Məhkəmə qərarları › İş №2(102)-1238/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1238/2019

13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1238/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)9157/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.R.Mustafayev, iş № 2(094)-222/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edi lərək cavabdehdən İddiaçı2 xeyrinə əsas borca görə 10.200 manat, hüquqi yardıma görə 250 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 10.480 manatın, İddiaçı1 xeyrinə əsas borca görə 5250 manat, hüquqi yardıma görə 250 manat – cəmi 5500 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 13 oktyabr 2014-cü il tarixdə İddiaçı2 tərəfindən Cavabdeh 1 il müddətinə qaytarmaq şərti ilə 10.200 manat məbləğində borcun verilməsi barədə, 14 may 2015-ci il tarixdə isə İddiaçı1 tərəfindən Cavabdeh 6 ay müddətinə qaytarmaq şərti ilə 5250 manat məbləğində borcun verilməsi barədə kredit müqavilələri bağlanmışdır. Hər iki müqavilə tərəflərin bilavasitə iştirakı ilə bağlanmış və notariatda təsdiq olunmuşdur. 2018-ci ilin aprel ayında İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onları mənzillə təmin etməsi vəd etməsi ilə əlaqədar onların cavabdehə yuxarıda göstərilən məbləğlərdə pul vermələrini və münasibətlərini kredit müqaviləsi ilə rəsmiləşdirmələrini, lakin cavabdehin vəd etdiyi mənzillərin onlara verilməsini təmin etməməklə yanaşı onlardan aldığı pulları da qaytarmaqdan boyun qaçırmasını əsas göstərməklə cavabdehdən İddiaçı2 xeyrinə borca görə 10.200 manat, hüquqi yardıma görə 800 manat, dövlət rüsumuna görə 30 manat – cəmi 11.030 manatın, İddiaçı1 xeyrinə isə borca görə 5250 manat, hüquqi yardıma görə 700 manat, cəmi 5950 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçılardan mənzilə görə 15.000 manat alıb həmin pulu nəvəsinin müalicəsinə sərf etməsini, iddiaçıların isə mənzildən imtina edərək verdikləri pulu tələb etmələrini, bundan sonra mənzili daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X1, sonuncunun ona 20.000 manat ödəyib 5000 manat borclu qalmasını və iddiaçılara olan 15.000 manat məbləğində borcunu ödəməsini ona bildirməsini və onun da həmin borcun artıq ödənilməsini güman etməsini əsas göstərməklə qətnamənin ləğv edili b işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçıların vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görəkassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçılarla a yrı-ayrılıqda kredit müqavilələri bağlamış və həmin müqavilə ilə borcun müqavilələrdə göstərilən müddətlərdə iddiaçılara qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunduğu kimi cavabdeh üzərinə düşən öhdəliyin icrasını təmin etməməklə borcun müqavilələrdə müəyyən olunmuş müddətlərdə və qaydada iddiaçılara qaytarılmasını təmin etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra olunmaması üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş həmin halları və qanunun sadalanan normaları iddia tələbinin qismən təmin edilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin borcların mənzili ondan alan Amil Hüseynov tərəfindən iddiaçılara ödənilməsinə dair cavabdehin kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İş üzrə mübahisəsiz müəyyən olunmuşdur ki, cavabdeh kredit müqavilələrində göstərilən pul məbləğlərini iddiaçılardan almış, lakin həmin pul məbləğləri onlara qaytarılmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini əsassız, qətnaməni isə qanuni və əsaslı sayır. Ş ərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar