Məhkəmə qərarları › İş №2(102)-1235/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1235/2019

15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1235/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)123/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)12556/2017 saylı 17 oktyabr 2017-cı il tarixli qətnaməsi ilə iddia qismə n təmin edilərək Cavabdeh2 kredit müqaviləsi üzrə 2242 manat əsas, 2537 manat faiz, cəmi 4779 manat pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun və 12 manat notariat xərcinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə də təmin olunaraq kredit müqaviləsi üzrə 2242 manat əsas, 2537 manat faiz, cəmi 4779 ma nat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu və 12 manat notariat xərcinin müştərək qaydada həm də Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmiş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı“xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 09.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış 2242 manat əsas, 2537 manat faiz, cəmi 4779 manat borcun, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və notariat xərcləri üçün 12 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassa siya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. mülki Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən ekspert rəyinə və iddiaçı tərəfindən təqdim edilmiş 3917 manat borcun olması barədə maliyyə arayışına qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməni iddiaçı bankın apellyasiya şikayətləri həddində yoxlamamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər g əlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.10.2014-ci il tarixli, 0312 YMA saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən sonuncuya 24 ay müddətində 26% olmaqla, 2398 manat kredit verilmişdir. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq “xxxx” ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 25.07.2017-ci il tarixli, MD-11-01112 saylı maliyyə araşından görünür ki, Cavabdeh2 “xxxx” ASC-yə 09.10.2014-cü il tarixli, 0312 YMA saylı kredit müqaviləsi üzrə 21.07.2017-ci il tarixə 2242 manat əsas, 2537 manat faiz, cəmi 4779 manat məbləğində kredit borcu vardır. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 24.01.2018-ci il tarixli, MD-11-00205 saylı maliyyə araşından görünür ki, Cavabdeh2 “xxxx” ASC-yə 09.10.2014-cü il tarixli, 0312 YMA saylı kredit müqaviləsi üzrə arayış verilən tarixə 2242 manat əsas, 09.10.2016-cı il tarixə 1530 manat, 09.10.2016-cı il tarixdən 24.01.2018-ci il tarixə illik 5% lə hesablanmış borcu 1445 manat, ümumilikdə 3917 manat borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh2 kredit müqaviləsi üzrə 2242 manat əsas, 2537 manat faiz, cəmi 4779 manat pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumu nun və 12 manat notariat xərcinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmasını qət etmiş, iddia tələbi digər cavabdeh - zamin Cavabdeh1 münasibətdə müddətin keçməsi əsası ilə rədd edilmişdir. Qətnaməni cavabehlər mübahisələndirməmiş, iddiaçı bank iddia tələbinin cavabdeh zaminə münasibətdə rədd edilmiş hissədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477 və 477.0.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında 09.10.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi 24 ay müddətində bağlanmış, müqavilə 09.10.2014-cü ildən 10.09.2016-cı il tarixədək qüvvədə olmuşdur. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.10.2014-cü il tarixli zaminlik müqaviləsi kredit müqaviləsi üzrə kreditor qarşı sında öhdəliklər tam icra edilənədək qüvvədədir. İddiaçı hazırkı ərizə ilə 28.07.2017-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrasının çatdığı gündən (09.10.2016-cı il tarixdən) bir il ərzində (28.07.2017-ci il tarixdə) iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da bir illik iddia müddətini buraxmamışdır. Ona görə də, qətnamə qismən - iddianın təmin edilməyən hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin olunaraq kredit müqaviləsi üzrə 2242 manat əsas, 2537 manat faiz, cəmi 4779 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu və 12 manat notariat xərci müştərək qaydada həm də Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-yə ödə nilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işdən müəyyən edilir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.10.2014-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən sonuncuya 24 ay müddətində 26% olmaqla, 2398 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digə r iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin mübahisələnirilməyən hallarından göründüyü kimi tərəflər arasındakı kredit müqaviləsi 09 oktyabr 2014-ci il tarixdə 24 ay müddətinə bağlanmaqla, 09 oktyabr 2016-cı il tarixdə həmin müqavilənin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 və 449-cu maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində ö hdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qərardan göründüyü kimi, iddiaçı bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işdə iddiaçı bank kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq müqavilə müddətindən sonrakı dövr üçün də müqavilə ilə m üəyyən edilmiş faiz məbləği ilə borc hesablamış, işə baxan məhkəmələr də bu hala diqqət verməmiş, iddiaçının tələbini təmin etmişlər. Bu hal isə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının tələblərinə zidd olmuşdur. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və tələb edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün yalnız vurulmuş zərər qismində illik 5% məbləğində pulun ödənilməsini tələb edə bilər ki, bu da hazırki iddianın predmetini təşkil etmir. Çünki iddia tələbindən iddiaçının bu əsaslar tələb irəli sürməsi müəyyən edilmir. İşdən göründüyü kimi, apellyasiya instansiyası faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının k eçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2018-ci il tarixli, 4534 № li ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh2 09.10.2014-cü il tarixli, 0312 YMA saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 09.10.2016-cı il tarixə 2248,15 manat əsas, 1057 manat faiz, cəmi 3305,15 manat, 24.01.2018-ci il tarixə (09.10.2016-cı il tarixdən sonra 5%-lə hesablanmaqla) 2248,15 manat əsas, 1202,20 manat faiz, cəmi 3450,35 manat borcu vardır. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilən məbləğlərlə iddiaçının tələb etdiyi məbləğlər arasında fərqlər mövcuddur. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə heç bir qiymət verməmiş, rəyi nə üçün sübut kimi qəbul etmədiyini qətnaməsində əsaslandırmamışdır. Mülki Prosessual Məcəl lənin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfind ən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bundan başqa iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitmə tarixinə qədər 2398 manat əsas, 702,59 manat faiz borcunun ödənilməli olması müəyyən edilmişdir. İddiaçı bank cavabdehlərdən kredit müqaviləsində nəzərdə tutulmuş ümumi faiz borcundan artıq borc, yəni 2537 manat faiz borcunun tutulmasını tələb etmiş, iddia tələbini tam təmin edən apellyasiya instansiyası məhkəməsi həmin məb ləğdə faiz borcunun necə yaranmasını araşdırmamışdır. Ekspert rəyindən cavabdehin müqavilə müddətinin bitmə tarixinə olan faiz borcunun 1057 manat olması müəyyən edilir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı bank tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2, 3.3 və 3.4-cü bəndlərinə istinad edərək cavabdehlərdən faiz borcu tələb etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4 bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Müqavilənin 3.3-cü bəndinə görə, kredit məbləği kreditin «Kredit alan» üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlay araq hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürmə yolu ilə 4.l bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Müqavilənin 4.1-ci bəndinə görə, müqavilə üzrə kredit 24 ay müddətinə verilir. Müqavilənin 3.4-cü bəndinə görə, kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 26 % ödəyir. Müqavilənin 2.4.3 yarımbəndində göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən «Kredit alan» «Kredit venkredit məbləğinin 5 faizi miqdarında cərimə ödəyir. Tərəflər arasındakı kredit müqaviləsinin bəndlərində qeyd edilmiş ikiqat faizi (52%) iddiaçı bank əsas borca görə faiz dərəcəsi hesab etsə də, bu öz mahiyyətinə görə dəbbə pulunun cərimə növüdür. İkiqat faizin ödənilməsi öhdəliyi n müqavilə müddətinin bitməsi ilə şərtləndirilmiş, sanksiya olmaqla öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Ona görə də, iddiaçı həmin bəndlərə istinad edərək cavabdehlərdən artıq faiz borcu tələb etməkdə haqlı olmamış, işə baxan məhkəmə bu hala qiymət verməmişdir. İddiaçı həmin bəndlərə istinad edərək Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə əsasən borcun vaxtında ödənilməməsinə görə cərimə pulu tələb edə bilərdi ki, iddiaçı belə tələblə məhkəməyə müraciət etməmiş, tələb etdiyi faiz borcunun faktiki və hüquqi əsasını dəbbə pulu təşkil etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansi yası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-123/2 018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar