Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1242/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1242/21 (Açar sözlər: borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: “Azərqaz” İstehsalat Birliyinin vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1192/2020 saylı qətnaməsindən İddiaçı İB-nin kasasiya şikayəti üzrə işə xx xxxx 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan təbii qazdan istifadəyə görə 2.040,8 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehdən təbii qazdan istifadəyə görə 368.40 pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında təbii qazdan istifadəyə görə öhdəlikləri, vəzifələri və istifadə şərtlərini müəyyən edən müqav ilə bağlanıb. Cavabdehə aid abonent saldosuna görə, Abşeron rayonu, Hökməli kəndində yerləşən ona məxsus evə “Smart G-4 itron diafraqma” tipli sayğac quraşdırılıb. Sayğaca baxış keçirilərkən kənar qaz xətti aşkar edilib. Hesabat müddəti 90 gün, itirilmiş qazın həcmi cəmi 2.592 kub.metr müəyyən edilib. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxx 2019-cu il tarixli Qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1.500 kub.metrədək olduqda 10 qəpik, illik istehlak həcmi 1.500 kub.metrdən çox olduqda isə 20 qəpik müəyyən edilib. İddiaçı barəsində hesablanmış 2.592 kub.metr həcmdə təbii qazın məbləği Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlə hesablandıqda cəmi 368,4 manat təşkil edir. Ona görə də iddia qismən 368,4 manat məbləğdə təmin edilməli dir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 425.2, 430.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəmə si gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 442, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayəti və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın rədd olunması hissəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması hissəsində səhv nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı İB-nin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəs inə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, h üquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işi n apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında “Qazın alqı-satqısına dair” xx xxxxxxxx 2013-cü il tarixli müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən, Abşeron rayonu, Hökməli kəndində yerləşən cavabdehə məxsus evdə xx xxxxxxx 2017-ci il tarixdə “Smart G-4 itron diafraqma” tipli sayğac quraşdırılıb. Həmin evdə 4 gözlü qaz plitələri (PQ-4)(1/1) mövcuddur. Daha sonra, işdən görünür ki, cavabdeh sayğacdan kənar qazpaylayıcı xəttə qanunsuz qoşulduğuna görə iddiaçıya 1.445,40 manat məbləğində maddi zərər vurub. Bu hal iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli aktlarla da təsdiq olunur. Bundan başqa, işdən görünür ki, sözügedən aktlar üzrə hesablanmış (518,40 + 927 manat) cəmi 1.445,40 manat puldan əlavə cavabdehin daha əvvəldən iddiaçıya ödənilməmiş 595,40 manat qalıq borcu olub. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddia olunan 2.040,80 manat pul vəsaitinin tərkibini düzgün müəyyən etmədən, 595,40 manat qalıq borcuna ümumiyyətlə münasibət bildirmədən, bu barədə iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri nəyə görə qəbul etməməsini qətnamədə əsaslandırmadan, mübahisələndirilən hissədə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin tələbinə görə, apelyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldıqda, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə əsaslandırmağa borcludur. Digər tərəfdən, cavabdehin abonent saldosundan görünür ki, onun tərəfindən 2013cü ilin dekabr ayında 50 kub.metr qaz sərfiyyatına görə smart qaz sayğacı vasitəsilə cəmi 5 manat ödəniş edilib, sonuncu ödəniş isə onun tərəfindən 2019-cu ilin iyul ayında cəmi 20 manat olmaqla aparılıb. Göründüyü kimi cavabdeh tərəfindən 5 il 7 ay müddətində smart qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilməyib. Bütün bunlar isə cavabdehin uzun müddət sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxx 2019-cu il tarixli Qərarına istinad edib, təbii qazın pərakəndə satış tarifinin əhali üzrə illik istehlak həcmi 1.500 kub. metrədək olduqda 10 qəpik, illik istehlak həcmi 1.500 kub.metrdən çox olduqda isə 20 qəpik təşkil etməsini əsas tutub, cavabdehin qanunsuz istifadə etdiyi 2.592 kub.metr həcmdə təbii qazın qiymətini sadə riyazi hesablama aparmaqla cəmi 368,4 manat müəyyən edərkən, tərəflər arasında 2017 və 2018-ci illərdə əmələ gəlmiş hazırki mübahisəli hüquq münasibətinə xx xxxxx 2019-cu il tarixdən qəbul edilmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Qərarını tətbiq etməklə Azərbaycan Respublikası MPM-nin 386, 418.1, 418.2-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrin mənasına görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, işə baxan məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi akt ı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən bu hallara diqqət yetirilməli, tərəflər arasında mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə istinad olunmaqla mübahisələndirilən hissədə iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müə yyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənmübahisələndirilən, yəni iddianın rədd olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1192/2020 saylı qətnaməsi qismən- mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1242/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1242/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver