Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-124/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-833/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019cu il tarixli YVF-320 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli, YF-1053 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsəqi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh kredit verilməsi barədə müqavilənin t əminatı kimi Zamin ilə Bank arasında 05 sentyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli YVF-320 kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 6816,44 manat, bundan 6685,86 manat əsas, 130,45 manat faiz və 0,13 manat cərimə borcu və iş üzrə ödənilmiş 89 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması nı xahiş etmidir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 sentyabr 2019-cu il tarixli YVF-320 saylı kredit müqaviləsi əsasında Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 6688 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Zamin ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə, cavabdehlərin İddiaçı ASC-yə 6685,86 manat əsas borc, 130,45 manat faiz borcu, 0,13 manat cərimə borcu, cəmi 6816,44 manat borcları qalmışdır.
5. Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2(039)-1734/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli YVF-320 kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas kredit borcu 6685,86 manat, faiz borcu 130,45 manat, 0.13 manat cərimə borcu, cəmi 6816,44 manat borc və ödənilmiş 89 manat məbləğində dövlət rüsumu xx xxxxxx 1958-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Vaqif küçəsi ev 39-da qeydiyyatda olan Cavabdeh və xx xxxxxxxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.B.Zərdabi küçəsi 106-da qeydiyyatda olan Zamin alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə iş materiallarına və işin faktiki hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2019- cu il tarixli kredit müqaviləsinə görə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, kredit borcu üzrə ödəmələri həyata keçirməmişdir. Ona görə də cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyinə iddiaçı bank qarşısında məsuliyyət daşıyır, bank hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 739.1 və 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin müəyyən edilmiş halları əsasında yeni qətnamə qəbul edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli, YVF 320 saylı kredit müqavilə sinə əsasən o, 6688,85 manat kredit götürmüşdür. Kreditin ödənilən bir manatı belə nəzərə alınmamışdır. Əsas borc və faiz borcları olduğu kimi qalaraq dəyişməmişdir. Belə çıxır ki, məhkəmə eyni məbləği yenidən hesablamışdır. Bu səbəbin də maliyyə ekspertizasının keçirilməsini tələb edir. O, borc məbləğini ödəməkdən imtina etmir, lakin artıq məbləği də ödəmək də istəmir.
10. Məhkəmə tərəfindən onun prosessual hüquqları pozulmuşdur. Onun iştirakı olmadan əleyhinə qərar qəbul edilmişdir. Məhkəmə həqiqəti müəyyən etmək üçün ən azından tərəfləri dindirməli, ortaya çıxan sualları araşdırmalı, bundan sonra aidiyyəti qərarını qəbul etməli idi.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-7346/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və V.İ.Məlikov ) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli YVF-320 saylı kredit müqaviləsinə əsasən cavabdehə tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2014-cü il tarixli, YF-1053 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsəqi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Zamin ilə bank arasında eyni tarixli zaminlik müqavilə si bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh 6685,86 manat əsas borc, 130,45 manat faiz borcu, 0,13 manat cərimə borcu, cəmi 6816,44 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir.
13. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YF-1053 saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən Cavabdeh vaxtı keçmiş kredit borcu restrukturizasiya olunaraq sonuncu ilə İddiaçı ASC arasında güzəstli şərtlərlə kredit müqaviləsi bağlanmışdır.
14. Lakin cavabdeh güzəstli şərtlərlə bağlanmış yeni kredit müqaviləsi üzrə də üzərinə düşən öhdəl ikləri yerinə yetirməmişdir.
15. Apellyasiya şikayətində müqavilə üzrə müəyyən məbləğin ödənildiyi göstərilsə də Cavabdeh işə baxan məhkəmələrə bu barədə sübut təqdim etməmiş, apellyasiya şikayətinə də bu sübutları əlavə etməmişdir. Faizlərin düzgün hesablanmaması barədə dəlil də əsassızdır.
16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 14, 386, 399, 739, 740, 442, 445, 421 və 448-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 372, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiy a şikayətində göstərilən dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
21. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
22. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (bo rc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır.
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
25. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
26. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bа ş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
27. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eynidir, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırı lmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-833/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.