Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1226/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi X5 və İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)143/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qərardadında n Cavabdeh2 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurduqları maddi ziyanın əvəzi olaraq 9.900 ( doqquz min doqquz yüz) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər 2019-cu il tarixində ona qarşı Balakən Rayon Məhkəməsində iddia qaldıraraq Balakən rayon Talalar kəndində yerləşən 1.37 ha pay torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinə mül kiyyət hüquqlarının bərpa edilməsi barədə müraciət etmişdirlər. Cavabdehlər ona qarşı iddia qaldırdıqlarından, o, da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, Balakən rayon Talalar kəndində yerləşən, JN 0061 cizgidə göstərilmiş 12975 kv/m (1.30) ha torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün Cavabdeh2 və Cavabdeh1 verilmiş 15000 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 saylı qətnaməsinə əsasən iddiaçıların iddiaları qismən təmin edilərək Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan, Balak ən rayon Talalar kəndində yerləşən 1.30 ha JN 0061 cizgidə göstərilən 12975 kv.m kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilərək Balakən rayon Talalar kənd ərazisində yerləşən, cavabdehlərin mülkiyyətinə qaytarılmış JN 0061 cizgidə göstərilən 1.30 ha kənd təsərrüfatlı torpaq sahəsinə görə alqı-satqı müqaviləsi əsasında ödədiyi 15000 manat məbləğində pulun Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə cavabdehlərdən olan ailə başçısı və digərlərinin razılığı əsasında mülkiyyətlərində olan 1,30 ha kənd təsərrüfatı torpaq sahəsini xx.xx.2008-ci il tarixində 15000 manat pul ödəməklə alqı-satqı yolu ilə almış və h əmin torpaq sahəsinin onun üzərinə istənilən vaxt notariat kontorunda rəsmiləşdirilməsinə, heç bir problemin olmayacağına onu inandırdıqlarından sonra istifadəsində olan həmin torpaq sahəsi üzərində ümumi sahəsi 300 kv.m (30x10) olan heyvanların saxlanması üçün ümumi dəyəri 5.800 (beş min səkkiz yüz) manat dəyərində üstü şifer ilə örtülü tövlə inşa etmişdir. Əgər cavabdehlər həmin torpaq sahəsini ona satmasaydılar o, bu qədər vəsait xərcləməklə zərərə düşməzdi. Eyni zamanda xx.xx.2008-ci il tarixində cavabdehlərdən alqı-satqı yolu ilə aldığı torpaq sahəsini becərmək üçün Dövlət tərəfindən verilən subsidiya ala bilmədikdə torpaq sahəsini notarial qaydada öz adına rəsmiləşdirmək üçün cavabdehləri 2019-cu ilin əvvəllərində Dövlət notariat kontoruna dəvət edəndə onlar əvvəlcə razılıq versələr də, sonradan ondan əlavə olaraq bir neçə min manat pul da tələb etmişlər. O, cavabdehlərə bunun yolverilməz olduğunu, torpaq sahəsini həmin dövr üçün çox yüksək qiymətə satdıqlarını onlara xatırlatsa da, heç bir faydası olmamışdır. İndi başa düşmüşdür ki, cavabdehlər onun sadələyindən səmərəli istifadə edərək ondan küllü miqdarda pul almışlar. Həmin torpaq sahəsini almaqda məqsədi sahibkarlıqla, yəni kənd təsərrüfatı (heyvandarlıq, əkinçilik və.s) ilə məşğul olmaq olduğundan, həm də həmin torpaq sahəsi onun mülkiyyətində yerləşən digər torpaqlarla həmsərhəd olduğundan həmin sahəni almaq və fəaliyyətini gələcəkdə daha da inkişaf etdirmək olmuşdur. Cavabdehlərin tamahı nəticəsində aralarında əsassız narazılıq baş verməyə başlamışdır. O, cavabdehlərə əlavə istədikləri pulu verməyəndə onlar yuxarıda göstərdiyi iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 saylı qətnaməsinin qət etdi hissəsində qeyd edilmişdir ki, “Torpaq sahəsindən çıxarılma və pulun verilməsi eyni vaxtda icra olunsun”. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdehlər tərəfindən ona çatası məbləğ həmən ödənilməmiş və üstündən 4 il müddət keçmişdir. Eyni zamanda istifadəsində olan mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən əkinbiçin işlərinə müdaxilə etdiklərindən, yəni pulu bu gün, sabah qaytaracaqlarını vəd etdiklərinə görə o, həmin dörd il ərzində həmin torpaq sahəsindən istifadə edə bilməmişdir, çünki cavabdehlər pulu qaytarsaydılar, o da öz növbəsində torpaq sahəsini onlara təhvil verməli olardı, əkdiyi məhsul isə sahədə tələf ola bilərdi. İşin məhkəmə qətnaməsi əsasında icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə dəfələrlə müraciət etməsinə baxılmamışdır. Cavabdehlərdən alacağı pul vəsaiti 4 il cavabdehlərdə qalmış, o, həmin məbləği dövriyyəyə buraxa bilməmişdir. Cavabdehlərin pulu vaxtında qaytarmamaları nəticəsində, üstəlik xərc qoyaraq heyvanların saxlanması üçün xərc çəkib inşa etdiyi fermadan da istifadə etməyi məhdudlaşmaqla həmin torpaq sahəsindən də istifadə edə bilmədiyindən ona küllü miqdarda maddi zərər dəymişdir. O, sahibkarlıqla məşğul olduğundan cavabdehlərdən aldığı torpaq sahəsindən bol məhsuldarlıq götürmək üçün torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmiş (gübrə,peyin və.s vermiş) və bunun da nəticəsində bol məhsuldarlıq əldə etmişdir. O həmin torpaq sahəsində qarğıdalı bitkisi və mal-q ara üçün yonca otu becərmişdir,(yonca otu il ərzində 5 dəfə məhsul verir), Bu yaxınlarda eşitmişdir ki, cavabdehlər həmin torpaq sahəsini həmkəndliləri olan başqa bir şəxsə satıblar. Araşdıranda mübahisəli torpaq sahəsinin başqa şəxsə satılması faktı öz təsdiqini tapmışdır. Belə ki, ona çatası pul ona ödənilmədən, cavabdehlər mübahisəli torpaq sahəsini xx.xx.2023-cü il tarixində X1. Mübahisəli torpaq sahəsi üzərində inşa etdiyi, ümumi dəyəri 5.800 manat olan fermanın tikintisinə xərclədiyi pul və ona çatası 15000 manat pulun ödənilməməsi, 4 il ərzində gəlir əldə edə bilməməyi, həmin torpaq sahəsində 4 il kənd təsərrüfatlı məhsulu olan qarğıdalı bitkisi və yaxud da yonca bitkisi becərə bilməməyi nəticəsində ona 4.100 manat ziyan dəymişdir. Cavabdehlər ona ödəməli olduqları pulu vaxtında ödə məyərək eyni zamanda torpaq sahəsindən də istifadə etməyə imkan vermədiklərinə görə külli miqdarda zərərə düşmüşdür.
3. Məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsi ilə İddiaçı, onların ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, ondan və əri Cavabdeh2 15000 (on beş min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin torpaq sahəsindən 2023-cü ilin sonlarına kimi istifadə etmiş, onlar torpaq sahəsini sataraq, aldıqları 15000 manat pulu İddiaçı vermişlər. Bundan sonra İddiaçı torpaq sahəsini onlara təhvil vermişdir. İddiaçı iddia etdiy i 5800 manat dəyərində olan ferma tikilisi onlara məxsus torpaq sahəsində deyil, tam fərqli mülkiyyətçiyə aid torpaq sahəsində inşa edilmişdir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 7 oktyabr 2024-cü il tarixli, 2(019)-159/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 119.00 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi, 50 manat ekspertiza xərcinin İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 0 2 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.37 pay torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə JN 0061 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 2008-ci ilin iyun ayında Cavabdeh2 və Cavabdeh1 Dövlət Aktında göstərilən 61D cizgidə yerləşən 12975 kvm (1.30 ha) torpaq sahəsini notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmadan 15000 manata İddiaçı satmışlar. 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə görə ödədiyi 15000 manatın Cavabdeh2 oğl və Cavabdeh1 alınıb ona verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk id dianın qismən təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2, Cavabdeh1 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş Balakən rayonu Talalar kəndində yerləşən JN 0061 cizgidə göstərilmiş 12975 kvm (1.30 ha) torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün Cavabdeh2 və Cavabdeh1 verilmiş 15000 (on beş min) AZN məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 alınaraq, İddiaçı verilmə si, torpaq sahəsindən çıxarılma və pulun verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. 20 oktyabr 2023-cü ildə Cavabdeh2 və Cavabdeh1 özlərinin və ailə üzvlərinin mülkiyyətlərində olmuş mübahisəli 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla X4 15000 manata satmışlar. 2023-cü ilin sonlarında Cavabdeh2 və Cavabdeh1 ödəməli olduqları 15000 manat pulu İddiaçı vermişlər və İddiaçı mübahisəli torpaq sahəsindən çıxmışdır. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. M ülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
7. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək qeyd etmişdir ki, sadalanan qanun normalarının tələbinə görə daşınmaz əmlak kimi torpaq sahəsinin alqı-satqısı üçün yazılı alqı-satqı müqaviləsi bağlanmalı və həmin müqavilə mütləq formada notarial qaydada təsdiqlənməlidir. Yəni qanun daşınmaz əmlakın, o cümlədən torp aq sahəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin yazılı və notarial qaydada təsdiqlənməsi formasını mütləq qaydada təsbit edir. Torpağın alqı-satqı müqaviləsinin bu formasına riayət edilməməsi həmin müqaviləni etibarsız (əhəmiyyətsiz) edir və belə bir qanunsuz razılaşma tərəflər üçün heç bir öhdəlik yaratmır. Qanunun tələbinə görə belə hallarda restitusiya qaydaları tətbiq edilir, yəni tərəflər aldıqlarını bir-birinə qaytarmalıdırlar. İş materiallarından göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 özlərinin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) torpaq sahəsini 15000 manata İddiaçı satmaları ilə bağlı qanunun tələblərinə riayət edilməmiş, yəni torpaq sahəsinin alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Bu səbəbdən tərəflər arasında torpaq alqı-satqısı ilə əlaqədar həmin razılaşmanın heç bir hüquqi qüvvəsi olmamış, bu razılaşma tərəflər üçün heç bir öhdəlik yaratmamış, İddiaçı sözügedən 1.30 ha(JN 0061 cizgidə göstərilən 12975 kv.metr) torpaq sahəsinə heç bir hüququ yaranmamışdır.Onun həmin torpaq sahəsindən istifadəsi belə qanunauyğun olmamışdır. Belə olan halda, İddiaçı özünün təsərrüfatında olan heyvanların saxlanması üçün ağacdan inşa etdirdiyi, 35 kv/m hissəsinin sözügedən torpaq sahəsində yerləşdiyi, təxminən 300 kv/m sahəsi olan tövlənin inşası üçün çəkdiyini iddia etdiyi 5800 manat pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməsi əsaslı hesab oluna bilməz.
8. Məhkəmə daha sonra qeyd etmişdir ki, nə iddia ərizəsində, nə də təqdim edilmiş sənədlərdə tövlənin nə vaxt tikilməsi məlum deyildir. Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)- 789/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, həmin işə baxılarkən İddiaçı nümayəndəsi torpaq sahəsinin yaxşılaşdırılmasını, abadlıq işlərinin görüldüyünü göstərsə də orada ferma binasının tikildiyini bildirməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, sözügedən tövlə ağacdan inşa edilmişdir, iddiaçının onu söküb götürmək imkanı vardır. Bu halda iddiaçının yaxşılaşdırma xərci olaraq da hər hansı tələb irəli sürməsi qanuna ziddir. Tələbin 4100 manat əldən çıxmış faydaya aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsində torpaq sahəsindən çıxarılma və pulun verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Bu əsasa görə də İdd iaçı 15000 manat pulu alana kimi həmin torpaq sahəsindən istifadə etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, həmin torpaq sahəsində yonca bitkisi olmuşdur. Heyvandarlıqla məşğul olan İddiaçı də torpaq sahəsindən çıxana kimi oradan istifadə etmişdir. Bu halda isə İddiaçı əldən çıxmış faydaya görə 4100 manat tələb etməsi də əsassızdır.
10. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu; Mülki Məcəllənin 21, 139.1, 144.1, 146.1, 146.2, 152.1, 152.5, 157.7, 337.5, 1096, 1097-ci; Torpaq Məcəlləsinin 66, 67, 68-ci; Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara hüquqi qiymət vermədən tərəfindən təqdim olunmuş vəsatəti qiymətləndirmədən bu haqda qərar qəbul etmədən vəsatəti təmin etməmişdir. Belə ki, qətnamə maddi hüquq və prosesual hüquq normalarının pozulması ilə çıxarılmış və məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər Balakən rayon Məhkəməsi Ekspertin verdiyi səhv Rəyini araşdırmadan və hüquqi qiymət verməmiş beləliklə də iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər məhkəmə işə baxarkən məhkəmə iddia tələbi əsasında Ti kinti-texniki ekspertiza keçrmiş bunun da əsasında ekspert Rəyi alınmış mübahisəli torpaq sahəsində inşa etdiyi fermanın 35 kv.m hissəsi, cavabdehlərin həmin mübahisəli torpaq sahəsini sonradan satdıqları X2 adına tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışda torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1.2188 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilinə düşür.
13. Məhkəmə qərardadının 2-ci sualı üzrə tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilən ferma tikilisinin faktiki kordinatları ilə mülki iş materiallarında olan 18 saylı Zaqatala Ərazi dairəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman mübahisə predmeti ola n ferma tikilinin cavabdehə məxsus 0,0698 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Belə ki, naturada təqdim edilən ferma binası ilə cavabdehə məxsus 0,0698 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi biri-birindən 2700 metr aralı məsafədə yerləşir. Lakin məhkəmə belə bir ziddiyətin olmasını məhkəməyə təqdim etdiyi 1998-ci illər və 2020-ci illər üzrə mübahisəli torpaq sahəsinin mövcud vəziyyəti barədə elektron çıxarışda olan ziddiyətləri bilə-bilə, təkrar ekspertizanın keçirməməklə ziddiyətin aradan qaldırılmasını etməli olduğu halda verdiyi vəsatəti təmin etmədiyinə görə və bununla bağlı heç bir araşdırma aparmadan qərar qəbul etməklə səhv nəticə əldə etmişdir.
14. İş materialları ilə tanış olduqda Balakən rayon məhkəməsinin keçiri yi ekspertiza nəticəsi ilə məhkəməyə təqdim etdiyi digər sənədlər cavabdehlər tərəfindən digər vətəndaşın adına özgəninkiləşdirilmiş həmin torpaq sahəsi sənədləri üzrə araşdırılma aparmayan ekspert verdiyi rəy ümumiyyətlə uyğunsuzluq təşkil etdiyindən məhkəmənin verdiyi qərarla tamamlanmamışdır. Bunun da əsasında məhkəmə düzgün qərar qəbul etməmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlər-Zamin Tahirov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2(019)-159/2024 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Kollegiya ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd etmişdir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı (VÖEN **********-fəaliyyəti Aktivdir)-“Çovdarın becərilməsi” ilə məşğul olduğu müəyyən edilmişdir)- və Cavabdeh2 Hüseyn oğlunun (VÖEN **********– Fəaliyyətini müvəqqəti dayandırmış-“Patentlərin alınıb-satılmasının təşkil edilməsi sahəsində fəaliyyət” ilə məşğul olduğu müəyyən edilmişdir) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fizi ki şəxs statusuna malik olması müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. İş mаteriаllаrındаn görünür ki, iddiаçının cаvаbdehlərə qarşı mаddi ziyаn tələbinə dair hаzırki mübаhisə sаhibkаrlıq fəаliyyətinin həyаtа keçirilməsi ilə bаğlı оlаn mübаhisədir. Bu mübаhisə subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə аlınmаqlа Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə uyğun оlаrаq kоmmersiyа mübаhisələrinə аiddir və аidiyyəti üzrə kоmmersiyа məhkəməsində bаxılmаlıdır.
18. Kollegiya sonda qeyd etmişdir ki, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə ba ğlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
19. Məhkəmə qərardadını Azərbaycan Respublikası Konstitusiyasının 62-ci; Mülki Prossesual Məcəlləsinin 24, 26, 32, 365, 387.2.1, 384.0.4, 384.0.6 və 402.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2025-ci il tarixli, 2(107)-143/2025 iş nömrəli qərardadının ləğv edilərək, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız İddiaçı və cаvаbdeh Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyat olması (VÖEN -lərinin olması) əsası ilə iddianın baxılmasının Şəki Kommersiya Məhkəməsinə aid olması qənaətinə gəlmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 25 və 26-cı maddələrinin tələblərinə əsasən, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırki işdə isə, tərəflər arasındakı mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Şəki Apellyasiya Məhkəməsi isə öz qərardadında heç bir əsaslandırma aparmadan, yəni, mübahisənin hansı əsasa görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasını qeyd etmədən, iddiaya kommersiya məhkəmələri tərəfindən baxılmalı olması qənaətinə gəlmişdir. Hansıki, işdən aydın görünür ki, iddiаçı cаvаbdehlərə qarşı v urduqları maddi ziyanın əvəzi olaraq 9.900 ( doqquz min doqquz yüz) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Verilmiş iddiаdаn görünür ki, həmin iddiаnın predmetini 4100 mаnаt məbləğində tоrpаq sаhəsində qаrğıdаlı və yоncа bitkisini becərə bilməməsi və həmin tоrpаq sаhəsində 5800 mаnаt dəyərində tikdiyi fermа binаsının cаvаbdehlərdə qаlmаsı ilə bаğlı ümumilikdə 9900 mаnаt dəyərində mаddi ziyаn tələbi təşkil edir. Həmin iddianın da tərəflərin kommersiya fəaliyyətinə heç bir adiyyatı yoxdur. Əgər analoji mübahisələrin məhkəmə aidiyyatı məsələsinə Şəki Apellyasiya Məhkəməsinin əsaslanması ilə yanaşılsa, onda hər bir halda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olubolmamasından asılı olmayaraq, sahibkarlıq subyektləri arasında olan m übahisələrə kommersiya məhkəmələri baxmalıdır ki, bu da Mülki Prosessual Məcəllənin 25 və 26-cı maddələrinin kobud şəkildə pozulması demək olacaqdır.
23. Şəki Apellyasiya Məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu:
25. Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
26. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir;
27. Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəli rin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır;
28. Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 30. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:
31. Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;
33. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır;
34. Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır;
35. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir;
36. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər;
37. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır;
38. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər;
39. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır;
40. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
41. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətin ə dair mübahisələr üzrə şikayətə baxarkən:
42. Maddə 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: 43. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olm alıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq m əhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı:
44. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişik liklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur;
45. Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəm əsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır;
46. Bənd
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrıl ıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir;
47. Bənd
15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı: 48. “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqla rın müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
50. İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurduqları maddi ziyanın əvəzi olaraq 9.900 ( doqquz min doqquz yüz) manat pulun tutulmasını tələb edir. 51. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarına görə, İddiaçı (VÖEN **********-fəaliyyəti Aktivdir- “Çovdarın becərilməsi” ilə məşğul olduğu müəyyən edilmişdir)və Cavabdeh2 Hüseyn oğlunun (VÖEN **********– Fəaliyyətini müvəqqəti dayandırmış“Patentlərin alınıb-satılma sının təşkil edilməsi sahəsində fəaliyyət” ilə məşğul olduğu müəyyən edilmişdir) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir.
52. Sözügedən iki hal öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının (bu Qərarın 14-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
53. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə al ınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. İş mаteriаllаrındаn görünür ki, iddiаçının cаvаbdehlərə qarşı mаddi ziyаn tələbinə dair hаzırki mübаhisə sаhibkаrlıq fəаliyyətinin həyаtа keçirilməsi ilə bаğlı оlаn mübаhisədir.
54. Bu baxımdan, iddiaçının və cavabdehlərdən birinin mübahisənin predmeti ilə bağlı fəaliyyətləri, habelə həmin tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün q anunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə əsas verir.
55. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 12-ci bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 14-cü bəndi) verilən izahlara zidd olduğu üçün, əsassızdır.
56. Beləlik lə, hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmənin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
57. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-143/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.