Məhkəmə qərarları › İş №2(102)-1224/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1224/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mülki hüquq pozuntusu, ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxsə zərərin əvəzinin ödənilməsi, sübutetmə, iddiaya cavab verməli olan şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı “ailə başçısının ölümü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2(103) -6319/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 ilə X6 14 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur.

2. X6 xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də fəhlə vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə elektrik cərayanının təsirindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.

3. Hüseyn Mirzəyevin ölümü ilə bağlı başlanmış cinayət işi üzrə Cavabdeh MMC-də usta vəzifəsində işləyən Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 -ci maddəsi ilə ittiham elan olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Şahid1 əməlində cinayət tərkibi olmadığına görə, ona həmin maddə üzrə bəraət verilməsi qərara alınmışdır.

4. Həmin hökmdə göstərilmişdir ki, Şahid1 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiya hissəsinin elementi kimi cinayətin subyekti vəzifəli şəxsdir, yəni həmin cinayət vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə törədilə bilər. Verilmiş ittihamda təqsirləndirilən şəxsin işə yanaşmasındakı vicdansız və ya laqeyd münasibətin isə nədə ifadə olunması dəqiq qeyd edilməmişdir.

5. Hökmdə həmçinin göstərilmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən “Qurman ” restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış optik kabelin dartılıb bərkidilməsi, yəni gərginlik altında olan 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Hüseyn Mirzəyevin elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ölümünə səbəb olmuş hadisədə təqsiri olan şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə aidiyyati materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

7. Sözügedən hökmdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti xx.xx.2021-ci il tarixdə Səbail rayon prokurorluğuna aşağıdakı məzmunda **********1 saylı məktub ünvanlamışdır: "xxxx" MMC-nin işçisi X3 03 iyul 2021-ci ildə ünvan 3 ünvanında yerləşən “Qurman” restoranının dam örtüyünün yaxınlığından keçən elektrik cərəyanı xəttinə dəyməsi nəticəsində hadisə yerində ölməsi faktı ilə bağlı X10 Xidmətində araşdırma aparılmış, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda H.Mirzəyevin xx.xx.2020-ci il tarixdə fəhlə peşəsinə işə qəbul edildiyi, müəssisədə 5 günlük iş rejiminin olduğu, xx.xx.2021-ci il il tarixdə, həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxmas ı haqqında göstəriş və əmr verilmədiyi, H.Mirzəyevin hadisə yerinə hansı səbəbdən getdiyi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmadığı, nə “Qurman” restoranı ilə, nə də restoranın ərazisində olan 6000 kV-luq elektrik xəttinin və optik kabelin cəmiyyətlə heç bir əlaqəsinin olmadığı göstərilmişdir. Cəmiyyətin icraçı direktoru Elnur Süleymanlı ilə telefon əlaqəsi saxlanılmış və hadisə şahidlərinin izahat verməsi üçün X10 Xidmətinə göndərilməsi xahiş edilmiş, lakin həmin şəxslərin göndərilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən H.Mirzəyevin ölümü ilə nəticələnmiş halın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində n əzərdə tutulmuş hallara uyğun olubolmamasını müəyyən etmək mümkün olmadığından baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmamışdır. Prokurorluq tərəfindən aparılan araşdırma zamanı H.Mirzəyevin ölümünün əmək fəaliyyəti və cəmiyyətin mənafeyi ilə bağlı iş görərkən olduğu müəyyən edildiyi halda müvafiq sənədlər əlavə edilməklə məlumat verilməsi, o cümlədən əmək qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsinin pozulması aşkar olunduğu təqdirdə qəbul edilmiş müvafiq qərarın X10 Xidmətinə göndərilməsi xahiş olunur”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə b aşçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzi qismində birdəfəlik 50 000 manat pulun, həmçinin mərhumun sığorta pulunun və 12 iyul 2018-ci il təvəllüdlü övladı X4 18 yaşı tamam olanadək, yəni 12 iyul 2036-cı ilədək hər ay 400 manatın MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 03 iyul 2021-ci ildə işlədiyi MMC-nin təqsiri üzündən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Belə ki, mərhum həyat yoldaşı 4-5 il cavabdeh şirkətdə metlax ustası vəzifəsində işləmiş və gündəlik 25 manat (aylıq 700-800 manat) məvacib alaraq ailəsini saxlamışdır. Hadisə baş verən gün, yəni 03 iyul 2021-ci il tarixdə cavabdeh MMC-nin rəhbərliyinə məxsus və cavabdeh şirkətin qarşısında yerləşə n “Qurman” restoranında işıqlar sönmüşdü. Bu zaman cavabdeh şirkətin rəhbərliyi mərhum həyat yoldaşı Hüseyn Mirzəyevdən, mərhum mantyor olmadığı halda restoranın işıqlarını bərpa etməsini xahiş etmişdir. X13 də rəhbərliyin tapşırığını yerinə yetirmək üçün sözügedən restoranın işıqlarını bərpa etməyə çalışmış və nəticədə onu tok vuraraq ölmüşdür. Mərhum həyat yoldaşı cavabdeh şirkət tərəfindən sığorta olunmasına baxmayaraq, bugünədək cavabdeh tərəfindən ailə başçısını itirdiyinə görə ona heç bir maddi yardım göstərilməmiş və sığorta pulu ödənilməmişdir. Hal-hazırda ailəsi cavabdehin təqsiri üzündən başsız qalmışdır.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının həyat yol daşı X6 MMC-də əmək müqaviləsinə əsasən fəhlə vəzifəsində işləmişdir. MMC-nin təsisçisi İlham Muradov adlı şəxs olmuş, daha sonra həmin MMC-nin təsisçiliyini həyat yoldaşının adına keçirmişdir. Buna baxmayaraq həmin MMC-nin, həmçinin “Qurman” restoranının sahibliyini İlham Muradov həyata keçirir və orada çalışan işçilər də, həmin şəxsi həm MMC-nin, həm də restoranın sahibi kimi tanıyırlar. MMC-də 5 günlük iş rejimi olsa da, işin xüsusiyyəti ilə əlaqədar olaraq orada işləyən fəhlələr şənbə günləri də işə çıxmışlar. 03 iyul 2021-ci il tarixdə şənbə günü olsa da, iddiaçının həyat yoldaşı X6 ilə birlikdə MMC-də usta işləyən Şahid1 və MMC-də həmin vaxt rəsmi işləməyən, müəyyən fəhlə işlərini görən Şahid2 işdə olmuşlar. Onlar iş yerində olan zaman MMC-nin sahibi İlham Muradov usta Şahid1 mobil t elefonuna zəng vuraraq, MMC-nin qarşısında yerləşən “Qurman” restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola sallanmış kabel xəttini bir qədər hündürlüyə qaldıraraq bağlanmasına göstəriş vermişdir. İddiaçının həyat yoldaşı Hüseyn Mirzəyev və Şahid2 İlham Muradovun göstərişini yerinə yetirmək üçün “Qurman” restoranının dam hissəsinə qalxmış və qeyd olunan kabeli hündürlüyə qaldıraraq bağlayarkən Hüseyn onun başı üzərindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunmuş və onu elektrik cərəyanı vuraraq ölmüşdür. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iş materiallarından da məlumdur ki, mərhum X6 həmin MMC-də fəhlə vəzifəsində çalışmışdır. İş üzrə cinayət işi materiallarında mövcud olan MMC tərəfindən təsdiq edilmiş “Fəhlə barədə vəzifə təlimatının İİ hissəsində sadalanan Vəzifə öhdəliklərindən aydın olur ki, müəssisənin daxilində və ya xaricində elektrik cərəyanı keçən kabelin yerinin dəyişdirilməsi, bərkidilməsi və bu kimi digər işlərin icrası fəhlənin vəzifələrinə aid deyildir. MMC-nin heç bir vəzifəli şəxsi tərəfindən ondan belə bir işin görülməsi xahiş və ya tələb edilməmişdir. Həmçinin hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. Göründüyü kimi, iddia ərizəsində yazılanların tam əksinə olaraq, MMC-də fəhlə vəzifəsində çalışan mərhum X3 baş vermiş hadisə nəticəsində ölməsində MMC-nin heç bir təqsiri olmamışdır. MMC-nin təqsirinin olmaması Səbail Rayon Məhkəməsinin 1(009)- 63/2022 saylı, xx.xx.2022-ci il tarixli bəraət hökmü ilə də tam sübuta yetirilmişdir. Hazırkı hadisədə MMC-nin təqsirli olmadığından ondan ziyan və zərərin ödənilməsinin tələb edilməsi əsassız olmaqla heç bir hüquqi istinadı yoxdur. Ona görə də, iddianın təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən MMC-də fəhlə işləmiş, rəsmi rəhbərləri Elnur Süleymanlı olmuşdur. İlham əvvəllər müəssisənin direktoru olmuş, hadisədən sonra MMC-nin direktorunun İlhamın həyat yoldaşı olduğu ona məlum olmuşdur. MMC-də həftənin 5 günü iş günü olmuş, qalan iki günü iş görməsələr də, ora yığışaraq söhbət edib, çay içmişlər. Mərhum Hüsey nin evi MMC-nin 5 metrlik məsafəsində yerləşdiyi üçün, Hüseyn həmişə orda olarmış. Hadisə günü oğlu əsgərlikdən gəldiyi üçün saat 3-də iş yerinə gəlmiş, bu zaman İlham Muradov onun mobil telefonuna zəng edərək “Qurman” restoranının üstündən sallanan kabeli qaldırıb yuxarıda bağlamaq lazım olduğunu bildirmiş, bundan sonra o Hüseyn və Ramizlə həmin yerə getmişlər. Hüseyn və Ramiz cavan olduğu üçün qabaqda gedərək restoranın damına qalxmış, o isə aşağıdan kabeli qaldırıb onlara vermiş və bu zaman hadisə baş vermişdir. Hadisə günü onu işə heç kim çağırmamışdır və Hüseyni həmin gün kimin işə çağırdığından məlumatı yoxdur.

13. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, MMC-yə ayda 6-7 dəfə gələrək fəhləlik işlərində işçilərə köməklik göstərmiş, rəsmi işçi olma mışdır. Hadisə baş verən zaman MMC-də o, mərhum Hüseyn və Teymur olmuş, həmin gün X14 zəng edərək tapşırıq vermişdir ki, “Qurman” restoranının üstündən sallanan optik kabeli çəkib yuxarıda bağlamaq lazımdır. Bundan sonra o Hüseynlə birliktə gedərək kabeli düzəltmək üçün həmin restoranın damının üstünə çıxmışlar və bu zaman hadisə baş vermişdir. Həmin gün heç kim tərəfindən işə çağırılmamışdır.

14. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 07 iyul 2022-ci il tarixli, 2(009)-1037/2022 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilməmişdir.

15. Məhkəmə sübutları tədqiq edərək müəyyən etmişdir ki, iddiaçının həyat yoldaşının ölümünün təhqiqatı ilə əlaqədar X10 Xidməti tərəfindən komissiya yaradılmamış və istehsalatda baş verən bədbəxt ha disə barədə İZ formalı akt tərtib olunmamışdır.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həyat yoldaşının ölümündə cavabdeh müəssisənin təqsirli olmasına və hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə hesab edir ki, sübutların olmaması irəli sürülən tələbin əsassızlığını təsdiq edir, bu səbəbdən iddia təmin edilməməlidir.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” haqqında qaydaların 2.1-ci və 2.5-ci bəndlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları işə düzgün tətbiq edilməmiş, İlham Muradovun MMCnin vəzifəli şəxsi olması və hadisənin onun göstərişi ilə iş görüldüyü zaman baş verməsi kimi halların müəyyən olunması nəzərə alınmayaraq iş üzrə ədalətsiz nəticəyə gəlinmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 17 noyabr 2022-ci il tarixli, 2(103)-6319/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov ( sədrlik edən və məruzəçi), X.A. Mərdanova və V.N. Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

23. Kollegiya hesab edir ki, iddiaçı müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni mərhum həyat yoldaşının məhz cavabdeh MMC-nin hər hansı işçisinin təqsirli hərəkətləri, yaxud istehsalatda baş verən bədbəxt hadisə nəticəsində vəfat etdiyi öz təsdiqini tapmamışdır.

24. Apellyasiya baxışı zamanı Səbail rayon prokurorluğuna sorğu göndərilərək Hüseyn Mirzəyevin ölümü ilə əlaqədar yenidən cinayət təqibinin başlanıb-başlanmadığı barədə məlumat istənilmiş, həmin orqanın xx.xx.2022-ci il tarixli cavab məktubunda müvafiq təqibin başlanmadığı bildirilmişdir.

25. Məhkəmə qeyd edir ki, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. İşəgötürənin məsuliyyəti isə yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X5 yaratdığı xüsusi kommissiya tərəfi ndən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər.

26. Yəni, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq) müəyyən edilməlidir. Təqsir müəyyən edilmədən işəgötürənin məsuliyyətinin müəyyən edilməsi yolverilməzdir.

27. İşəgötürənin təqsirinin müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilmir, yuxarıda göstərilən Qaydalardan göründüyü kimi aparılmış təhqiqat prosesi nəticəsində təhqiqat aktı tərtib edilir, həmin akt əsasında təqsir müəyyən edilir, İZ aktı da məhz təhqiqat aktı əsasında tərtib olunur.

28. Bununla yanaşı kollegiya iddiaçıya izah edir ki, o, mərhum həyat yoldaşının ölümü ilə nəticələnmiş hadisənin istehsalat xarakterli olması barədə müvafiq İZ aktı tərtib edildikdən və təqsirkar şəxs(lər) müəyyənləşdirildikdən sonra (o cümlədən müvafiq cinayət təqibi nəticəsində təqsirkar şəxs müəyyənləşdirildikdən sonra), həmin əsaslara istinadən yenidən iddia qaldırmaq (ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi barədə) hüququna sahibdir.

29. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Azərbaycan Respublikasıı Nazirlə r Kabinetinin 20 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 1096.1, 1099.1, 1115, 1121.1, 1121.1 və 1121.1.1, 1121.1.2, 1121.1.3, 1121.1.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 82.4, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti id dia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iş materiallarından, cavabdehin izahatından, X5 09 dekabr 2021-ci il tarixli, **********1 saylı məktubdan və xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmündən də göründüyü kimi cavabdeh bədbəxt hadisə baş verən gün dərhal X8 məlumat verərək hadisənin araşdırılmasına şərait yaratmağa borclu olduğu halda bununla bağlı üzərinə düşən vəzifələri yerinə yetirməmiş, hətta X5 çağırışlarına, izahat vermək üçün hadisənin şahidləri olan işçilərin göndərilməsini belə qərəzli olaraq təmin etməmişdir. Bütün bunlar isə istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılmasının və İZ AKTİNİN tərtib olunmasının qarşısının alınması üçün qərəzli şəkildə edilmişdir. Hökmdə istinad olunan X5 09 dekabr 2021-ci il tarixli, **********1 saylı məktubunda qeyd olunanlardan görünür ki, Əmək Müfəttişliyində araşdırmanın aparılmasına məhz MMC mane olmuşdur. X10 də məhz buna əsaslanıb araşdırma aparılmasına şərait yaradılmaması əsası ilə (istehsalatda bəxbəxt hadisə) İz aktı tərtib edə bilmədiyini göstərmişdir. Halbuki məhz X5 yaratdığı xüsusi kommissiya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir, baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi isə yalnız təhqiqat aktı ilə müəyyən oluna bilərdi.

32. Məhkəmə hökmü, qətnamə və araşdırma zamanı verilmiş ifadələr, eləcə də ekspert və mütəxəsis rəyləri onu sübut edir ki, ölümlə nəticələnən bəxbəxt hadisə həqiqətən baş vermişdir və zərərçəkənin bu hadisəyə görə ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İşdə olan sənədlər əsasında rəsmi iş vaxtı olmadığı halda əmək qanunvericiliyinin pozulması ilə işçinin işə çıxarılması nəticəsində iş yerində olması, bu zaman həmin firmanın təsisçisi və faktiki idarəçisi olan İlham Muradovun göstərişi ilə onun tabeliyində işləyən şəxslərin tapşırığı icra etmələri nəticəsində bədbəxt hadisə baş verməsi sübuta yetirilir. Beləliklə baş vermiş hadisə, həmin hadisədə zərərçəkən və zərər vuran, eləcə də, bunlar arasında səbəbli əlaqə iş materialları ilə tam sübuta yetirilir, lakin məhkəmə tərəfindən qeyd olunan hallara hüquqi qiymət verilməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı, konstitusiya ilə müəyyən olunmuş hüququ kobud şəkildə pozulmuşdur.

33. Hesab edir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət ve rməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, ona və övladına həyat yoldaşının ölümü ilə həqiqətən zərər dəymiş, bu zərər təqsirkar olan cavabdehin qanunsuz hərəkətləri yəni, mantyor olmayan, elektrik cərəyanından anlayışı olmayan həyat yoldaşına bununla bağlı tapşırıq verməklə onun ölümünə səbəb olmaqdan ibarət qanunsuz hərəkətləri həqiqətən mövcud olmuş və bu mötəbər dəlillərlə təsdiqini tapmışdır. Bununla belə cavabdeh tərəf baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş zərərin əvəzini ödəməkdən yayınırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

35. Maddə 217.1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərə cəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

36. Maddə 217.3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

37. Maddə 217.5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslar ındandır.

39. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıd ır.

41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

43. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zər ərin əvəzini ödəməlidir.

44. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

45. Maddə 1121.1 və 1121.1.1, 1121.1.2, 1121.1.3 və 1121.1.4. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsas ən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tər əflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-6319/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar