Məhkəmə qərarları › İş №2(102)-1231/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1231/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1231/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh Balaş qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli 2(103)-2972/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (hazırda adı İddiaçı ASC) ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 22% olmaq şərtilə, 50000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2006-cı il tarixdə çıxarış verilmişdir.

2. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyinə görə "xxxx" ASC X3, X4 və cavabdehə qarşı mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına cavabdeh Səməd Həsənovun banka olan 50.000 manat məbləğində kredit, habelə ödəniş gününə h esablanacaq faiz borcunun, həmçinin 3.500 manat məbləğində dəbbə pulunun, Cavabdeh banka olan 50.000 manat məbləğində kredit, habelə ödəniş günənə hesablanacaq faiz borcunun, həmçinin 3.500 manat məbləğində dəbbə pulunun, eləcə də 19,8 manat dövlət rüsumunun tutularaq «Nikoyl» İKB-nin 2 saylı filialına ödənilməsi, həmin vəsait yetərli olmazsa, çatışmayan məbləğin cavabdehlər Səməd Həsənovun və Cavabdeh başqa əmlakı hesabına təmin edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməyə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli, xx.xx.2009-cu il tarixdə qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-2811/08 saylı icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Nə rimanov rayon İcra və probasiya şöbəsinə göndərilmiş (icra vərəqəsinin hansı səbəbdən uzun müddət keçdikdən sonra icraya göndərilməsi barədə sübutlar Bankda mövcud deyil), xx.xx.2022-ci il tarixdə Nərimanov İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, mənzil açıq hərracdan satılmadığı üçün iddiaçı tərəfindən 124312,50 manata əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 41939 manat məbləğində borcun və ödənilm iş 215,82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt uçun hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 41939 manat borcu qalmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zamanlı Pərviz)

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında icra vərəqəsinin hansı səbəbdən 13 ildən sonra icraya göndərilməsi barədə Bankda heç bir məlumatın olmadığını bildirmişdir. Belə olan halda, yalnız icra vərəqəsinin gec göndərilməsinə əsaslanmaqla cavabdehdən onun təqsirli olmadı ğı öhdəliyini icra etməməsinə görə dəymiş zərərin tələb edilməsi qanuna ziddir.

8. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdehin aldığı 50000 manat kreditə görə dəyəri 195000 manat təşkil edən mənzil ipotekaya qoyulmuş, məhkəmə tərəfindən onun iddiaçıya ödəməli olduğu pul məbləği isə 65709 manat olmuşdur. İddiaçı məhkəmə qətnaməsinin vaxtında icra olunmasını tələb etməklə ipoteka predmetinin vaxında satışına və satışdan əldə edilmiş vəsait hesabına cavabdehin borcunun tam ödənilməsinə nail ola bilərdi.

9. Bundan əlavə iş materiallarından da görünür ki, iddiaçının yaşayış ünvanı ünvan 2an göstərilmişdir), qətnamənin icrası ilə bağlı iddiaçıya ünvanlanan bütün bildirişlər ünvan 3şdir.

10. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli icra vərəqəsi, həmin iş üz rə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, həmin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icraya göndərilməsində və qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində icra olunmamasında cavabdehin təqsirli olması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 443.2, 445.1, 445.2, 445.7, 448.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(011)-31/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməmə si barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Belə ki, hazırkı iş üzrə 11 noyabr 2008-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icra edilməməsi səbəbindən bankın ehtiyat vəsaitlərindən istifadə olunmasına maneə törətmiş, dolayısı ilə həmin zərərin aradan qaldırılması zərurəti ilə 20 fevral 2009-cu il tarixdən 3 avqust 2022-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 41939 AZN borc cavabdehdən tutulmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilm irsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, müvafiq iş üzrə cavabdehin 20 fevral 2009-cu il tarixdən 3 avqust 2022ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 41939 AZN borcu vardır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas g ötürməklə təmin edə bilər. Cavabdeh 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə 20 fevral 2009-cu il tarixindən 03 avqust 2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 41939 AZN borcu vardır. Lakin məhkəmə əsassız qətnamə qəbul edərək iddianı rədd etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırı qeyd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə ş ərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad et mir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli 2(103)-2972/2024 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(011)-31/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi, 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 41939 (qırx bir min doqquz yüz otuz doqquz) manat məbləğində borc və ödənilmiş 215,82 (iki yüz on beş manat səksən iki qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçının İddiaçı ASC-nin xeyrinə tutulmasını qət etmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir.

16. İşin hallarından da görünür ki, 11 noyabr 2008-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar 21 fevral 2022-ci il tarixdə qəbul edilmiş və 15 iyul 2022-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırkı işin müəyyən edilən halları isə ondan ibarətdir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən verilən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar 21 fevral 2022-ci il tarixdə qəbul edilmişdir. 28 fevral 2022-ci ildə icra məmuru tərəfindən qiymətləndirmə haqqında qərar qəbul edilmiş və icra işlərindən görünür ki, tələbkar icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq məktublar göndərmişdir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən edildikdən sonra kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

18. Birinci instansiya məhkəməsi isə icranın gecikdirilməsində cavabdehin təqs irli olmamasına istinad etmişdir, lakin iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan göründüyü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərti onun pul məbləğinin ödənilməsini gecikdirməsidir.

19. Bundan əlavə, kollegiyanın qənaətinə görə yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətlərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırkı işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin məhkəmə kollegiyasının iclasında proses iştirakçıları ilə birlikdə tədqiq edilmiş icra işlərindən tələbkarın belə bir müraciətlərinin olması görünmür. İş materiallarından görünür ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklə rini vaxtında yerinə yetirməmişdir və icra sənədi 13 ildən də artıq müddət keçdikdən sonra icra edildiyindən bank ona qarşı hazırkı iddianı qaldırmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 443.1, 443.2,445.1,445.2.1,445.7,448.4, 448.4-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarına və “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 16 deka br 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli icra sənədinin hansı səbəbdən məhz 14 il sonra 21 fevral 2022-ci il tarixdə icraya yönəldilməsinin səbəbləri, həmçinin iddiaçı bankın hüquqlarının pozulması bildiyi halda bu müddət ərzində pozulmuş hüquqlarının bərpa olunması üçün hansı bir addım atmamasının səbəblərini araşdırmamışdır. Belə ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 29 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh barəsində qeyd olunan icra sənədinin Şöbənin icraatında aşkar edilmədiyi müəyyən olunur. Bundan başqa Bakı şəhəri Nərimanov rayon İc ra Şöbəsinin 21 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, yalnız digər borclu X1 icra üçün 10 gün müddət müəyyən olunduğu qeyd olunmuşdur. Bundan başqa Cavabdehın 2007-2008-ci il tarixlərində Bakı şəhəri Nərimanov rayon məhkəməsində, həmçinin Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etmədiyi, məhkəmə bildirişlərinin və məhkəmə qətnaməsinin onun qeydiyyatda olduğu ünvan 4 ünvanına deyil, cavabdehlə əlaqəsi olmayan ünvan 5 ünvanına göndərildiyi öz təsdiqini tapsa da, məhkəmə qeyd olunan hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir.

23. Kassator öz mövqeyini Mülki Məcəllənin 21.2, 443.4, 445.5-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-c i maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına və Mülki Prossesual Məcəllənin 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisə olunan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəli yin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 445.7. (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiya) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

30. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən 10000 manat əsas borc və 1327 manat faiz tutulması hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

37. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

38. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi əsasında yaranmış hüquq münasibətindən irəli gəlir. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2006-cı il tarixdə tərəflər arasında yazılı- etibarlı kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə həmin müqavilə əsasında 12 ay müddətinə, illik 22% olmaq şərtilə, 50000 manat məbləğində kredit verilmiş, öhdəliyin icra müddəti bitdiyi halda 50.000 manat əsas borcun qaytarılması təmin edilməmişdir.

39. MM-nin 445.7-ci maddəsi (tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olan redaksiya) pul öhdəliyinin icra müddəti satdığı halda borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirildiyi halda gecikdirilmiş vaxt üçün əsas borca ən azı illik beş faizlə faiz ödənilməsini tələb etmək hüququ verdiyindən iddianın təmin edilməsi maddi hüquq normalarının tələblərinə uyğundur.

40. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı olan bankın cavabdehdən kredit borcunun tutulması üçün məhkəməyə müraciət etm əsi və borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsi, bu qətnamənin vaxtında icraya yönəldilməməsi, 2022-ci ildə icra edilməsi, cavabdehin həmin qətnamənin icrası ilə bağlı bildirişləri almaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliyin hansı tarixdə başa çatması barədə məlumatlı olmuş, ötən bu müddət ərzində pul öhdəliyinin icrasını təmin etmək üçün hər hansı tədbir görməmiş, bu səbəbdən kreditorun qeyd edilən tələbi irəli sürməsi üçün MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş əsas yaranmışdır.

41. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilmədiyindən şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-2972/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar