Məhkəmə qərarları › İş №2(102)-1234/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1234/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1234/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin qanunsuz sökülməsinə görə maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 159 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən iki mərtəbəli binaların sökülüb yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 690 kv.m. torpaq sahəsi 49 il müddətinə Cavabdeh MMC-nin istifadəsinə verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən 10 dekabr 2013-cü il tarixdə tərtib olunaraq təsdiq edilmiş texniki pasportda əksini tapmış məlumatlara görə Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 4 6-46A saylı binanın həyətində yerləşən, 1991-ci ildə tikilmiş, 18 kv.m. sahəsi olan qeyri-yaşayış binasının (qarajın) hüquq subyekti İddiaçıdur.

3. Tikintinin direktoru Malik Cəfərov, iş icraçısı Suliddin Bağırov, 25 saylı Polis Bölməsinin əməkdaşı Elçin Abdullayev, qarajı alan Fəxrəddin Novruzov və qonşu Bahadur Hacıyev tərəfindən 21 aprel 2015-ci il tarixdə tərtib olunmuş aktda göstərilir ki, X1 alınmış, sökülməsi vacib olan, ancaq sahibi Rusiyada olduğu üçün sökə bilmədikləri qaraj açılmışdır və içində olan əşyalar siyahıya alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakiş iyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən, ümumi sahəsi 18 kv.m. olan qarajın Cavabdeh MMC tərəfindən sökülməsi nəticəsində dəymiş 25.000 (iyirmi beş min) manat məbləğində maddi zərərin əvəzinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən, ümumi sahəsi 18 kv.m. olan qaraj Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülməklə qəsdən məhv edilmişdir. Sözügedən qarajın dəyəri 25.000 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC İddiaçı vurulmuş 25.000 maddi zərərin əvəzini ödəməmişdir.

6. Cavabdeh MMC-nin nümayəndəsi bir inci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək əvvəl bildirmişdir ki, tikinti gedən vaxt həmin qaraj artıq mövcud deyildi, sözügedən qaraj onlar işlədiyi ərazidə ümumiyyətlə olmamışdır. Lakin sonradan cavabdehin nümayəndəsi qeyd etmişdir ki, onun bildiyinə görə söküntü ilə bağlı danışıqlar iddiaçının bacısının yoldaşı Fəxrəddinlə aparılmış və kompensasiya da ona verilmişdir. Mübahisə predmeti olan qarajla yanaşı mənzil də sökülmüşdür. Mənzilə görə kompensasiya başqa şəxsə verilmişdir. Şəxsə verilmiş kompensasiya məbləğinin içində sökülmüş qarajın pulu da olmuşdur. Bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Məhkəmənin 04.10.2019-cu il tarixli iclasında isə bildirmişdir ki, mübahisəli qaraj onların ərazisinə düşdüyünə görə onun qapısının açılmasında iştirak etmişdi r. Qarajın qiymətləndirilməsi ilə də razı deyillər. Belə ki, onların ərazisinə düşən belə qarajları onlar 4000-4010 manata almışlar.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)31/2021 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən X2 xeyrinə 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X3 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sahibliyində və istifadəsində olan qaraj cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qa baqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m. olan qeyri-yaşayış binasınınqarajın iddiaçının qanuni sahibliyində və istifadəsində olduğu, həmin əmlakın ədalətli dəyəri ödənilmədən, əsassız olaraq sökülməsinə görə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu müəyyən edilir.

10. Məhkəmə həmin zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m. olan qeyri-yaşayış binasının-qarajının qiymətlən dirilməsi aparılmış, "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli, LP105/19 nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, qarajın 2015-ci il tarixə bazar dəyəri 24.500 manat təşkil edir.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya vurulmuş maddi zərərin həcmi müəyyənləşdirilərkən qiymətləndiricinin rəyi nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh MMC-nin direktoru X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2021 saylı iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsinin qismən – Cavabdeh MMC-dən İddiaçı xeyrinə 24.500 manat məbləğ ində vəsaitin tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7353/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sahibliyində və istifadəsində olan qaraj cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır.

16. Tikilinin nə zaman söküldüyü müəyyən edilməməsinə baxmayaraq, 2015-ci il tarixinə olan bazar qiymətinin nəzərə alındığı barədə cavabdehin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 may 2018-ci il tarixli qərarın surətindən, iş materiallaraında olan qarajı alan Fəxrəddin Novruzov, tikintinin direktoru Malik Cəfərov (Cavabdeh MMC-nin direktoru X4 apellyasiya şikayəti vermişdir), iş icraçısı Suliddin Bağırov, 25 P.B-nin əməkdaşı Elçin Abdullayev və qonşu Bahadur Hacıyev tərəfindən tərtib edilərək imzalanmış 21 aprel 2015-ci il tarixli aktın surətindən və iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli, 2(103 )3948/2018 nömrəli qərardadına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus qaraj 2015ci il də sökülmüşdür.

17. Apellyasiya instansiyası məhkəməsi qarajın çox baha qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı göstərmişdir ki, cavabdeh mübahisəli qarajın yerləşdiyi ərazidə digər eyni həcmdə olan qarajlara görə bazar qiyməti 4000-5000 manat arası təşkil etməsini qeyd etsə də, bunu təsdiq edəcək sübut təqdim etməmiş, "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli, LP-105/19 nömrəli qiymətləndirmə hesabatını şübhə altına alacaq hər hansı əsaslı dəlillərə istinad etməmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin mübahisələndirilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli qarajla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 10.12.2013-cü il tarixdə verilmiş texniki pasportu dövlət reyestrindən çıxarış kimi qiymətləndirməklə qanun pozuntusuna yol vermiş, qarajın iddiaçının mülkiyyətində olmasını müəyyən etməmişdir. Halbuki, h əmin texniki pasport dövlət reyestrindən çıxarışdan fərqli olaraq, əmlakın mülkiyyət hüququ əsasında kimə məxsus olmasını deyil, texniki göstəricilərini əks etdirən informatik məlumatların daşıyıcısı olan sənəddir. Apellyasiya instansiyası məhkəməsi qarajın real qiyməti barədə "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli, LP-105/19 nömrəli qiymətləndirmə hesabatını sübut növü kimi qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Məhkəmə "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli, LP-105/19 nömrəli qiymətləndirmə hesabatı ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası müəyyən etməli və həmin ekspertizanın rəyinə əsasən sökülmüş qarajın real dəyərini müəyyən etməli idi ki, bunu etməmişdir. Həmçinin sözügedən iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC 04.06.2019-cu ildə yenidən təşkil o lunaraq təşkilatı hüquqi formasını dəyişmiş və Cavabdeh Mənzil Tikinti Kooperativinə çevrilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və buna hər hansı bir hüquqi münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulm asaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kass asiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır (maddə 416).

25. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 159 saylı sərəncamına ə sasən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən iki mərtəbəli binaların sökülüb yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 690 kv.m. torpaq sahəsi 49 il müddətinə Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh MMC tərəfindən həmin ərazidə tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar, iddiaçıya məxsus olan, Bakı şəhəri, Nizami rayonu, 2539-cu məhəllə, Kamil Balakişiyev küçəsi, 46-46A saylı binanın həyətində yerləşən, 1991-ci ildə tikilmiş, 18 kv.m. sahəsi olan qeyri-yaşayış binası sökülmüşdür.

30. Baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir və aşağı instansiya məhkəmələri də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmişdir.

31. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

32. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar - delikt hüququndan yaranır.

33. Mülki Məcəllənin 109 6.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

34. İddiaçıya məxsus olan qarajın sökülməsi nəticəsində iddiaçıya vurulmuş zərər mövcudd ur. Zərərin vurulmasına səbəb olan cavabdehin hərəkətlərinin qanunsuzluğu, zərər vuran şəxsin təqsirliliyi ilə bağlı qeyd olunmaldır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsi).

35. Göründüyü kimi, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dö vlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir.

36. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunaraq göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə m ütənasib olmalıdır.

37. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

38. Milli qanunvericiliyin qeyd olunan müddəları əsasında işin faktik halları təhlil olunduqda müəyyən olunur ki, iddiaçının sahibliyində olan qarajın sökülməsində ifadə olunan mülkiyyət hüququnun məhdudlaşdırılması, qanunilik tələbinə cavab verməmişdir. İddiaçıya məxsus olan tikililər onun iradəsinə və qanuna zidd olaraq cavabdeh tərəfindən sökülmüş, iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Bu fakt cavabdeh üçün zərərin ödənilməsi öhdəliyi kimi hüquqi nəticə törədir.

39. Texniki pasportun tikili üzərində hüquq müəyyənedici sənəd olmadığı barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılanadək, texniki pasportları tərtib etmiş Texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələri daşımaz əmlak üzərində hüquqların qeydiyyatını aparmağa səlahiyyətli olan orqan idi.

40. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim olunmalı sənədlərdən biri kimi torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu nəzərdə tutulmuşdur.

41. Cavabdeh kassasiya şikayətində iddiaçıya məxsus qarajın onun tərəfindən sökülməsini mübahisələndirmir.

42. Kassasiya kollegiyası kassatorun cavabdeh qismi ndə cəlb edilmiş Cavabdeh MMC-nin 04.06.2019-cu ildə yenidən təşkil olunaraq təşkilatı hüquqi formasını dəyişməsinin və Cavabdeh Mənzil Tikinti Kooperativinə çevrilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

43. Kassasiya kollegiyası kassatorun məhkəmənin "xxxx" MMC-nin 28 iyun 2019-cu il tarixli, LP-105/19 nömrəli qiymətləndirmə hesabatı ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etməli olması və həmin ekspertizanın r əyinə əsasən sökülmüş qarajın real dəyərinin müəyyən edilməli olması dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə əsaslı cavab verilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, hüququdur.

44. Məhkəmə kollegiyası yu xarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-7353/2021 saylı,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar