Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1236/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1236/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 01 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-145/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən, borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 56486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcu olduğunu etiraf etmiş və onu 12 aya hər ay 4707,17 (dörd min yeddi yüz yeddi manat on yeddi qəpik) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, MMC-yə heç bir ödəniş etməmiş, MMC qarşısında öhdəliklərini pozmuşdur. İddiaçı MMC müqavilə üzrə etiraf edilmiş borcun ödənilməsi əsası ilə hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k Cavabdeh 56486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/2020 nömrəli qətnaməsi ilə (hakim S.Qarayev) iddia təmin edilmiş, Cavabdeh 56486 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 56516 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara qiymət verərək iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.
5. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 882, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-i maddələri ilə əsaslandırmışdır.
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)145/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- F.Abbasov (sədrlik edən və məruzəçi), Ə.Allahverdiyev və M.Allahverdiyev) Şərur Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(110)-496/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Ka ssasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, tərəflər arasında heç bir qarşılıqlı hüquqi və ya işgüzar münasibət olmamışdır. Cavabdehin iddiaçıya heç bir zaman borcu olmamışdır. MMC cavabdehi aldadaraq ona olmayan borcun etirafı haqqında müqavilə imzaladaraq olmayan borcu ödəməyə məcbur edir. Borcun etirafı haqqında müqavilə tamamilə əsassız olmaqla, cavabdehə heç bir aidiyyəti yoxdur. MMC cavabdehi of isinə dəvət etməklə, təsir vasitələrindən istifadə edərək müqavilənin bağlanmasına nail olmuşdur. Əslində, borcun cavabdehə heç bir aidiyyəti yoxdur. Həmin borc MMC ilə X1 arasındakı kommersiya münasibətlərindən yaranmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digə r əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır..
14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edi lməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyə tdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Tərəflər arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” mövcud olması işin mübahisəsiz halıdır.
31. Kassasiya şikayətinin dəlili isə bundan ibarətdir ki, həmin müqavilə aldatma və digər təsir vasitələrindən istifadə edilməklə bağlanmışdır.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh qeyd etdiyi həmin hallarla bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia irəli sürməmiş və həmin hallar barədə yalnız hazırki iş üzrə apellyasiya və kassasiya şikayətlərində bildirmişdir. Halbuki, kənar təsir vasitəsiləri altında müqavilə imzalamış şəxsin atmalı olduğu ilk addım həmin halla bağlı hər hansı səlahiyyətli orqana məlumat verməsi olmalıdır, həmçinin əqdi mübahisələndirməlidir. Lakin, cavabdeh bunlarla bağlı sübutlar təqdim edə bilməmişdir.
33. Kassasiy a kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı MMC tərəfindən iddia ərizəsinə cavabdehin şəxsiyyət vəsiqəsinin A4 formalı kserosurəti (mülki iş İ cild, səhifə 6) əlavə edilmişdir. Cavabdeh adından yazılmış həmin kserosurətdə borc, məbləği (56486 azn) də qeyd edilməklə əlyazma ilə etiraf edilmiş, 30.01.2020-ci il tarixə imza edilmişdir. Cavabdeh hazırki məhkəmə icraatı çərçivəsində və daha əvvəl həmin əlyazmanın (əlyazmada olan imzanın) mötəbərliyini mübahisələndirməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
35. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirsə də, ca vabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§21-§23)
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-145/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova