Məhkəmə qərarları › İş №2(102)-1230/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1230/2019

12.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1230/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-1230/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-xx/18) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 26.12.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasının ləğv edilməsi, 26.12.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 85 285.78 ABŞ dolları məbləğində kredit borcu, 39 468.16 ABŞ dolları məbləğində faiz borcu və 6 000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 130 753.94 ABŞ dolları (yüz otuz min yeddi yüz əlli üç ABŞ dolları, doxsan dörd sent)məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və 30 manat məbləğ ində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1b ünvanındakı 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 110 000.00 (yüz on min) manat müəyyən edilərək açıq hərracda satılması və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 pulun çatışmayan məbləğin müştərək şəkildə ümumi qaydada tutulması, mənzilin satışından artıq qalan məbləğin mənzilin mülkiyyətçisinə qaytarılması, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1b ünvanındakı 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzilin satıldıqdan ən geci bir ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)xx/18)apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmı şdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə kredit razılaşması üzrə 85 285.78 ABŞ dolları məbləğində kredit borcu, 39 468.16 ABŞ dolları məbləğində faiz borcu və 68 382.86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 193 136 (yüz doxsan üç min yüz otuz altı) ABŞ dolları 80 (səksən) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərndən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1b ünvanında 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzilə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və 193136 (yüz doxsan üç min yüz otuz altı) ABŞ Dolları 80 (səksən) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 mana txidmə t haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1b ünvanında 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 həmin mənzilə istifadə hüquqlarının itirilmələrinə, onların həmin mənzildən çıxarılmalarına, mənzilin boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şika yətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi apellya siya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24.12.2014-cü il tarixli 026L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 (bir yüz iyirmi) ay müddətinə 500 000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Eyni tərəflər arasında bağlanmış 26.12.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında bank tərəfindən kredit alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 100 000 (bir yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 25.12.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1b ünvanındakı binanın 6-cı mərtəbəsində yerləşən Cavabde h3 mülkiyyətində olan 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Habelə, İddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyəti üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunmuş Maliyyə arayışından görünür ki, Cavabdeh1 26.12.2014-cü il tarixli kredit razılaşması üzrə 13.11.2017- ci il tarixə borcu əsas məbləğ üzrə 85 285.78 ABŞ dolları məbləğində kredit borcu, 39468.16 ABŞ dolları məbləğində faiz borcu və 68 382.86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cə mi 193 136 (yüz doxsan üç min yüz otuz altı) ABŞ dolları 80 (səksən) sent məbləğində pul təşkil edir. xx xxx 2018-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş 0256/18/AB saylı Heba Consulting MMC tərəfindən verilmiş rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1b, 13 saylı mənzilin bazar qiyməti 110 000 manat təşkil edir. İddiaçı müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək 27.07.2016-cı il tarixdə “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdiruilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə bank müvafiq kredit müqavilələri ilə üzərinə düşən öhdəllikləri yerinə yetirsə də, cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər və onların bu hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 298.1, 298.2, 319.1, 385.1, 386.1, 425.1, 439, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 739, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.3, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni qanunvericiliyin təl əblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran fak tları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar