Məhkəmə qərarları › İş №2(102)-1227/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1227/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1227/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X8 X4 Cəmiyyətin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icarə obyektinin təmirinə çəkilmiş xərclərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5939/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı X8 X4 Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh (bundan sonra – cavabdeh) xüsusi mülkiyyətindədir. 2. 05.07.2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı Körpələr Evi - Uşaq Bağçası MMC (bundan sonra – iddiaçı, yaxud Bağça) arasında bağlanan icarə müqaviləsinə əsasən Cavabdeh ona məxsus mənzili Bağçanın adından X2 icarəyə vermişdir.

3. İcarə müqaviləsinin 1.6-cı maddəsinə görə iddiaçı apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra iddiaçı həmin dəyişiklikləri aradan qaldırmağa, cavabdeh isə onların dəyərini iddiaçıya ödəməyə borclu deyil.

4. Müqavilənin 7.1.2-ci bəndində isə “İcarəçi” icarə haqqını vaxtlı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə, icarə müqaviləsi iddiaçının təqsiri səbəbindən pozulmuş sayılır.

5. Müqavilənin 10.3.1-ci bəndinə görə, əgər müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək cavabdehin təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və sahə satılarsa o, iddiaçının icarə obyektinin təmiri və yenidən qurulması üçün çəkdiyi xərclərin iki mislini (64.000 manat) icarəçiyə kompensasiya şəklində ödəyir. İcarə müqaviləsinin 10.3.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu ilk 5 il başa çatanadək iddiaçının təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa, obyektin təmiri və yenidən qurulması üçün çəkdiyi xərcləri cavabdehdən tələb edə bilməz.

6. Bakı şəhəri, Yasamal Ra yon Məhkəməsinin 2(004)-4035/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Körpələr Evi-Uşaq X4 Cəmiyyətindən 5.440 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur.

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1249/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilməsi, icarə haqqının 6.800 manat müəyyən edilməsi, qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, id dia tələbinin həmin hissədə qismən təmin edilməsi, Bağçadan Cavabdeh xeyrinə 141 manat pulun tutulması, iddianın 5 faizlə pulun tutulması ilə bağlı qalan hissəsində təmin olunmaması və qətnamənin icarə haqqı ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qanuni qüvvəsini almış həmin qətnamə ilə müəyyən olunmuşdur ki, icarə haqqı 5 ay müddətində Bağçanın təqsirindən ödənilməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 nömrəli, 5 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bağçaya qarşı müqavilənin ləğv edilməsi, obyektin təhvil verilməsi və pul tələbinə dair iddia tələbi təmin edilmiş, müqavilənin ləğv edilməsi və mənzilin Bağça tərəfindən Cavabdeh təhvil verilməsi, icarə haqları üzrə yaranmış 10.880 manat məbləğində pul vəsaitinin Bağçadan t utularaq Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.

9. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bağça əvvəllər də müqavilə üzrə öhdəliklərini vaxtında ödəməmiş və icarə haqlarını gecikdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təmiri üçün çəkilmiş 83.300 manat, inventar və avadanlıqlarının qiyməti isə 66.000 manat olmaqla, ümumilikdə, 149.300 manat pul vəsaitinin, 440 manat dövlət rüsumunun Cavabdeh tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mənzil X3 tərəfindən təmir edilmiş, qeyri-yaşayış obyektinə çevrilmiş, xüsusilə, uşaq bağçası kimi fəaliyyət göstərməsi üçün külli miqdarda vəsait qoyularaq təmir edilmişdir. Eyni zamanda yaşayış sahəsinin həyəti xam torpaqdan ibarət idi. Uşaqların həyətdə gəzmələri, oynamaları üçün uşaq bağçası təssərüfatına uyğun olaraq təmir edilmişdir. Bu müqavilənin 1.5-ci maddəsinə əsasən, icarə obyektinin normal fəaliyyətinin bərpası üçün tələb olunan ilkin vəsaitin məbləği 32.000 manat məbləğində müəyyənləşdirilmişdir və bu təmir xərcləri X1 öz vəsaiti hesabına olmuşdur. Təmirin bir hissəsi müqavilə bağlanan tarixədək aparılmış və müqavilədə ilkin xərclər 32.000 manat müəyyən edilmişdir. X3 müqavilə bağlandıqdan sonra külli miqdarda vəsait qoyaraq təmir işlərini yekunlaşdırıb bağçanı işə salmışdır. Bağça işə düşəndən bir müddət sonra pandemiya şə rtlərinə əsasən fəaliyyətini dayandırmalı olmuşdur. Həmçinin, Əmlak Qiymətləndirmə Mərkəzinə müraciət edilərək qiymətləndirmə rəyi hazırlanmışdır. Rəydə mənzilə sıfırdan çəkilən təmir xərcləri, həmçinin inventar və avadanlıqları ilə birlikdə bu günə olan dəyəri 149.300 manat təşkil edir. Belə ki müvafiq ünvanda inşa edilmiş 238 kv.mlik, 2 mərtəbədən ibarət binanın sıfırdan təmiri 1 kv.m-i üçün 350 manat olmaqla 83.300 manat civarında, inventar və avadanlıqlarının qiyməti isə 66.000 manat təşkil edir. İddiaçı bağçanı işə saldıqdan sonra cavabdehin qızı bağçaya gəlmiş və bağçanı təmirli və işlək görəndən sonra bağçanı işlətmək həvəsinə düşərək müxtəlif bəhanələrlə müqavilənin ləğvinə nail olmağa çalışmışdır. Hazırda, cavabdeh onların mövcud obyektdə fəaliyyət göstərməsini istəmir. İcarə müqa viləsinin 8-ci maddəsinə əsasən bu müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Mehriban Əfəndizadə).

