Məhkəmə qərarları › İş №2(102)-1230/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1230/2020

02.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1230/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 və vəkili X4 iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının “xxxx” X5 Şirkətinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsinə” dair ilkin, iddiaçı Cavabdeh Türkiyə Respublikasının “xxxx” X5 Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-11918/2019 nömrəli qətnaməsindən iddiaçı Türkiyə Respublikasının “xxxx” X5 Şirkəti, nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının “xxxx” X5 Şirkətinin Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticədə cavabdehdən pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək, köçürülməsi imkanından məhrum edildiyindən 383.940 ABŞ dolları dəymiş ziyanın, həmçinin xx.xx.2014-xx.xx.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 92.152 ABŞ dolları, ümumilikdə iddianı təmin etmə tədbirinin tətbiq ed ilməsi nəticəsində vurulmuş zərər məbləğini təşkil edən 476.092 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçındən onun xeyrinə 300.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-123/2018 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 381.073,35 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 man at dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 116 manatının ilkin iddia üzrə Cavabdeh, 29 manatının ilkin iddia üzrə İddiaçındən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli 2(103)-785/2019 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev və Ənvər Şadiyev) xx xxxx 2019-cu il tarixli 2(102)-4585/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dollarının tutulmasına dair hissədə ləğv edilməklə, həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Azad İmanov) xx xxxxxx 2019-cu il tari xli 2(103)-11918/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-123/2018 saylı qətnaməsi qismən - ilkin iddia üzrə Cavabdeh 381073,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə iddiaçı Türkiyə Respublikasının "xxxx" X5 Şirkətinə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı Türkiyə Respublikasının “xxxx” X5 Şirkəti, nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-11918/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin apellyasiya baxışının predmeti olan hissədə tam təmin edilməsinə dair ye ni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11918/2019 saylı qətnaməsinin tamamilə əsassız və qanunsuz olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi sübuta yetirilir və bu səbəbdən həmin qətnamə ləğv edilməli, iddianın, baxışının predmeti olan hissədə təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh tərəfindən Türkiyə Respublikasının "xxxx" X5 Şirkətinə (bundan sonra mətn üzrə "xxxx" Şirkəti) qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli "H üquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 (altı yüz min) manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, İş № 2(012)-3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqısatqısı haqqında müqavilə"yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci tarixədək ödəyəcəyi 600.000 (altı yüz min) manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətləri edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan “xxxx” Şirkəti tərəfindən şikayət verilmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, İş № 2(012)-3684/2014 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli № 2(012)3684/2014 saylı qərardadi ilə müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” X5 Şirkəti və "xxxx" ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” X5 Şirkətinə xx xxxxxx 2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin d epozit hesabına keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014cü il tarixli, 2(105)-1957/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, İş №2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon məhkəməsinin x xxxx 2015-ci il tarixli, 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamə qanunun qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin x xxxxxx 2016-cı il tarixli iş № 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşeron rayon məhkəməsinin x xxxx 2015-ci il tarixli, 2(012)2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin x xxxxxx 2016-cı il tarixli iş № 2(105)- 196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi “xxxx” Şirkətinə ödənilməli olan 600.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində “xxxx” Şirkəti külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Ali Məhkəmə özünün xx xxxx 2019-cu il tarixli, 2(102)- 4585/2019 saylı qərarında bildirmişdi ki, “.. apellyasiya instansiyası məhkəməsi tərəfindən şirkətin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi əsas mülahizə xarakter i daşımaqla müvafiq sübutlarla təsdiq olunmamışdır.” Yəni, qətnaməni yeni apellyasiya baxışına göndərən Ali Məhkəmənin hüquqi mövqeyi bundan ibarət olmuşdu ki, şirkətin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə sübut təqdim ediləcəyi təqdirdə, onun iddiası əsaslı hesab edilə bilər. İddiaçının bank hesabının olduğu Türkiyə Respublikasının “Akbank” T.A.Ş.-nin Elmadağı Filialının xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycan “xxxx” ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.49- USD-lik məbləğ hesabınıza müvafiq tarixlərdə oturmuşdur: xx/xx/2014 tarixində - 127.492U.: USD; xx/xx/2014 tarixində - 280.494.90 USD; xx/xx/2014 tarixində 127.394,77 USD xx/xx/2014 tarix ində - 127.492,23 USD; xx/xx/2014 tarixində - 127.495,98 USD” Göründüyü kimi, iddianı təmin etmə tədbirinə əsasən pul vəsaitlərinin üzərinə həbs qoyulana kimi, iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı “Akbank” T.A.S.-nin Elmadağı Filialındakı hesabına köçürülmüşdür. Türkiyə Respublikasının “Akbank” T.A.Ş.-nin Elmadağı Filialının həmin arayışı və onun notarial qaydada “Apostile” rejimində təsdiq edilmiş tərcüməsi məhkəməyə təqdim edilmişdir. Qeyd edilən fakt özü də bir daha təsdiq edir ki, iddiaçıya ödənilməli olan məbləğlərin ABS dollarına konvertasiya edilməklə köçürülməsi ehtimal deyil bir necə dəfə mütəmadi həyata keçirilmiş əməliyyatlar olmuşdur və yalnız iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır. Pul vəsaitləri nin konvertasiya edilərək, “xxxx” X5 Şirkətinin Türkiyədəki bank hesabına köçürülməsi zamanı Mərkəzi Bankın ABŞ dolları AZN məzənnəsi aşağıdakı kimi olmuşdur: xx/xx/2014-cü il tarixdə 1 ABŞ dolları = 0.7843 AZN; xx.xx.2014-cü il tarixdə - 1 ABŞ dolları = 0.7844 AZN; xx.xx.2014-cü il tarixdə - 1 ABŞ dolları - 0.7843 AZN; xx.xx.2014-cü il tarixdə - 1 ABŞ dolları = 0.7843 AZN. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, iş № 2(012)- 3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə"yə əsasən “xxxx” ASC-nin "xxxx" Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 (altı yüz min) manat üzərinə həbs qoyu lması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətləri edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Belə olan halda, hələ ilkin iddiaçıya ödənilməmiş üzərinə həbs qoyulan 600.000 (altı yüz min) manatın ABŞ dollarına konvertasiya edilməsinin mümkün olmadığını məhkəmə nəzərə almamış və iddianın həmin hissəsinin rədd edilməsini bu absurd “dəlil” üzərində qurmuşdur. İkin iddiaçı Azərbaycan Respublikasında aldığı pul vəsaitlərinin mütəmadi olaraq ABŞ dollarına konvertasiya etməklə Türkiyə Respublikasındakı bank hesabına köçürmüşdür. Yəni, ilkin iddiaçının Azərbaycan Respublikasında hüquqi şəxs kimi kommersiya fəaliyyəti olmamışdır, onun pul vəsaitlərini Azərbaycan manatı formasında sərf etmək, hər hansı formada istifadə etmək üçün heç bir tələbatı olmamışd ır və bu səbəbdən ilkin iddiaçının həmin pul vəsaitləri ilə bağlı adi mülki dövriyyəsi, həmin vəsaitləri dərhal ABŞ dollarına konvertasiya etməklə Türkiyədəki hesabına köçürmək olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin “600.000 manatı dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi əsas mülahizə xarakteri daşımaqla müvafiq sübutlarla təsdiq olunmamışdır” kimi dəlilinin tamamilə əsassız olması, bununla bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi aşkardır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayaəndəsi Elmar Hüseynzadə və vəkili Ziya Bağırov kassasiya şikayətinin dəlil lərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, MPM-nin 164- cü maddələrinə istinad etməklə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də işin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. Hazırkı vəziyyətdə iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Həmçinin apellyasiya instansiyası məhkəməsi bu nəticəyə də gəlmişdir ki, 600000,00 manat pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan “xxxx” Şirkəti tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” X5 Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli 2(105)-1957/2014 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkə məsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehdən pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək, köçürülməsi imkanından məhrum edildiyindən 383.940 ABŞ dolları dəymiş ziyanın, həmçinin xx.xx.2 014-xx.xx.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 92.152 ABŞ dolları, ümumilikdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi nəticəsində vurulmuş zərər məbləğini təşkil edən 476.092 ABŞ dollarının tutularaq ona ödənilməsini iddia etmişdir. İş üzrə yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş yazılı izahatda göstərilmişdir ki, iddiaçının bank hesabının olduğu X5 Filialının xx.xx.2019cu il tarixli arayışında qeyd edilmişdir ki, “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycandan xxxx ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.494,11 USD-lik məbləğ hesabınıza müvafiq tarixlərdə oturmuşdur: xx/xx/2014 tarixində127.492,23 USD; xx/xx/2014 tarixində- 280.494. 90 USD; xx/xx/2014 tarixində - 127.394,77 USD; xx/xx/2014 tarixində-127.492,23 USD; xx/xx/2014 tarixində-127.495,98 USD”. Arayışdan göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulana qədər iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı X5 Filialındakı hesabına köçürülmüşdür. Məbləğlərin ABŞ dollarına konvertasiya edilməklə köçürülməsi bir neçə dəfə mütəmadi olaraq həyata keçirilmiş, iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin təqdim edilmiş X5 Filialında olan USD hesablarına 2014-cü ildə “xxxx” ASC-dən daxil olmuş müxtəlif məbləğlərdə ABŞ dollarında ifadə olunmuş ödənişlərlə bağlı qənaətinə görə bu heç də iddiaçının zərərə düşməsi anlamına gəlməməlidir. Belə ki, həmin ödənişlər USD ilə aparılmışdır və 600000 manatı da “xxxx” ASC USD ilə həyata keçirə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə istinad etsə də, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə tam əməl etməmişdir. Belə ki, qərarda qeyd edilmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin 21-ci və Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinin tələbləri baxımından həll olunmalıdır. Əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindik dən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri təkrarlamaqla kifayətlənmiş, bu göstərişlərin əsil mahiyyətinə varmadan səhv hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin M əcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. İşin materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırarkən iddianı təmin etmə tədbiri kimi “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək həmin pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınması faktı işin mübahisəsiz halıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilməklə yanaşı həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması da qərara alınmışdır. İşin materiallarından görünür ki, qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Kollegiya həmçinin qeyd edir ki, barəsində iddia təmin tədbiri görülmüş 600000 manat məbləğində pulun İddiaçınayi və Ticarət Anonim Şirkətinə də məxsus olması işin mübahisəsiz hallarındandır və hazırki mübahisə üzrə prosessual norma olsa da Mülki Prosessual Məcəllənin 164-cü maddəsi faktiki olaraq maddi hüquq norması kimi çıxış edir. Həmin normaya əsasən isə məhz iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. İşin materiallarından görünür ki, iddiaçı da Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkətinə ödənilməli olan 600.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində "xxxx" Şirkəti külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmasını, pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsinin 1 USD=0.7843 AZN, Ali Məhkəmənin MK-nın xx.xx.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Mərkəzi Bankın AZN/ABŞ dolları məzənnəsi 1 USD=1.515 AZN olmasına istinad edərək pul vəsaitlərinin üzərinə əsassız iddia qaldırılması nəticəsind ə həbs qoyulmasaydı, o, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765.013 ABŞ dolları əldə etmiş olmasını iddia etmişdir. Kassasiya instansiyasının qərarında da Mülki Məcəllənin 21-ci maddəsinə istinad edilməklə aydın göstərilmişdir ki, hazırkı vəziyyətdə maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Bu şərtlə ki, iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsun. Lakin hazırkı vəziyyətdə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddiaçının ona məxsus əmlakından «pul vəsaitindən» məhrum olması və həmin əmlakın (pul vəsaitinin) özündə olduğu təqdirdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir lərdən (əldən çıxmış fayda) məhrum olub-olmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Yeni apellyasiya baxışı zamanı təqdim edilmiş sübutlardan görünür ki, iddianı təmin etmə tədbirinə əsasən pul vəsaitlərinin üzərinə həbs qoyulana kimi iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə iddiaçının bank hesabının olduğu X5 Filialına köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə yeni baxış zamanı şirkətin pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməməsi, əmlakından məhrum olmaması, eləcə də işin halları ilə şirkətə real zərər dəyməsi müəyyən edilməməsi kimi səhv nəticələrə gəlmiş, əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək i şi yeni apellyasiya baxışına qaytaran kassasiya instansiyasının qərarında «əvvəl işə baxılmış apellyasiya instansiyası məhkəməsi tərəfindən şirkətin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi əsas mülahizə xarakteri daşımaqla müvafiq sübutlarla təsdiq olunmamışdır» kimi hüquqi mövqeyinin şirkətin 600000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə sübut təqdim ediləcəyi təqdirdə onun iddiasının əsaslı hesab edilə bilməsindən ibarət olması kimi şərh edilməli olmasına diqqət yetirməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətna məsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmi ş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 272.7 və 420-ci maddələrinin tələblərinə riayət etməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, düzgün təfsir etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respubl ikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11918/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar