Məhkəmə qərarları › İş №2(102)-1226/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1226/2019

21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1226/2019 21.02.2019 ALİ MƏHKƏMƏ 21 fevral 2019-cu il şəhəri İş № 2(102)-1226/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x2nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-836/2018 saylı, 01 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbi qismən təmin edilərək, iddiaçı x1 ilə cavabdeh x2 arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli, 156/Şm-16 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh x2ndan 69.139,13 manat əsas borc, 6.857,11 manat faiz və 1000 manat cərimə olmaqla, cəmi 76.996,24 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçıx1-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh x2nun mülkiyyətində olan ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, 72.3 kv.m yaşayış sahəsindən, 44.9 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 117.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunan və sait hesabına iddiaçı x1-nin borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin x2na qaytarılması, qeyd olunan əmlakın açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh x2nun fərdi yaşayış evindən çıxmazsa məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-5958/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov, T.Səmədov və İ.Şirinov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-836/2018 saylı, 01 mart 2018-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan evə yönəldilməsi hissəsində dəyişdirilərək, tutmanın ipoteka predmetinin ilkin satış qiyməti 176.0000 manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetinin qiymətlənd iricisinin xidmət haqqı 150 manatın x1 cəmiyyətindən tutularaq x3 hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-5958/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2na qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 09 sentyabr 2016-cı il tarixli, 156/Şm-16 saylı kredit müqaviləsi üzrə yaranmış 69,139.13 manat əsas, 6,857.11 manat faiz, 5,876.90 manat cərimə borcu olmaqla, cəmi 81,873.14 manat məbləğində borcun cavabdeh x2ndan alınaraq x1-nin xeyrinə ödənilməsi, borcun cavabdeh x2 ndan alınaraq x1-nin xeyrinə ödənilməsi, borcun ipotekaya qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh x2na məxsus ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, 72.3 kv.m yaşayış sahəsindən, 44.9 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 117.2 kv.m olan fərdi yaşayış evinə yönəldilərək, açıq hərrac yolu ilə satılması, həmin evin hərracda ilkin satış qiymətinin 120.000 manat dəyərində müəyyənləşdirilməsi, evin hərrac prosesi başa çatdıqdan ən gec bir ay sonra x2 və digərləri (ailə üzvləri) tərəfindən boşaldılması, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən borcunun ödənilməsi, cavabdeh x2 x1 ilə bağlanmış 09 sentyabr 2016-cı il tarixdə 152Şm-16 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində sənədlər təsdiq edilərkən ödənmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh x2ndan alınaraq x1-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-5958/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçının nümayəndəsi x4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, 09 sentyabr 2016-cı il tarixli 152/Şm-16 saylı kredit müqaviləsinə əsasən, iddiaçı x1 cavabdeh x2 illik faiz dərəcəsi 27 % ödənilməsi şərti ilə, 36 ay müddətinə 80.000 manat məbləğində kredit vermişdir. İşdə olan 09 sentyabr 2016-cı il tarixli ipoteka və sonrakı ipoteka müqavilələrindən görünür ki, cavabdeh x2 kredit müqaviləsinin təminatı olaraq ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, 117.2 kv.m ümumi sahəsi, 72.3 kv.m yaşayış sahəsi, 44.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini x1-yə ipotekaya qoymuşdur. İpoteka predmeti 120.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan 27 fevral 2018-ci il tarixli maliyyə arayışdan görünür ki, x2 kredit müqaviləsi üzrə 69.139,13 manat əsas, 6.857,11 manat faiz, 5.876,90 manat cərimə, cəmi 81.873,14 manat borcu vardır. İşdən görünür ki, ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsin də yerləşən, 4 (dörd) otaqlı, 117.2 kv.m ümumi sahəsi, 72.3 kv.m yaşayış sahəsi, 44.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi x2nun mülkiyyətindədir və x1-də ipoteka ilə yüklü edilmişdir. İşdə olan Müstəqil qiymətləndirici x3 tərəfindən verilmiş 23 iyun 2018-ci il tarixli MB-11571 saylı rəyinə əsasən ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, 72.3 kv.m yaşayış sahəsindən, 44.9 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 117.2 kv.m olan fərdi yaşayış 23 iyun 2018-ci il tarixinə olan hesablanmış bazar dəyəri 176.000 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (bo rc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 39.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sö zlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin onun mübahisələndirdiyi hissədə qismən əsaslı olduğundan ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, tutmanın ipoteka predmetinə yönəldilməsi zamanı ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməsi qanunun imperativ tələbidir. İpoteka predmeti olan ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, 72.3 kv.m yaşayış sahəsindən, 44.9 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 117.2 kv.m olan fərdi yaşayış 23 iyun 2018-ci i l tarixinə olan hesablanmış bazar dəyəri 176.000 manat qiymətləndirilmişdir. Buna görə də, ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin verdiyi rəy əsas götürülməklə müəyyən edilməlidir. Bundan başqa, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüq uq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar