Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1239/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5na qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli 2(103)-1103/2019 nömrəli qətnaməsindən İddiaçı İKB ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏ N ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Habil Əhmədov) xxx saylı, xxx tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək İddiaçı xeyrinə Cavabdeh1 01 fevral 2016-cı il tarixinədək hesablanmış 19274,95 manat əsas borc, 133,85 manat faiz borcu, 300 manat dəbbə borcu və ödənilmiş dövlət rüsumuna görə cəmi 40 manat, ümumilikdə 19748,8 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 53.1 kv.m sahəli 2 otaqlı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərrac keçirilməsi yolu ilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 19748,8 (on doqquz min yeddi yüz qırx səkkiz manat səksən qəpik) manat məbləği ndə borcun İddiaçı xeyrinə ödənilməsi, İddiaçına tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ünvan 1 ünvanında yerləşən 53.1 kv.m sahəli 2 otaqlı mənzilinə tutma yönəldikdə və o, satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5nın ən geci bir ay ərzində mənzili tərk etmədikləri halda məcburi qaydada həmin yaşayış sahəsindən çıxarılmaları, ekspertiza tədqiqatının dəyəri olaraq 36,05 manatın Cavabdeh1, 13,95 manatın isə İddiaçından alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) xxx tarixli xxx nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsini n xxx saylı, xxx tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiasının qismən təmin edilərək İddiaçı xeyrinə Cavabdeh1 16.686,07 manat əsas borc, 133,85 manat faiz borcu, 300 manat dəbbə borcu və ödənilmiş dövlət rüsumuna görə cəmi 30 manat, ümumilikdə 17149,92 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 53,1 kv.m sahəli 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac keçirilməsi yolu ilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 75500 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 17149,92 manat məbləğində borcun İddiaçı xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra icra xərcləri və qanunla nəzərdə tutulmuş digər xərclər çıxıl dıqdan sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5nın ən geci bir ay ərzində mənzili tərk etmədikləri halda məcburi qaydada həmin yaşayış sahəsindən çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza xərci olaraq 195 manat Cavabdeh1 Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulması, qiymətləndirmə xərci olaraq 150 manat Cavabdeh1 “xxxx” MMC-nin hesabına tutulması qət edilmişdir. İddiaçı İKB ASC və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. İş üzrə təkrar ekspertiza təyin edilərək, ekspert rəyi iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Bundan başqa ipoteka ilə yüklü edilmiş mənzilin qiyməti əvvəlki illərlə müqayisədə aşağı düşməsini nəzərə alınmamış, mənzilin dəyəri həddindən artıq yüksək qiymətləndirilmişdir. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, mövc ud bazar qiymətləri araşdırılmamış, nəticə etibarı ilə şişirdilmiş qiymət müəyyən edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində iddianı borcun tutulması hissəsində qismən təmi n etdiyindən, iddiaçının kassasiya şikayətin dəlilləri iddianın tam təmin edilməsinə və ipotekanın satış qiymətinə aid olduğundan kassasiya şikayətinə əsasən qətnamənin qanuniliyi mübahisələndirilən hissələrdə yoxlanılır. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki: İddiaçı 4 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış, 14 avqust 2014-cü il tarixli 11-G-10-512-14 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən, Cavabdeh1 istehlak məqsədilə illik 25 % dərəcəsi olmaqla 36 ay müddətinə, 14.08.2014-cü il tarixdən 14.08.2017-ci il tarixədək 28000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.13-cü bəndinə və həmin müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş 28000 manat məbləğində əsas kredit borcunu və həmin kreditə illik 25 % istifadə haqqı ilə hesablanmış 12077,78 manat faiz borcunu, ümumilikdə 40077,78 manat borcu, hər ay banka 1113,28 manat (sonuncu ay 1112,98 manat) ödəniş etməklə 14.08.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 14 avqust 2014-cü il tarixli 11-G-1-0-51.2-14 №-li ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 11.07.2014-cü il tarixli Seriya RX ******* və 15.08.2014-cü il tarixli Seriya RX ******* №-li çixarışların surətlərindən görünür ki, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 53.1 kv.m sahəli 2 otaqlı mənzil ipotekaya qoyulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilsə də, Cavabdeh1 kredit üzrə qalıq borcunun məbləği 01.02.2016-cı il tarixədək hesablanmış və 19.08.2016-cı il tarixli 10270 saylı ekspert rəyinə əsasən həmin tarixə 19274,95 manat əsas, 133,85 manat faiz borcunun olduğu müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddia qaldırıldıqdan sonra qətnamə qəbul edildiyi tarixədək kredit öhdəliyi üzrə ödənişlər həyata keçirilmişdir. Məhz buna görə də iddiaçı iddia tələbinin həcmini sonradan azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 19378 nömrəli, 23 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış və ödəniş qəbzləri məlumatları, 14 avqust 2014-cü il tarixli 11-G-1-0-512-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-nə olan əsas borcu 16.686,07 manat, faiz borcu 539,41 manat olmaqla, cəmi 17.225,48 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya məhkəməsi ekspert rəyinə əsasən cavabdehin əsas borcunun məbləğinin 16.686,07 manat olması qənaətinə gəlmiş, rəyə əsasən qətnamə qəbul edildiyi tarixədək cavabdehə 539,41 manat faiz borcu -hesablansa da, birinci instansiya məhkəməsi tərəfindən iddia faiz borcu hissəsində qismən- 133,85 manat məbləğində təmin edildiyindən və iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyindən, apelyasiya məhkəməsi cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini 133,85 mana t müəyyən etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün tədbir görməmiş, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini 14.08.2014-cü ildə bağlanmış ipoteka müqaviləsində qeyd edilmiş qiymət əsasında göstərmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş “xxxx” MMC-nin 05.09.2017-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri 75.500 manat müəyyən edilmişdir. Mütəxəssis rəyini əsas götürərək apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın açıq hərracda ilkin satış qiyməti 75.500 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirl ər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış fai z formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş üzrə ödənilməli olan əsas borcun müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla, əsas borc müəyyən edilmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddia faiz borcu hissəsində qismən- 133,85 manat məbləğində təmin edildiyindən və iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyindən, apelyasiya məhkəməsi düzgün olaraq cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini 133,85 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər süb utlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə oldu qda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı kassasiya şikayətində məbləğin çox yüksək olduğunu qeyd etsə də, kassasiya şikayətinə ipoteka predmetinin qiymətinin daha aşağı olması barədə heç bir sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən ed ərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsas kredit borcu və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində birinci instansiya mə hkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx tarixli xxx nömrəli qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1239/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1239/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver