baxımdan, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olm adığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 405.0.2, 135.6, 135.5, 128.1, 47.1, 49.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmənin arqumentinə münasibətdə qeyd etmişdir ki, əvvəla Umud Abdurrəhmanlı ilə cavabdeh arasında təmsilçilik münasibətləri yalnız Bakı Apellyasiya Məhkəməsində hüquqi xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur. Bu iş materiallarında olan vəkil orderinin təyinatının Bakı Apellyasiya Məhkəməsinə aid olması ilə öz təsdiqini tapır. Yəni vəkil orderi - müvəkkil ilə vəkil arasında bağlanmış müqavilə əsasında verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardım göstərilməsi üçün nəzərdə tutula bilər. Belə olan halda haqlı olaraq Sual olunur ki, vəkil ilə müqavilə bağlanmadığı təqdirdə vəkil Umud Abdurrəhmanlının həmin qətnamədən şikayət vermək hüququ varmı? Be lə ki, vəkil orderi əsasında təmsilçi başqa məhkəmə instansiyasında təmsilçilik göstərə bilməz. (Vəkil orderi və ondan istifadə qaydası haqqında Əsasnamənin 1.5-ci bəndi) həmin qaydaya əsasən hər bir orderdə vəkilin iştirakı üçün yalnız bir məhkəmənin adı yazılmalı və bu order həmin məhkəmədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəkilin iştirakını səlajiyyətli edir. Belə olan halda MPM-nin 135-ci maddəsi (qətnamənin elektron kabinetə yerləşdirilməsi) vəkil Umud Abdurrəhmanlının elektron kabinetinə qətnamənin yerləşdirilməsi heç bir halda qətnamədən şikayət verilməsi üçün müddətin axımının başlanması üçün əsas ola bilməz. Çünki vəkil Umud Abdurrəhmanlının kasasiya instansiyası üçün cavabdehlə təmsilçilik və hüquqi yardım göstərilməsi üçün hər hansı bir müqaviləsi yoxdur, buna görədə o, kasasiya instansiyası üçün səlahiyyətli olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 128.1 prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

20. Maddə 130.1 Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 405.0.1 Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bi lər.

23. Maddə 408.1.1 kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, mülki prosessual hüquq normalarının tələblərini pozduğunu, qətnamədən kassasiya şikayətinin verilməsi üçün mülki prosessual əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mü bahisələndirilən qətnamənin şəxsən onun özünə rəsmi qaydada təqdim edilmədiyini, həmin məhkəmə aktının onun apellyasiya instansiyası məhkəməsində hüquq və mənafelərini təmsil edən nümayəndə-vəkilinin elektron kabinetinə yerləşdirilsə də, etibarnamənin müddəti bitdiyindən bu barədə məlumatlandırılmadığını bildirirərək, müddətin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa edilməsini xahiş etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, mülki iş materiallarında olan cavabdehin adından vəkilinə verilmiş və notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli etibarnamənin məzmunundan görünür ki, bir sıra səlahiyyətlərlə yanaşı, məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq səlahiyyəti də cavabdeh tərəfindən nümayəndəyə tapşırılmışdır. Etibarnamə nin xx.xx.2025-ci il tarixədək qüvvədə olduğu qeyd edilmişdir.

32. Göründüyü kimi, sözügedən qətnamənin cavabdehin nümayəndə- vəkilinin elektron kabinetinə yerləşdirildiyi xx.xx.2024-cü il tarixində həmin etibarnamə qüvvədə olmuş, etibarnamənin ləğvi və ya xitamı barədə işə hər hansı məlumat daxil olmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə həmin şəxslərin sonradan qətnaməni təkrarən alması, müvafiq prosessual müddətin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, cavabdehin qətnaməni xx.xx.2025-ci il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin xx.xx.2024cü il tarixdə əldə edilməsi (ona çatdırılması) faktını qüvvədən salmır.

34. Apellyasiya instansiyası məhkəməsi, sadalanan normaları nəzərə alaraq qeyd etmişdir ki, cavabdehin ərizəsində istinad etdiyi dəlillər müddəti ötürməsinin üzrlü səbəbləri kimi qəbul edilə bilməz. Bu baxımdan, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının poz ulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

35. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəli məsələyə baxarkən, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş və mülki prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)-4093/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar