Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1229/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1229/22 (Açar sözlər: ipoteka predmetinə yönəltmə) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh oğluna qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-15/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı BOKT ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 23.06.2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 24% olmaqla 60 ay müddətinə 45.000 (qırx beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Fuad Qasımzadə küçəsi 56A nömrəli fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka ilə yüklü edilmişdir. 2. 20 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh oğlunun kredit müqaviləsi üzrə 42798,85 ABŞ dolları əsas borcu, 5934,59 ABŞ dolları faiz borcu, 9360 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 58093,44 ABŞ dolları məbləğində borcu vardır.
3. İddiaçı BOKT ASC çoxsaylı şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 42798,85 ABŞ dolları əsas, 5934,59 ABŞ dolları faiz, 9360 ABŞ dolları cərimə, cəmi 58093,44 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 nömrəli fərdi evə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin İddiaçı BOKT ASC-yə borcunun ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə, ünvan 1 nömrəli fərdi evdən çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(060)14262/2016 nömrəli qətnaməsi ilə (hakim T.Mahmudova) iddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh oğlu və İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 23.06.2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, 23.06.2015-ci il tarixli 2015/00054-01 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 42798,85 ABŞ dolları əsas borc, 5934,59 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 48833,44 (qırx səkkiz min səkkiz yüz otuz üç dollar qırx dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh oğlundan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 23.06.2015-ci il tarixli 2015/0005401İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş ünvan 1 nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və satış dan əldə olunan məbləğin 48833,44 (qırx səkkiz min səkkiz yüz otuz üç dollar qırx dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ipotekaya qoyulmuş ünvan 1 nömrəli fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh oğlu evi tərk etmədiyi halda onun evdən məcburi çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfində n kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklər lazımınca və vaxtında icra edilməniş, nəticədə müqavilə üzrə 58093,44 ABŞ dolları məbləğində borc yaranmışdır.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 442, 448.1, 421.2, 462.1, 467, 317.1, 319.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
8. Cavabdeh oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, manatın devalvasiyasından sonra hamı kimi onda da kredit borcunu ödəməkdə çətinlik yaranmışdır. Əslində o ABŞ dolları ilə deyil, manatla kredit götürmək istəsə də, iddiaçı tərəfindən ona başqa seçim verilməmişdir. Həmçinin, bank tərəfindən faizlər hədsiz dərəcədə şişirdilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Apellyasi ya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-151/2019 nömrəli, 13.12.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 10 mart 2020-ci il tarixli, 1075 saylı rəyi ilə 23 iyun 2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsində qeyd olunmuş şərtlər nəzərə alınmaqla Cavabdeh oğlunun 20 iyul 2016-cı il tarixə İddiaçı BOKT ASC-yə olan borcunun ümumilikdə 48.705,84 ABŞ dolları məbləğində, həmin məbləğin 42.799,51 ABŞ dollarının əsas borc və 5906,33 ABŞ dollarının isə faiz borcu olması müəyyən edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qərardadları ilə ilkin və təkrar məhkəmə-əmtəəşünaslıq eksperti zaları təyin edilmişdir. 12. "xxxx" MMC-nin 13.01.2020-ci il tarixli, A-04/306 saylı qiymətləndirmə rəyinə əsasən, Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 100.000 manatdır. 13. “PATRON-L MMC”-nin 02 oktyabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 60.000 manat və likvid dəyəri 55.000 manatdır.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin 01 mart 2021-ci il tarixli, 01/44094 saylı arayışına əsasən, Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 105.000 manat təşkil edir.
15. Alınan rəylər arasında kəskin fərq olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin 01 mart 2021-ci il tarixli, 01/44094 saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakın dəyərinin reallığını özünə əks etdirdiyinə görə, həmin rəy əsas götürülməklə digər rəylərə tənqidi yanaşaraq Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 105.000 manat məbləğində müəyyən edilməlidir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Quliyev – sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) 2(105)-15/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14262/2016 nömrəli, 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin «Cavabdeh oğlundan 5934,59 ABŞ dolları faiz borcu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borcunun 5906,33 ABŞ dolları məbləğində və «Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin» hissəsində dəyişdirilib Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 105.000 (yüz beş min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Cavabdeh oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş in yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış və qeyd etmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borc lu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla, hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh bildirir ki, manatın devalvasiyasından sonra kredit borcunu ödəməkdə çətinlik yaranmışdır. Əslində, o, ABŞ dolları ilə deyil, manatla kr edit götürmək istəsə də, iddiaçı tərəfindən ona başqa seçim verilməmişdir.
35. Məhkəmə kollegiyası bildirir ki, qeyd olunan hallar işin faktiki hallarıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, Ali Məhkəmədə işin faktiki halı araşdırılmır. Mülki Prosessual Məcəlləyə (§30) əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin və təkrar ekspertizalar keçirilərək zəruri qiymətləndirmə rəyləri alınmış, borc məbləği müəyyən edilmiş, iş üzrə gəlinən nəticə müvafiq rəylər və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılm ışdır.
37. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstə rilən hallar işin materiallarına uyğun olsun.
39. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r (MPM-nin 88-ci maddəsi).
41. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-15/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət idir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova