Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1229/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 25 » fevral 2019-cu il İş № 2(102)-1229/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnam əsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5650 (beş min altı yüz əlli) ABŞ dolları 15 (on beş) sent əsas, 2189 (iki min bir yüz səksən doqquz) ABŞ dolları 43 (qırx üç) sent faiz, 1000 (bir min) ABŞ dolları məbləğində cərimə, cəmi 8839 (səkkiz min səkkiz yüz otuz doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent kredit borcunun ödəniş günunə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30(otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin qeyd edilən borcun ödənilməsinə yönəldilməsi, həmin k redit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması və həmin mənzilin İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli, 2(103)4063/2018 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi R.Qurbanov və A.İmanov) apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinin ilkin satış qiyməti 28000 manat müəyyən edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5650 (beş min altı yüz əlli) ABŞ dolları 15 (on beş) sent əsas, 2189 (iki min bir yüz səksən doqquz) ABŞ dolları 43 (qırx üç) sent faiz, 15469 (on beş min dörd yüz altmış doqquz) ABŞ dolları 62 (altmış iki) sent cərimə, cəmi 23309 (iyirmi üç min üç yüz doqquz) ABŞ dolları 20 (iyirmi) sent kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bi ldirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanda olan 0,2238 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində 37.6 kv.m ümumi, 29,7 kv.m. yaşayış sahəsində ibarət 2 otaqlı 88 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmeti olan həmin mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzilə istifadə hüququnun itirlməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzil in boşaldılması və «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarını nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməməklə kobud şəkildə pozmuş nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili M.B.Süleymanov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan süb utlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.01.2010-cu il tarixli, *********saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 fevral 2013-cü il tarixli, ********* saylı kredit razılaşmas ına əsasən iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 15000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Eyni zamanda «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında 19 yanvar 2010-cu il tarixli zaminlik müqavilələri bağdanmış və onlar borcu Cavabdeh1 qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşlar. Cavabdehlər qeyd olunan müqavilələr üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməmiş və nəticədə onların banka Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyu l 2016-cı il tarixli, 9285 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 5650 (beş min altı yüz əlli) ABŞ dolları 15 (on beş) sent əsas, 2189 (iki min bir yüz səksən doqquz) ABŞ dolları 43 (qırx üç) sent faiz, 13569 (on üç min beş yüz altmış doqquz) ABŞ dolları 22 (iyirmi iki) sent cərimə kredit borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən müştərək qaydada 1000 ABŞ dolları cərimə borcu tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Qanunvericiliyin tələblərinə əsaslanaraq apellyasiya şikayətindəki dəli lləri əsassızdır. Həmin dəlillər yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, borc məbləği cavabdeh tərəfindən mübahisələndirilsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; ape llyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 -ci maddəsinə əsa sən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağa öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedi kdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1 -ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilm iş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “ İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədi icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmı ş və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilm ədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1229/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1229/2019
25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver