Məhkəmə qərarları › İş №2(102)-1227/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1227/2019

26.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1227/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1227/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9245/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili X3 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 22 avqust 2017-ci il tar ixli, 2(008)-1078/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.C.Qarayeva) İddiaçı MMC-nin (bundan sonra iddiaçı təşkilat) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “əldən çıxmış faydaya görə 360.000 manat pul tələbinə dair” ilk iddiası qismən təmin, cavabdehin iddiaçı təşkilata qarşı “dəymiş maddi zərərə görə 170.000 manat, mənəvi zərərə görə 200.000 manat, cəmi 370.000 manat pul tələbinə dair” qarşılıqlı iddiası rədd edilərək, cavabdehdən əldən çıxmış faydaya görə 273.600 manat pulun tutulub iddiaçı təşkilata verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2(103)-1095/2018 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və N.Ş.Cəfərov) apellyasiya şik ayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, ilk iddia ərizəsi rədd olunmuş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı təşkilat və vəkili Ayxan Rüstəmzadə qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli, 2(102)-3911/2018 saylı qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və V.Ə.İbayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarlmışdır. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9245/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “əldən çıxmış faydaya görə 360.000 manat pul tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 13206,7 kv.metr olan torpaq sahəsi iddiaçı təşkilatın mülkiyyət indədir. 2004-cü ildən cavabdeh qeyd olunan ərazinin 0,0467 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Ərazini zəbt etdikdən sonra cavabdeh orada 4 ədəd təsərrüfat obyekti, 1 ədəd mərmər sexi tikərək 2004cü ildən bu günədək son 12 il ərzində həmin obyektləri xxx, xxx, xxx və xxxə icarəyə vermişdir. Ötən müddət ərizəndə cavabdeh hər bir obyektdən hər ay 500 manat miqdarında icarə haqqı əldə etməsi nəzərə alınarsa son 12 il ərzində o, ümumi məbləği 360.000 manat olan gəlir əldə etmişdir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh isə məhkəmədə iddiaçı təşkilata qarşı “dəymiş maddi zərərə görə 170.000 manat, mənəvi zərərə görə 200.000 manat, cəmi 370.000 manat pul tələbinə dair” qarşılıqlı iddia qaldırmış və tələblərini onunla əsasla ndırmışdır ki, iddiaçı təşkilata məxsus hər hansı torpaq sahəsini zəbt etməmiş və həmin təşkilata heç bir zərər vurmamışdır. Əksinə, iddiaçı təşkilat öz hərəkətləri ilə ona maddi, mənəvi zərər vurmuşdur. Belə ki, ünvan 1 ünvanda yerləşən 2000 kv.metr torpaq sahəsi onun mülkiyyətindədir. 13 noyabr 2016-cı ildən 14 noyabr 2016-cı il tarixə keçən gecə iddiaçı təşkilatın əməkdaşları mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin iddiaçı təşkilatın əməkdaşları tərəfindən ona məxsus olan 75 metr uzunluğunda daş hasar uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda ayrı -ayrı icarədarlara məxsus olan əmlaklar da tam yararsız hala salınmışdır. Bunun nəticəsində ona küllü miqdarda maddi zərər dəymişdir. Eləcə də artıq bir neçə aydır ki, həmin ünvanda yerləşən obyektləri digər şəxslərə icarəyə verə bilmədiyi üçün fayda əldə edə bilmir. Bu səbəbədən də ona maddi zərər dəymişdir. Ona dəymiş maddi zərərin məbləği isə 170.000 manat təşkil edir. İddiaçı təşkilatın əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində sarsıntı, iztirab keçirmiş və ona mənəvi zərər dəymişdir və dəmiş mənəvi zərəri 200.000 manat məbləğində qiymətləndirir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndə rmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi kassasiya instan siyası məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarında şərh edilən, icarəyə verilmiş obyektlərin cavabdehin məhz qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsində yerləşib-yerləşməməsi, eləcə də iddiaçı təşkilatın mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd eyni ərazidə yerləşən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi barədə iş üzrə müvafiq ekspertiza keçirilməsinə dair göstərişlərinə əməl etməmişdir. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən iddiaçı təşkilat ilk iddia ərizəsində ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 13206,7 kv.metr olan torpaq sahəsinin mülkiyyətində olduğunu, 2004cü ildən cavabdehi n qeyd olunan torpaq sahəsinin 0,0467 ha hissəsini qanunsuz olaraq zəbt etdiyini, orada 4 ədəd təsərrüfat obyekti və 1 ədədə mərmər sexi inşa edib 2004-cü ildən son 12 il ərzində hər bir obyekti hər ay 500 manata icarəyə verməklə gəlir əldə etdiyini və nəticədə torpaq sahəsindən istifadə edə bilməməsinə görə əldən çıxmış fayda kimi ona 360.000 manat zərər dəydiyini iddia etmişdir. İlk iddia ərizəsinin təmin edilmiş hissəsinə münasibətdə kassasiya instansiyası məhkəməsi qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əs ası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mülki mübahisəyə münasibətdə isə, iddiaçı təşkilatın zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin əsasını həmin təşkilatın adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə ed ilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi mülki hüquq pozuntusuna, deliktə görə məsuliyyətin yaranması üçün dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcud olması tələb olunur. Birincisi, əməl (hərəkət və ya hərəkətsizlik); ikincisi, həmin əməlin hüquqa və ya qanuna zidd olması; üçüncüsü, təqsir (qəsd və ya ehtiyatsızlıq). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalıdır və nəzərə alınmalıdır ki, qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin mövcud olmaması özlüyündə deliktə əsaslanan iddia tələbinin təmin edilməsinə əsas vermir. Kassasiya instansiyası məhkəməsi həmçinin sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırkı mülki mübahisə üzrə cavabdeh o, vaxt mülki hüquqi məsuliyyət daşımağa borcludur ki, iddiaçı təşkilata qarşı hər hansı delikt törətmiş olsun, yəni o, hüquqla və ya qanunla müdafiə edilən iddiaçı təşkilata birbaşa ziyan və ya zərər vurulm asına gətirib çıxaran hər hansı təqsirli, hüquqa zidd əməl törətmiş olsun və nəticədə iddiaçı təşkilat adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuş olsun və işin bu halları möhtəbər yazılı sübutlarla təsdiq edilsin (məsələn, ekspertin rəyi, hüquqi şəxsin döriyyəsini özündə ehtiva edən maliyyə sənədləri və sair). Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının təfisirində səhvə yol verərək, 10 noyabr 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən 2000 kv.metr torpaq sahəsinin cavabdehin, 01 fevral 2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən həmin ünvanda yerləşən 1.2345 ha torpaq sahəsinin iddiaçı təşkilatın mülkiyyətində olmaqla, həmin torpaq s ahələrinin eyni ərazidə yerləşməklə həmsərhəd olmasına əhəmiyyət vermədən, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertizalar keçirib tərəflərin sənəd üzrə və faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsüni, sərhədlərini, eləcə də 4 ədəd təsərrüfat obyektinin, 1 ədəd mərmər sexinin cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən 0,0467 ha torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etmək üçün əsaslandırılmış rəy almadan, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasına, 2004-cü ildən onun tərəfindən iddiaçı təşkilata qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizliyə yol verilib-verilməməsinə aydınlıq gətirmədən, yalnız istintaq orqanının “cinayət işi üzrə icraata xitam verilməsinə dair” 10 may 2017-ci il tarixli qərarına və həmin cinayət işi üzrə alınmış məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 10 may 2017ci il tarixli rəyinə istinad edərək, cavabdehin təqsiri üzündən son 12 il ərzində iddiaçı təşkilatın adi mülki dövriyyə şəraitində əldə edəcəyi 273.630 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmasına dair səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, istintaq orqanının sözügedən qərarı, ekspert rəyi iddiaçı təşkilata məxsus olan torpaq sahəsinin 0,0467 ha hissəsinin 2004-cü ildən cavabdeh tərəfindən məhz zəbt olunması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin rəydən görünür ki, iddiaçı təşkilatın mülkiyyətində 1.2345 ha torpaq sahəsi vardır və sonunc u həmin torpaq sahəsinin sərhədləri daxilində mövcud vəziyyət üzrə 1.1648 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh isə 0,2463 ha torpaq sahəsini hasarlayaraq istifadə edir. İddiaçı təşkilatın mülkiyyətində olan lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,00467 ha hissəsi cavabbeh tərəfindən istifadə olunur. Lakin həmin ərazidə cavabdehin mülkiyyətində torpaq sahəsinin olmasına dair heç bir məlumat yoxdur. İşdən isə görünür ki, iddiaçı təşkilatın mülkiyyətində olan torpaq sahəsi ilə eyni ərazidə 10 noyabr 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsi vardır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, eləcə də MPM-nin 14.1-ci maddəsin in tələbləri baxımından məhkəmə icraatı üzrə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərmədən, qeyd olunan ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən 2000 kv.metr torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair 10 noyabr 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə, işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə təhlil edib tədqiq etmədən, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 218.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, eləcə də istintaq orqanının sözügedən qərarının hazırkı mülki iş üzrə tərəflər üçün predyusial əhəmiyyət daşımamasını nəzərə almadan, xüsus i bilik tələb edən yuxarıda göstərilən suallara aydınlıq gətirmədən, mübahisələndirilən hissədə ilk iddia ərizəsinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, sadalanan prosessual normaların mənasına görə, qətnamə çıxardıqda məhkəmə ilk növbədə sübutları qiymətləndirməlidir, yəni sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir və nəzərə alınmalıdır ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda ol an dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə, rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Azərbaycan Respublikası MPM-nin 101.3 və 205.1-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qər arında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “xx xx ” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Digər tərəfdən işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi istintaq orqanının “cinayət işinin icraatına xitam verilməsinə dair” 10 may 2017-ci il tarixli qərarı ilə mü əyyən edilmiş hallara belə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin qərarda cavabdehin iddiaçı təşkilata məxsus bütövlükdə 0,0467 ha torpaq sahəsini zəbt etdiyi qeyd edildiyi halda, apellyasiya instansiyası məhkəməsi ilk iddia ərizəsini yuxarıda göstərilən məbləğdə təmin etməklə üst-üstə 800 kv.metr torpaq sahəsini icarəyə götürmüş xxx, xxx, xxx və xxxin ödədikləri icarə haqlarını cavabdeh tərəfindən qanunsuz əldə edilmiş gəlir kimi qiymətləndirmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ifadələri alınmış 2013-2014-cü ildən 2016-cı ilin noyabr ayınadək sözügedən torpaq sahəsini cavabdehdən icarəyə götürmələri barədə xxx, xxx, xxx və xxxin ifadələrinə sübut kimi istinad etsə də, iddiaçı təşkilata məxsus torpaq sahəsinin 2004-cü ildən cavabdeh tərəfindən zəbt olun masına dair ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, iddiaçı təşkilatın mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən 0,0467 ha torpaq sahəsindən dəfələrlə çox olduğu halda, 2004-cü ildən ötən müddət ərzində həmin torpaq sahəsindən hər hansı gəlir əldə edib-etməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda bu barədə müvafiq ekspertiza keçirib rəy almadan, yalnız iddiaçı təşkilatın nizamnamə kapitalının 65282 manat təşkil etməsini əsas tutub, həmin halı iddiaçı təşkilatın gəlirlə işləməsi kimi qiymətləndirmiş və iddiaçı təşkilatın 2004-cü ildən ötən müddət ərzində hansı səbəbdən sözügedən torpaq sahəsini cavabdehin geri tələb etməməsinin səbəblərini aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin son 12 il müddət ərzində mübahisəli torpaq sahəsindən hər ay 1.900 manat gəlir götürməsini hansı sübutlara əsasən müəyyən etməsini qətnamədə əsaslandırmamışdır. Halbuki, cinayət işi üzrə ifadəsi alınmış xxxin 2013-cü ilin dekabr ayından 2016-cı ilin noyabr ayınadək hər ay 500 manat icarə haqqı ödədiyi 410 kv.metr torpaq sahəsinin ölçüləri faktiki olaraq zəbt olunduğu iddia edilən 467 kv.metr torpaq sahəsinə bərabər olmuşdur. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsində 13 noyabr 2016-cı ildən 14 noyabr 2016-cı il tarixə keçən gecə iddiaçı təşkilatın əməkdaşları tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmalarını, həmçinin iddiaçı təşkilatın əməkdaşları tərəfindən ona məxsus olan 75 metr uzunluğunda daş hasarın uçurulduğunu və dəmir darvazanın sındırıldığını, həmin ünvanda ayrı-ayrı icarədarlara məxsus olan əmlakların yararsız hala salındığını və nəticədə ona 170.000 manat maddi, 200.000 manat mənəvi ziyan dəydiyini iddia etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqılı iddia ərizəsi üzrə heç bir araşdırma aparmadan, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və y a müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin halları tam, hərtəfləri və obyektiv araşdırılmaqla, lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh və vəkili X3 oğlunun kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)9245/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar