Məhkəmə qərarları › İş №2(102)-1234/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1234/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1234/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Qarşılıqlı iddia tələbi: qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı il ə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20800 manat məbləğində əsas pulun, 2496 manat əsassız istifadəyə görə faizlərin, 10000 manat mənəvi ziyanın, cəmi 33296 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 2018-ci ildə borc pul istəmiş, o da bir neçə dəfəyə ayrı-ayrı şəxslərin vasitəs ilə 15.000 manat, şəxsən əlavə olaraq isə 5800 manat olmaqla, ümumilikdə 20800 manat məbləğində borc vermişdir. Sonralar o borcun qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdeh bundan imtina etmiş və borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh isə qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia qaldıraraq, tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ayrı-ayrı vaxtlarda faizlə borc almış, əvəzində ümumilikdə dəyəri 39.600 manat təşkil edən 16 ədəd qızıl-zinət əşyasını girov qoymuş, həmin borcu qaytarmış, buna baxmayaraq, İddiaçı girov qismində qoyulmuş qızıl-zinət əşyalarını geri qaytarmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5823/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Əliyev) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 10800 manat məbləğində əsas borc və 540 manat əsassız istifadəyə görə faiz olmaqla, cəmi 11340 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutların müqayisəli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin noyabr ayında üçüncü şəxslərin vasitəsi ilə göndərdiyi və Cavabdeh aldığı 12000 manat məbləğində pulu sonuncuya borc vermiş (cavabdehin etirafı), sonuncu isə həmin məbləğdən 1200 manat məbləğində pul vəsaitini qaytarmış (iddiaçının etirafı), 10800 manat ödənilməmiş qalmışdır. İddiaçı 2018-ci ilin noyabr ayında cavabdehə özü tərəfindən 10000 manat məbləğində pul verilməsini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehdən bir il üçün hazırki bank uçot dərəcəsi ilə hesablanan 2496 manat məbləğində pulu tələb etsə də, sonuncunun borc götürdüyü puldan faydalanması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən, tələb həmin hissədə qismən təmin edilərək, cavabdehdən 10800 manatın illik 5%-i olan 540 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı ona məxsus qızıl-zinyət əşyalarını girov qoyulmasını və onların dəyərinin ödənilməsini tələb etsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən ilk iddia üzrə iddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin qismən - ilk iddia tələbinin 11.956 manat təmin edilməmiş və 10.000 m anat mənəvi ziyanın rədd edilmiş hissəsində ləğv edilməsi, 11.956 manat əsas borcun və 10.000 manat mənəvi ziyanın, cəmi 21.956 manat pulun da təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borcun həcmini 12.000 manat kimi qəbul etmiş, qalan 10.000 manatı qəbul etməmiş, 12.000 manatdan isə 1.200 manatı əsassız olaraq çıxmışdır. Halbuki, Gülbəniz fərqli məzmunda izahat vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında dəfələrlə tədqiq edilmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsində aparılan araşdırma zamanı toplanmış material üzrə 02.06,2019-cu il tarixdə izahat verən Cavabdeh bildirmişdir ki, həqiqətən tanışı Şərqiyyə adlı şəxsdən borca pul götürmüş, həmin puldan 10.000 manatı Natella adlı şəxsdədir, hal-hazırda isə Şərqiyyəyə 12.000 manat verəcəyi vardır. Qeyd olunan sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda, polis bölməsində izahat verən X5, X1 və X3 bildirmişlər ki, müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pulu Şərqiyyədən götürərək Gülbənizə vermişlər. Bundan başqa, cavabdeh tərəfindən ona verilmiş borc pulu vaxtında qaytarmadığı üçün əsassız olaraq faydalanmış və bu səbəbdən cavabdehdən bank uçot dərəcəsinə uyğun faizlər tutulmalıdır. Qarşılqılı iddia üzrə iddiaçı isə qətnamənin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının İddiaçı alınaraq ona verilməsi, əşyaların verilməsi mümkün olmadıqda is ə onların dəyərinin, yəni 39.600 manat məbləğində pulun İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun adından kimlərsə tərəfindən yazılmış saxta izahatı məhkəmə mötəbər sübut kimi qəbul etmiş və əsassız olaraq onun 12.000 manat borcu etiraf etməsi qənaətinə gəlmişdir. Bundan əlavə, o, məhkəmə proseslərində borcunun olmamasını, əksinə qarşı tərəfin ona qızıl-zinət əşyaları verməli olmasını dəfələrlə göstərmişdir. Lakin, məhkəmə izahatları nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5724/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apel lyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir, bu səbəbdən də, tərəflərin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlkin iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissələrində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, qarşılıqlı iddiaçı isə qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Tərəflər kassasiya şikayətlərini apellyasiya şikayətlərinin məzmununa uyğun əsaslandırılmışlar. Məhkəmə koll egiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətləri əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 280.1-ci maddəsinə əsasən, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Tərəflərin kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətində irəli sürdükləri dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar