Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1231/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, iddia müddəti ötüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1756/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" KB ASC cavabdehlər X2 və Cavabdeh2 qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1729,62 ABŞ dolları əsas və 1349,39 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra tarixdə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 1729,62 ABŞ dolları əsas və 1349,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3079,01 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutu lması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddəti buraxıldığından iddia müddətinin tətbiq edilməsini və buna uyğun olaraq iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 12.03.2014-cü il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 10000 manat məbləğində 60 ay müddətinə, 12.03.2019-cu il tarixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağla nmış 12.02.2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 30 ay müddətinə illik 30% ödəmək şərtilə 6250 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə g ötürüb. Belə ki, Əsas kredit müqaviləsin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların 23.04.2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1729.62 ABŞ dolları əsas və 1349.39 ABŞ dolları faiz olmaqla, cəmi 3079.01 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2021-ci il tarixli 2(025)-772/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bank ilə Cavabdeh1 ilə arasında 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı Əlavə kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 30 faiz ödənilməsi şərtilə 30 ay müddətinə 6250 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqavilə sinin müddəti 12 avqust 2017-ci il tarixdə bitmişdir. Borclu Cavabdeh1 tərəfindən 19.02.2016-ci il tarixdən sonra ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Bank 12.02.2015-ci il tarixli, 800micİSML/15 saylı “Əlavə kredit müqaviləsi”nə əsasən borc tələbini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndələri Vəkil1 məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən mə hkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlar ını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə zamanı verdiyi “Cavabdeh1 "xxxx" KB ASC-nə ərizə ilə müraciət edərək onunla bağlanmış kredit müqavilələri üzrə kreditdən illik istifadə faizinə endirim edib, müddətin 15 ay uzaldılmasını xahiş etdiyini, Bank tərəfindən bu ərizə nəzərə alındığını və bu səbəbdən məhkəməyə müraciət edilmədiyini” ifadəsinə münasibət bildirərək onu qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin "xxxx" KB ASC-nə ünvanladığı kredit müqaviləsinin uzaldılması barədə ərizə əlavə edilsə də, həmin ərizə əsasında müqavilənin dəy işdirilməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan idd ianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iddiaçı bank tərəfindən müqavilənin dəyişdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 421.1, 423.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələri, «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli və Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı "xxxx" KB ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 2(107)-1756/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(025)-772/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhk əməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 60-61-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh tərəf iddia müddətinin tətbiq olunması ilə bağlı məhk əməyə yazılı müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ndə qeyd olunan müddətin uzadılması barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, həmin ərizədə cavabdeh müddətin cədvəldə qeyd edilən müddət qədər (15 ay) uzadılması barədə ərizə versə də, iddiaçı tərəfindən həmin ərizəyə münasibət bildirilməsi, müqavilə şərtlərinin dəyişdirilməsi barədə hər hansı sazişin bağlanılması iş materiallarında görünmür. Araşdırma zamanı sorğu-sual nəticəsində iddiaçının nümayəndəsi belə bir əlavə sazişin olmadığını və ərizə ilə kifayətləndiklərini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası da cavabdeh tərəfindən verilmiş “müddətin uzadılması barədə ərizəni” müqavilə şərtinin dəyişdirilməsi və qarşılıqlı razılıq kimi deyil, vətəndaşın müraciəti kimi qiymətləndirir. Əks halda həmin ərizə MM-in 423.1-ci maddəsinin tələbinə əsasən müqavilə ilə eyni formada rəsmi ləşdirilməli idi. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 12.02.2015-ci il tarixli, 800 micİSML/15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan X2 6250,0 ABŞ dolları məbləği illik 30 %-lə, 30 ay müddətinə aylıq 299 ABŞ dollar, sonuncu ay isə 287,38 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehlərin iddiaçıya borcu vardır. Lakin, işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 19.02.2016-cı il tarixdə, yəni müqavilə müddəti ərzində olmuşdur. Müqavilənin son müddəti isə 12 avqust 2017-ci ildir. Göründüyü kimi həm cavabdehin ödəniş etdiyi tarixdən, həm də müqavilə müddətinin sonundan hesablad ıqda, hər iki halda müddət keçmişdir. Beləliklə iş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış kredit müqavilələrinin icrası müddəti müvafiq olaraq 12 avqust 2017-ci il tarixdə başa çatmasına, cavabdehin də 19 fevral 2016-cı il tarixdən sonra hər hansı ödəniş etməməsinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda, iddiaçının borcalanın müqavilə üzrə banka olan borcunun tələb etmək hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə müddəti bitdiyi tarixdən 4 ildən çox, son ödənişin olduğu tarixdən isə 5 ildən çox vaxt keçdikdən sonra, yəni 04 may 2021-ci il tarixdə, iddia ərizəsi ilə məhkəməy ə müraciət etmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" KB ASC (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barə də qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi iş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən imzalanmış 05.03.2015-ci il tarixli "müddətin uzadılması barədə ərizəm" müqavilə şərtinin dəyişdirilməsi və qarşılıqlı razılıq kimi deyil, vətəndaşın müraciəti kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı Bank olaraq apellyasiya şikayətində 05.03.2015-ci il tarixli "müddətin uzadılması barədə ərizəni" müqavilə şərtinin dəyişdirilməsi kimi deyil, cavabdehə öhdəliyin icrası ücün verilmiş möhlət kimi nəzərə alınmasını xahiş etmişdik. Belə ki, Cavabdeh1 "xxxx" KB ASC-yə 05.03.2015-ci il tarixli (yəni müqavilə bağlandıqdan qısa müddət sonra) ərizə ilə müraciət edərək onunla bağlanmış kredit müqaviləsi üzrə kreditdən illik isrifadə faizinə endi rim edib, müqavilə üzrə borcunun ödənilməsi iiçiin ona 15 ay nıöhlət verilməsini və yaranan borcun ödənilməsi üçün son müddətin 12.11.2018- ci il tarixinə müəyyən olunmasını xahiş etmişdir. Bank da borcun ödəniləcək son Kimi kimi həmin tarixi nəzərə alıb. Ərizə cavabdehin öz imzası ilə təsdiq olunmuşdur. Bank tərəfindən cavabdehin bu ərizəsi nəzərə alınmış və müştəriyə 15 ay möhlət verilmişdir. Lakin Apellyasiya məhkəməsi həmin məsələyə möhlət kimı deyil müddətin uzadılması kimi baxmışdır. Çünki müştəri bütün borcunu həmin tarixə kimi ödəyəcəyi barədə Bankdan möhlət istəmişdir. Lakin 12.11.2018-ci il tarixində borcun ödənilmədiyi məlum olduqdan sonra hüquqlarının pozulduğu Banka məlum olmuş və məhkəməyə müraciət üçün əsas yaranmışdır. Çünki, Banka həmin tarixdə müştəri tərəfindən borcunu k önüllü ödəməyəcəyi məlum olmuşdur. Belə kı, AR Mülki Məcəlləsinin 377.1-cı maddsınə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ona görə də bu iş üzrə üzrə 3 illik iddia müddətinin başlanğıcı 12.11.2018-ci il tarixdən nəzərə alınaraq iddia müddətinin sonu 12.11.2021-cil tarixi kimi götürülməlidir. Apelyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 05.03.2015-ci il tarixli “müddətin uzadılması barədə ərizəni” sadəcə vətəndaşın müraciəti kimi nəzərə almaqla kifayətlənmiş, Bankın ərizədə tələb olunan müddətin sonuna kimi möhlət verməsinin həmin tarixin sonuna cavabdehdən heç bir ödənişin tələb etməməsi ilə ifadə etməsini nəzərə almamışdır. Halbuki, cavabdehin 05.03. 2015-ci il tarixli “müddətin uzadılması barədə ərizəsi” sadəcə vətəndaşın müraicəti kimi deyil, həm də cavabdehə öhdəliyin icrası üçün verilmiş möhlət kimi qiymətləndirilməli idi. Məhkəmə sözügedən ərizəyə düzgün hüquqi qiymət verməmiş və bu ərizə ilə iddiaçı tərəfindən cavabdfehə möhlət verilməsini nəzərə almamışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun 28.11.2018-ci il tarixli Qərarında da iddia müddətinin axımının kəsilməsinin əsaslarında borcun etirafı kimi “öhdəliyin icrası üçün möhlət istənməsi” də nəzərdə tutulmuşdur. Deməli, cavabdehin 05.03.2015-ci il tarixli ərizəsi də öhdəliyin icrası üçün möhlət kimi qiymətləndirilməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının i zahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiy a şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qey d etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tu tulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasınd a tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilə r. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşk il etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddia müddətinin ötürülmədiyinə, ötürülməməsinin əsas kimi cavabdehin borcun ödənilməsinə möhlət verilməsinə dair 05.03.2015-ci il tarixli ərizəsinə və həmin ərizə əsasında cavabdehlə möhlət verilməklə möhlət müddətinin sonunadək ondan borcun tələb edilməməsinə istinad edib istinadının da əsası kimi AR Konstitusiya Məhkəməsinin Plenumunun 28.11.2018-ci il tarixli Qərarını göstərmiş olsa da, bununla bağlı olaraq qeyd edilməlidir ki, apelyasiya kollegiyasının həmin dəlil üzrə münasibəti də nəzərə alınmaqla kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş materiallarında cavabdehin möhlət istəməsi barədə ərizəsi mövcud olsa da, həmin müraciətin qəbul edilib-edilməməsi barədə hər hansı sübut mövc ud deyildir. Belə olan halda iddiaçı tərəfindən cavabdehə möhlət verilməsi iş materialları ilə öz təsdiqini tapmamış hesab olunmalıdır ki, bu vəziyyətdə də iddiaçının istinad etdiyi Plenum qərarında borcun etirafını göstərən hərəkət kimi müəyyən edilmiş borclu tərəfindən möhlət istənməsi anlayışı təktərəfli anlayış kimi deyil, borclu tərəfindən həmin göstərilmiş hərəkətin edilməsinə müvafiq surətdə ona qarşılıq verilməsi, yəni möhlət verilməsinə razılıq verilməsi də nəzərə alınmalı və ona uyğun davranılmalıdır. Bu hal da iş materialları ilə öz təsdiqini tapmadığı üçün apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş və qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qəna ətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1756/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.