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 10.3.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək cavabdehin təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ya mənzil satılarsa cavabdeh iddiaçının təmir və yenidənqurulma üçün çəkdiyi xə rclərin iki mislini, yəni 64.000 manatı iddiaçıya kompensasiya şəklində ödəyir. Həmin müqavilənin 10.3.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu ilk 5 il başa çatanadək iddiaçının təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa obyektin təmiri və ya yenidən qurulması üçün çəkdiyi xərcləri cavabdehdən tələb edə bilməz.

14. Belə ki mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2022-ci il və 17 mart 2023-cü il tarixli qətnamələri ilə tərəflərin arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, obyektin təhvil verilməsi və icarə haqlarının tutulması qət edilmişdir. Həmin qətnamələrlə Bağça tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyi, icarə haqlarını gecikdirdiyi işin mübahisəsiz halı kimi təsbit edilmişdi r. Belə olan halda, hazırkı iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsinin iddiaçının təqsiri ucbatından pozulması mübahisəsiz hal kimi qəbul edilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən məhkəmə qətnamələrinin icra edilmədiyi də tərəflərin izahatı ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilə icarəçinin təqsirindən pozulduğu halda təmir və yenidən qurma xərclərin icarəyə verəndən tələb edə bilməməsi barədə şərti razılaşdırmışlar. Müqavilənin etibarlılığı, o cümlədən həmin şərt iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən tərəflərin razılığına əsasən ayrılması mümkün olmayan inventar və avadanlıqların dəyərini tələb etməkdə haqlı olmamışdır.

16. Digər tərəfdən ayrıla bilən avadanlıqlarla ba ğlı cavabdehin hər hansı bir tələbi yoxdur. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 6.2, 389.1, 390.1, 417.3, 442, 448.1, 680.2, 700.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5939/2023 nömrəli, 7 n oyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cəmilə Musayeva sədrlik edən, məruzəçi, Fuad Babayev və Günay Axundova).

20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən icarə müqaviləsinə xitam verilməsi iddiaçı tərəfindən müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində baş verdiyi iddiaçı və cavabdehin tərəf olduqları başqa mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 5 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş çərçivəsində bu halların müzakirə edilməsi istisna olunur.

21. Belə ki müqavilə yə xitam verilməsinə əsas olmuş hallar məhz icarəçinin-iddiaçının icarə müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi ilə əlaqədar olmuşdur. Yuxarıda qeyd olunduğu kimi bu hallar hazırkı icraatda mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

22. Məhkəmə kollegiyası iddianın “inventar və avadanlıqların qiyməti olaraq 66.000 manat məbləğində pulun ödənilməsi” hissəsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə, həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsində müqaviləyə xitam verildikdən sonra icarəçinin icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini imperativ şəkildə tələb etmək hüququnun yaranması nəzərdə tutulmayıb.

23. Bundan başqa iddiaçının müvafiq əşyaları Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb etmədən, birbaşa dəyərini tələb etməsi qanuna ziddir, çünki natura şəklində alınmalı əmlakın qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə cavabdehdən alınmalı əmlakın dəyərinin tutulması mümkündür.

24. Daha sonra qeyd edilməlidir ki, hazırda müvafiq avadanlıqların iddiaçıya qaytarılması ilə bağlı tərəflər arasında hər hansı mübahisənin mövcud olması, cavabdehin həmin əmlakı iddiaçıya qaytarmaqdan imtina etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Tərəflərin apellyasiya icraatı qaydasında işə baxılan zaman verdikləri izahatlardan göründüyü kimi iddiaçı icarə müqaviləsinin predmeti olan sahəni hələ də tərk etməmişdir, dəyərini tələb etdiyi əmlaklar da cavabdehin yox, onun sahibliyindədir. Müəyyən edilmiş bu hal da hazırki mübahisəyə hətta Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiqini də istisna edir.

25. Apellyasiya şikayətindəki obyektin sayğaclarını qeyri-əhali istehlak qrupuna keçirilmədən, əhali qrupunda icarəçiyə təhvil verilməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal hazırki mübahisənin həllinə təsir edən hal deyil və bu səbəbdən də hazırkı icraat qaydasında həmin halın araşdırılmasına zərurət yoxdur. İddiaçının icarə müqaviləsi qüvvədə olduğu zaman istifadəsi üçün yararlı vəziyyətdə icarə predmetindən istifadəni icarəçiyə-ona vermək öhdəliyini müqavilədə nəzərdə tutulan qaydada icra etməsini icarəyə verəndən tələb etmək hüququ var idi. Yəni, iddiaçı icarəyə verilən əşyanın onun istifadəsi üçün yararlı vəziyyətdə olmadığına, cavabdehin müqavi lə şərtlərini faktiki pozduğuna istinadən 23 avqust 2019-cu il tarixli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etməklə əvvəl cavabdehə, mübahisə yarandığı təqdirdə isə məhkəməyə müraciət edə bilərdi. Halbuki hazırki işin materiallarına əsasən iddiaçının müqavilənin qüvvədə olduğu zaman yaranması ehtimal edilən bu hüquqdan istifadə etdiyi müəyyən edilmir.

26. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 152.1, 152.5, 157.2, 157.5, 386.1, 389.1, 442, 443, 445, 448, 700.1, 700.3, 705-ci maddələrinə, “İcarə haqqında” Qanunun 7-ci maddəsinə, habelə MPM-in 14.1, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verə rək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin mənzili qeyri-yaşayış obyekti kimi icarəyə verməsinə baxmayaraq kommunal xidmətlərlə yeni müqavilə bağlamaması halına qiymət verməmişdir. Belə ki Bağça kommunal xidmətlərlə bağlanmış müqavilələr olmadan fəaliyyət göstərə bilməzdi, bu isə müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulmasını sübut edir.

29. Kassator şikayətini MPM-in 9.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarş ı etiraz təqdim edilmişdir.

31. Etiraz iddia tələbinə qarşı cavabdehin birinci instansiya məhkəməsində verdiyi etirazla eyni məzmunda əsaslandırılmış, kassasiya şikayətinin əsassız olduğu üçün təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21.1. Zərəri n əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 38. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər, vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəs ində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

41. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Ma ddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

53. Belə ki birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən icarə müqaviləsinə xitam verilməsi iddiaçı tərəfindən müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində baş verdiyi iddiaçı və cavabdehin tərəf olduqları başqa mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 5 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş çərçivəsində bu halların müzakirə edilməsi istisna olunur.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqaviləyə xitam verilməsinə əsas olmuş hallar məhz icarəçinin-iddiaçının icarə müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi ilə əlaqədar olmuşdur. Yuxarıda qeyd olunduğu kimi bu hallar hazırkı icraatda mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

55. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddianın “inventar və avadanlıqların qiyməti olaraq 66.000 manat pulun ödənilməsi” hissəsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, mülki qanunvericilikdə, həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsində müqaviləyə xitam verildikdən sonra icarəçinin icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini imperativ şəkildə tələb etmək hüququnun yaranması nəzərdə tutulmayıb.

56. Bundan başqa, iddiaçının müvafiq əşyaları Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb etmədən, birbaşa dəyərini tələb etməsi qanuna ziddir, çünki natura şəklində alınmalı əmlakın qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə, cavabdehdən alınmalı əmlakın dəyərinin tutulması mümkündür.

57. Daha sonra qeyd edilməlidir ki, hazırda müvafiq avadanlıqların iddiaçıya qaytarılması ilə bağlı tərəflər arasında hər hansı mübahisənin mövcud olması, cavabdehin həmin əmlakı iddiaçıya qaytarmaqdan imtina etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Tərəflərin apellyasiya icraatı qaydasında işə baxılan zaman verdikləri izahatlardan göründüyü kimi iddiaçı icarə müqaviləsinin predmeti olan sahəni hələ də tərk etməmişdir, dəyərini tələb etdiyi əmlaklar da cavabdehin yox, onun sahibliyindədir. Belə olan halda bu fakt da hazırkı mübahisəyə hətta Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiqini də istisna edir.

58. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində cavabdehin obyektin sayğaclarını qeyri-əhali istehlak qrupuna keçirmədən, əhali qrupunda iddiaçıya təhvil verməsi ilə bağlı dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu fakt hazırkı mübahisənin həllinə təsir edən hal deyil və bu səbəbdən də hazırkı icraat qaydasında həmin halın araşdırılmasına zərurət yoxdur.

59. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəl illəri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X8 X4 Cəmiyyətin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2(103)-5939/2023 saylı qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar