Məhkəmə qərarları › İş №2(102)-1224/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1224/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1108/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yarasız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 2.900 manat pulun və mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 3.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Qasımov, iş № 2(010)-4787/2019) İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Q eydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0.0864 ha torpaq sahəsində yerləşən 48 №-li, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində 45.62 kv.m ümumi, 31.22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 53 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 447 nömrəli reyestr kitabının 41489 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxxxx 2010-cu il tarixli 50 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 48 saylı evin 53 saylı mənzilinə baxış keçirilərək aşkar edilibki, 57 saylı mənzildən 5 3 saylı mənzilə su axıdılıb və nəticədə mənzilə maddi ziyan dəymişdir. xx xxxx 2018-ci il tarixli 50 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 48 saylı evin 53 saylı mənzilinə baxış keçirilərək aşkar edilib ki, şikayətçinin mətbəxinə nə vaxtsa su axaraq maddi ziyan dəymiş və su axan zaman məlumat vermədiyi üçün suyun haradan axdığı müəyyən edilməmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 127/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 57 saylı mənzildən onun 53 saylı mənzilinə su axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx xxxxxx 2019-cu il tarixli 2(007)- 127/2019 saylı qətnamə ilə X1 İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 289 manat pul tutulmuşdur. Eyni zamanda həmin qətnamə ilə müyyən edilir ki, iddiaçı iddia tələbini xx xxxxxxx 2010-cu il tarixli və xx xxxx 2018-ci il tarixli 50 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib olunmuş aktlarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və kserosurəti çıxarılaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunm uş surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 57 saylı mənzili tam mülkiyyət hüququ üzrə xx xxxx 2014-cü ildə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1543 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 48 saylı evin 53 saylı mənzilə həmin evdə yerləşən 57 saylı mənzilə suyun axıdılması nəticəsində ziyan dəyməsi ilə əlaqədar Bakı şəhər Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 127/2019 saylı qanuni qüvvəsini almış qətnamə mövcuddur. Həmin qətnamə ilə X1 İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 289 manat pul tutulması qət edilmiş və məhkəmə həmin qətnaməni qəbul edilərkən iddiaçının hazırki işdə təqdim etdiyi sübutlar əsasında nəticə vermişdir. İddiaçı cavabdeh, yəni evin yeni mülkiyyətçisi tərəfindən suyun axıdılmasının davam etdiyni təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Əksinə, iddiaçı ilkin izahatında əvvəlki iş üzrə cavabdeh olan şəxsin Cavabdeh yaxını və tanışı olduğuna görə ona qarşı iddia tələbini irəli sürdüyünü bildirməsi, sonradan isə izahatını dəyişib cavabdehin məhz X1 mənzili alaraq evin yeni mülkiyyətçi kimi ona qarşı tələb irəli sürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərin vurulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu halda eyni əsaslarla və eyni predmet barəsində başqa şəxsə qarşı iddia tələbi yolverilməzedir. Beləliklə də, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbi sübut olunmadığı üçün təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-1108/2020) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmi ş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 10/131 №li rəyə görə, 50 №-li MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2010 və xx.xx.2018ci il tarixlərdə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və iddiaçıya məxsus 53 №-li mənzilinə həmin evin 57 №-li mənzilindən su axıdılmışdır. 53 №-li mənzilin daxilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 289,0 manat məbləğində olduğu müəyyən edilmişdir. 57 №-li mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vax t keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 53 №-li mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, mübahisəli mənzillər üzrə xx.xx.2018-ci il tarixli, 17604 №-li ekspertiza rəyi tərtib olunmuşdur. Suyun sızmasının müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İddiaçıya məxsus 53 №-li mənzilə suyun axıdılması, mülki iş materialında olan və 50 №-li MKİS əməkdaşları tərəfindən tərtib olunan akt məlumatlarına əsasən təqribən xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olduğunu nəzərə alaraq, xx.xx.2019-cu il tarixdən (iddianın verilmə tarixi) əvvəl suyun sız ması baş vermişdir. 53 №-li mənzilində yerləşən qonaq otağı, mətbəx və dəhlizin (köhnə təmirli) təmirsiz vəziyyətdə olduğu müəyyən edilmişdir. Apelyasiya instansiya məhkəməsi ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı aşağıdakı qənaətə gəlmişdir: ekspert rəyindən görünür ki, ekspert tədqiqatı Nizami rayon 50 №-li MKİS əməkdaşları tərəfindən xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olunan aktlara əsasən aparmışdır. Həmin aktlar yuxarıda qeyd edilmiş 2(007)-127/2019 №-li mülki iş üzrə iddia tələbinin əsaslandığı sübutlardır; ekspert 53 №-li mənzilin daxilində yaranmış qüsurlara görə vurulmuş maddi ziyanın məbləğini 289,0 manat olduğunu müəyyən etmişdir. 2(007)-127/2019 №-li mülki iş üzrə qəbul edilmiş qətnamə ilə də 53 №-li mənzilə su axıdılması nəticəsində İddiaçı xeyrinə X1 289 m anat pul tutulmuşdur; cavabdehin mənzilinə suyun sızması xx.xx.2019-cu il tarixdən (iddianın verilmə tarixindən) əvvəl baş vermişdir. Ekspert həmin suala cavab verərkən də xx.xx.2010 və xx.xx.2018-ci il tarixlərdə tərtib olunan aktlara istinad etmişdir. Yəni həmin tarixlərdən sonra iddiaçının mənzilinə suyun sızması halı təsdiq olunmur. İddiaçı isə bununla bağlı yeni sübutlar təqdim etmir. Lakin MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının təqdiq etdiyi yeganə sübutlar 2(007)-127/2019 №-li mülki iş üzrə tədqiq olunmuş aktlardır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, B akı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-127/2019 №-li mülki iş üzrə iddia ilə hazırki iddianın dəlilləri eynidir. Hazırda iddiaçı eyni əsaslarla başqa şəxsə - hazırki iş üzrə Cavabdeh qarşı tələb irəli sürsə də, ona məxsus 53 №-li mənzilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)127/2019 №-li iş üzrə xx.xx.2019-cu il tarixdə qətnamə qəbul edildikdən, habelə 57 №-li mənzilin V.Babayev tərəfindən Cavabdeh satıldıqdan sonra suyun axıdılmasını sübuta yetirə bilmir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsin i tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daş ıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1108/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1108/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instans iyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq olaraq apelyasiya şikayətində göstərilənlərə kassasiya şikayətində göstərilənlər eynilik təşkil edi r. Bu halda isə apelyasiya məhkəməsi iddiaçının dəlillərinin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin etmiş və iddiaçıya məxsus olan mənzilə yaxın müddətlərdə su axıdılmadığı, bundan əvvəl vurulmuş zərərə görə isə digər cavabdehə qarşı olan tələbi qismən təmin olunduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməs inin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1108/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar