Məhkəmə qərarları › İş №2(102)-1236/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1236/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1236/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: notariusun icra qeydi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5609/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərar dadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri 9 saylı Notariat ofisində təsdiq olunmuş, 3M-835 nömrə ilə reyestrdə xx.xx.2019-cu il tarixdə qeydə alınmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 (bundan sonra - borcalan) İddiaçı (bundan sonra – iddiaçı) borca götürdüyü 140.000 manat pulu xx.xx.2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı qismində sonuncunun anası X3 (bundan sonra – ipoteka qoyan) mülkiyyətində olan olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzili (bundan sonra - ipoteka predmeti) iddiaçının xey rinə ipoteka ilə yüklü etmişdir. Qeyd olunan müqavilələr əsasında Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 8İ/28 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcalandan 140000 manat pulun alınaraq iddiaçıya ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönldilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinə əsasən qaytarmalı olduğu borc pulu qaytarmamış və müxtəlif bəhanələrlə müqavilənin icrasından yayınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-550/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il ta rixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmiş, borcalandan 140000 manat borc vəhazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ipoteka qoyana qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcalan iddiaçıdan aldığı pulu vaxtında qaytarmadığından, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən, borcalan tərəfindən iddiaçıya pulun ödənilməsi barədə sübut təq dim edilmədiyindən, iddia təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317, 319.1, 319.6, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2. 36.3, 36.4, 36.5, 59.1, 59.3, 59.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5609/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80, MPM-in 2, 13.4, 13.5, 261.0.1, 261.0.2, 261.0.3 və 261.0.9-cu maddələrini rəhbər tutmaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında eyni predmet üzrə icra mərhələsində olan notariusun icra qeydinin olması mübahisənin (hüquqların təsdiqi və ya müdafiəsi üçün əsasların) olmadığına dəlalət edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərardadla iddiaçının hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar ç ıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X3 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə yeganə iddiaçı olan kassator tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının qanunu Notariat orqanlarının icra qeydləri icra sənədi sayılır (maddə 6.1.4). Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (maddə 8.2). MPM İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1 ). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 8İ/28 nömrəli, xx.xx.2020-ci il tarixli İcra qeydi verilmişdir. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən im tina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının qeyd olunmu ş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməz olmuşdur. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və iddia tələbinə mahiyyəti üzrə baxaraq, tələbin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək mülki işin icraatına xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5609/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar