Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1227/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11508/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə, iş № 2(003)-978/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin və əmlaka dair verilmiş etibarnamələrin etibarsız hesab edilməsi, avtomobillərin qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 ilə Cavabdeh1 arasında “Mercedes-Benz E-240” markalı avtomobilə dair bağlanmış xx xxx 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k əri Cavabdeh2 ilə Cavabdeh1 arasında “Mercedes-Benz E-240” markalı ** GS *** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış xx xxx 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqısatqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh11 ilə Cavabdeh9 arasında “Mercedes-Benz E-240” markalı ** XU *** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adından X2 tərəfindən Cavabdeh3 verilmiş xx xxxxxx 2014-cü il tarixli etibarnamənin, həmin etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adından Cavabdeh3 verilmiş xx xxx 2016-cı il tarixli, Cavabdeh4 oğluna verilmiş xx xxx 2016-cı il tarixli, Cavabdeh12 verilmi ş xx xxx 2016-cı il tarixli, Cavabdeh4 oğluna verilmiş xx xxxxxx 2017-ci il tarixli etibarnamələrin, Cavabdeh11 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh11 tərəfindən Cavabdeh12 verilmiş xx xxx 2017-ci il tarixli, Cavabdeh5 verilmiş xx xxxxxxx 2017-ci il tarixli və Cavabdeh6 verilmiş xx xxxxxxx 2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin cavabdehlərdən alınaraq ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək X4 adından yalnız avtomobilin idarə olunması ilə bağlı Cavabdeh3 etibarnamə verməsini, Cavabdeh2 və Natiq Hüseynov tərəfind ən nə Cavabdeh3 və nə də digər cavabdehlərə avtomobilin üzərində sərəncam hüququ verən etibarnamənin verilməməsini və s. əsas göstərməklə qətnamənin dəyişdirilərək iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. H üquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı ilə nikahda olan Cavabdeh2 onlara məxsus avtomobilin idarə edilməsi üçün Cavabdeh3 etibarnamə vermiş və həmin etibarnaməyə Cavabdeh2 adından Natiq Hüseynov imza etmişdir. Bundan sonra cavabdehlər biribirilərinin adlarına etibarnamə verməklə avtomobili biri-birilərinə satmış və sonuncu dəfə avtomobil Cavabdeh1 adından Cavabdeh11 7.000 manata satılmaqla hazırda avtomobil onun mülkiyyəti kimi qeydə alınmaqla adına şəhadətnamə verilmişdir. Müəyyən olunmuşdur ki, xx xxx 2016-cı il tarixdə Cavabdeh2 adından Cavabdeh1la alqı-satqı müqaviləsini xx xxxx 2014-cü il tarixli etibarnamə əsasında Cavabdeh10 bağlamışdır. Lakin Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx xxxx 2014-cü il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh10 adına mübahisəli avtomobilə dair heç bir notariat hərəkəti rəsmiləşdirilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 adından mülkiyyət hüququna dair sərəncam vermək səlahiyyəti Cavabdeh10 verilməmişdir və sonuncu səlahiyyəti olmadan Cavabdeh2 məxsus avtomobili özgəninkiləşdirmişdir. İddiaçı birgə nikah dövründə əldə edilmiş və əri Cavabdeh2 adına qeyd ə alınmış avtomobilə dair Cavabdeh10 verilmiş etibarnamənin əri tərəfindən imzalanmamaqla saxta olmasını, avtomobilin ərinin məlumatı olmadan həmin etibarnamə olmadan Cavabdeh1 adına keçirilməsini bildirərək digər müqavilələrin və etibarnamələrin də etibarsız hesab edilməsini və avtomobilin geri qaytarılmasını tələb edir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız olması özü-özlüyündə ondan sonrakı əqdlərin etibarsız sayılması üçün əsas ola bilməz. Çünki avtomobili rəsmi reyestrdəki qeyd və müqavilə əsasında almış (hazırkı mülkiyyətçi) Cavabdeh9 vicdanlı əldə edən olmaqla onun hərəkətlərində əqdin etibarsız sayılması üçün əsas verən halların olması müəyyən olunmamışdır. Avtomobil Dövlət Yol Polisin də rəsmi reyestrdə qeydə alınan daşınar əşya olduğundan alıcı belə əşyanı əldə edərkən rəsmi reyestr məlumatlarına etibar edir. Reyestrdə əşyanın satıcısının adına qeydə alınması və hər hansı yüklülükdən azad olunması öz əksini tapırsa, həmin məlumatlara güvənərək əşya üzərində hüquq qazanan şəxs vicdanlı alıcı sayılır. Kollegiyaya görə Cavabdeh1 adından Cavabdeh3 verilmiş xx xxx 2016-cı il tarixli, Cavabdeh4 verilmiş xx xxx 2016-cı il tarixli, Cavabdeh12 verilmiş xx xxx 2016-cı il tarixli, Cavabdeh4 verilmiş xx xxxxxx 2017-ci il tarixli etibarnamələrin, Cavabdeh11 tərəfindən Cavabdeh12 verilmiş xx xxx 2017–ci il tarixli, Cavabdeh5 verilmiş xx xxxxxxx 2017-ci il tarixli və Elmar Şükürova verilmiş xx xxxxxxx 2017-ci il tarixli etibarnamələrin, Cavabdeh9 verilmiş xx xxxxxx 2019-cu il tarixli etibarnamələrin, eləcə də avtomobilin Cavabdeh11 və Cavabdeh9 satılmasına dair müqavilələr nəqliyyat vasitəsinin rəsmi Reyestrdə Cavabdeh1 adına olması barədə məlumatlar əsasında bağlanmışdır və həmin şəxslərin avtomobilə dair Cavabdeh1la bağlanmış müqavilənin etibarsız olmasını bilmələri iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayıb qalan hissələrdə iddianı rədd edərkən işin yuxarıda göstərilən hallarına istinad etmiş və nəticəsini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 324, 329.1, 405.1, 650, 140, 148.2, 149.2-ci maddələrinə və MPM-nin 77.1-ci maddəsinə əsaslanmışdır. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni müəyyən olunmuş sü butlara və mübahisəli hüquq münasibətini tənzimləyin maddi hüquq normalarının tələblərinə uyğun sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri iddianın tam həcmdə təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1227/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1227/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver