Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1241/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(107)-1226/2023 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadından cavabdeh Zamin kassasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-322/2023 nömrəli, 23 may 2023-cü il tar ixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 (on yeddi min altı yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 2538 (iki min beş yüz otuz səkkiz) manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pulun alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 150,64 (bir yüz əlli manat altmış dörd qəpik) manat pulun alınıb «Expressbank” ASC-yə ve rilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Nemət Paşayev) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh Zamin apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1226/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cav abdehlərə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 19 noyabr 2021-ci il taxirli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 manat əsas kredit borcu, 2538 manat faiz borcu olmaqla, cəmi 20215.29 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev)
5. Cavabdeh Zamin (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1226/202 3 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi səbəbindən geri qaytarılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kassasiya şikayətində maddi hüquq normasının tələblərinin pozulduğu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırılması hüququ) tələblərinin pozulduğu kimi hallara istinad edilmiş, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsaslandırılmamışdır.
8. Belə ki, kassasiya şikayətində bir maddi hüquq norması, iki prosessual hüquq norması sadalanmış, lakin həmin hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmamışdır. O cümlədən, şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun və Avropa İnsan hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad edilmiş, lakin həmin qərarların sözügedən işlə hansı əlaqəsinin olduğu göstərilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 402.2, 405.1, 408.1.5 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh Zamin kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1226/2023 nömrəli, 23 yanvar 2024-cü il tarix li qərardadından verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş kassasiya şikayətini baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərməli olduğu halda əsassız qərardad qəbul edərək şikayəti geri qaytarmışdır. Bununla da məhkəmənin qəbul etdiyi qərardadla cavabdeh tərəfin “məhkəməyə çatımlılıq” hüququ əsassız olaraq pozulmuşdur. Geri qaytarılan şikayətdə irəli sürülən dəlillərin nədən ibarət olması kassasiya şikayətinin 8-ci bölməsində açıqlanmış və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq real borc məbləğinin müəyyənləşdirilməsi üçün iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi bar ədə cavabdeh tərəfin vəsatətini təmin etməmiş, bununla da məhkəmə qətnamədəki gəldiyi yekun nəticəni əsaslandırmamışdır. Kassasiya şikayətində həm maddi, həm də prosessual hüquq pozuntusunun da nədən ibarət olduğu qeyd edilmiş və kassasiya şikayəti ümumilikdə Mülki Prosessual Məcəllənin 408.1.5-ci maddəsinin tələblərinə uyğun tərtib olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.1.4. Şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
14. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
15. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün n əticəyə gəlməmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən kassatorun maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənməsinə, lakin həmin hüquq normalarının pozulmasının nədən ibarət olmasının əsaslandırılmamasına, o cümlədən, şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun və Avropa İnsan hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad edilməsinə baxmayaraq həmin qərarların sözügedən işlə hansı əlaqəsinin olduğunun göstərilməməsinə istinad etmişdir.
17. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, işdən görünür ki, cavabdeh kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə istinad edərək, real borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə mühasibatlıq ek spertizasının keçirilməsi barədə vəsatətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməməsini bildirmişdir.
18. Göründüyü kimi, cavabdeh borc məbləğinin müəyyən edilməsi üçün Mülki Prosessual Məcəllənin ekspertiza təyini ilə bağlı normasına istinad etmiş və həmin normanın pozuntusunu əsaslandırmaq üçün konkret dəlil kimi təkrar mühasibatlıq ekspertizası keçirilməsi barədə verdiyi vəsatətinə məhkəmənin diqqət yetirməməsini göstərmişdir. Bu da o deməkdir ki, iddiaçı MPM-in 407.1.4-cü maddəsinə əməl etmişdir.
19. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin MPM-in 408.1.5-ci maddəsinə əsasən gəldiyi nəticəni şikayətə həddən artıq formal yanaşma kimi qiymətləndirir.
20. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qəra rdad ləğv edilməlidir.
21. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zamin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1226/2023 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.