Məhkəmə qərarları › İş №2(102)-1245/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1245/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1245/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1215/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasındakı mübahisə pul tələbi ilə bağlıdır. İddiaçı bi ldirir ki, cavabdeh ondan aldığı pul vəsaitini qaytarmamış, bununla əlaqədar polisə şikayət etmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, 3-4 ildir ki, İddiaçı tanıyır, sonuncu onun işlədiyi gözəllik salonuna gəldikdə tanış olmuşdur. Onun maddi sıxıntıları olduğu üçün yüksək faizlə pul borcu olmuşdur. Sevda bunu bilib ona aşağı faizlə pul verərək borclarını bağlamışdır. Sevdanın pulunu 1 il sonra qaytarmışdır. Bununla da aralarında rəfiqəlik münasibəti olmuşdur. Onun ailəsində olan sıxıntılara görə pula ehtiyacı olmuşdur. Sevda bunu bilib ona faizə pul götürə biləcəyini və ona verəcəyini söz vermişdir. O da buna etiraz etməmişdir. 2020-ci ilin əvvəllərində Sevda hissə-hissə olmaqla ona 18400 manat borca pul vermişdir. O həmin pulun 3050 manatını qaytarmışdır. Hal-hazırda, Sevdaya 14090 manat borcu qalmışdır. Sevda borc pulu ona verəndə pulun qaytarılması vaxtını dəqiq deməmişdir. Aralarında razılaşma olmuşdur ki, pulu hissə-hissə olmaqla imkanı daxilində qaytaracaqdır. Lakin məlum pandemiya vəziyyətinə görə işləri alınmamışdır. Bu səbəbdən, Sevdaya olan borcunu qaytara bilməmişdir. Buna görə aralarında narazılıq yaranmış və Sevda onun iş yerinə gəlib ünvanına xoşagəlməz sözlər dediyi üçün oğlu Ceyhun Sevda ilə əlaqə saxlayıb bu cür hərəkətlər etməməsini tələb etmişdir. Onlar Sevdanı hədələməmişlər. O, Sevdaya ol an borcunu danmır, imkanı olanda borcunu hissə-hissə qaytaracaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 manat pul vəsaitinin və ödənilmiş 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 5 il olar ki, Cavabdeh tanıyır. Belə ki, iddiaçı əvvəllər ünvan 1 ünvanda yaşamışdır. Həmin binanın 1-ci mərtəbəsində yerləşən gözəllik salonuna getdiyi vaxtlarda cavabdehi saç ustası kimi tanımış və onun müştərisi olmuşdur. Salonda olduğu zaman təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlləri cavabdeh təcili pula ehtiyacının olduğunu bildirmiş dir. Cavabdeh qısa zaman ərzində qaytaracağı şərti ilə iddiaçıdan 15000 manat pul istəmişdir. İddiaçı da cavabdehin maddi vəziyyətinə görə sıxıntılarını nəzərə alaraq 2020-ci ilin əvvəllərində ona 15000 manat pul vermişdir. Cavabdeh pulu alarkən 4-5 ay müddətində borcu tam olaraq qaytaracağına söz vermiş, lakin həmin müddət keçdikdən sonra iddiaçı pulu qaytarmasını istəsə də cavabdeh müxtəlif bəhanələrlə vaxt istəmişdir. İddiaçı dəfələrlə cavabdehin iş yerinə getsə də, sonuncu hər dəfə gizlənmiş, telefon zənglərinə qəti cavab verməmişdir. Sonradan isə cavabdehin Ceyhun adlı oğlu iddiaçı ilə əlaqə saxlayaraq anasını narahat etməməyi xahiş etmişdir. Hətta Ceyhun pulu özü qısa zamanda iddiaçıya qaytaracağına söz vermişdir. Lakin Ceyhun da verdiyi vədinə əməl etməyib iddiaçını aldatmışdır. Son uncu dəfə də 2021-ci ilin dekabr ayının ortalarında cavabdehin iş yerinə gəlib pulunu tələb etdikdə cavabdeh salonda olsa da gizlənib iddiaçının qarşısına çıxmamışdır. Həmin zaman salonda işləyənlərə iddiaçı cavabdehə pulunu qaytarmasını bildirmələri barədə xəbərdarlıq etmişdir. Salondan qayıtdıqdan sonra isə cavabdehin oğlu Ceyhun whatsapp vasitəsi ilə mesaj göndərərək iddiaçını ailəsi, oğlu ilə şantaj etmiş, hədələyici sözlərlə təhqir edib kriminal aləmdə məşhur olan şəxslərin fotoşəkillərini paylaşmış, borcu bir daha istədiyi halda başına oyun açacaqları ilə hədələmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət ünvanlanmışdır. Araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan da görün düyü kimi, Cavabdeh izahatında pulun 3050 manatını qaytardığını, 14090 manat borcunun qaldığını, bu səbəbdən də, aralarında narazılıq yarandığını, Sevdaya olan borcunu danmadığını və imkanı olanda borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdehin borclu olduğunu araşdırma zamanı oğlu Ceyhun Səlimov da təsdiqləmiş, hətta pulu ödəyəcəyinə söz vermişdir. Cavabdehin və onun oğlunun etirafedici ifadəsi bir daha təsdiqləyir ki, iddiaçıya 15000 manat borc vardır. Lakin cavabdeh məbləği azaldaraq guya 14090 manat borcu olduğunu bildirmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

5. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) xx.xx.2023-cü il tarixli, 2(012)-1053/2023 nömrəli qətnaməsi ilə iddia qismə n təmin edilmiş, Cavabdeh borca görə 14090 (on dörd min doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 135 (yüz otuz beş) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 14225 (on dörd min iki yüz iyirmi beş) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyinə görə tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ilə Cavabdeh etirafı əsasında iddiaçıya 3050 manat pul vəsaitini qaytarması və 14090 manat borcunun qalması öz təsdiqini tapmışdır. Cavabdeh borcu ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdı r.

7. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə yazılı izahatı etiraf kimi qəbul edilərək işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur.

8. Mülki iş materiallarından göründüyü kimi, 14090 manat borcunun olmasına dair cavabdehin yazılı izahatı onun iradə ifadəsi əsasında yazılmışdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda, cavabdeh iddianı etiraf etməsi münasibətini yaratmışdır. Lakin bununla belə, iddiaçı cavabdehin ona 15000 manat borcunun olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyi ndən cavabdehin etirafı əsasında 14090 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbləri əsaslıdır, ona görə də qismən təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325.1, 326, Mülki Prosessual Məcəllənin 14.2, 119, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)1053/2023 saylıxx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ümumiyyətlə Cavabdeh izahat verməmişdir, ona yalnız Nəsimi Rayon Polis İdarəsindən adını bilmədiyi polis əməkdaşı zəng vurmuş və ondan hansı səbəbdən İddiaçı olan 15000 manat borc pul məbləğini qaytarmadığını soruşmuş, buna cavab olaraq isə Cavabdeh bildirmişdir ki, onun İddiaçı 3000 manat pul məbləğində borcu olmuşdur və artıq həmin borcu ona geri qaytarmamışdır. Həmçinin, qeyd edilmişdir ki, X3 Sevdaya 3050 manat pul məbləği artıq geri qaytarmışdır, halbuki Cavabdeh 3050 manat deyil, 3000 manat pul məbləğində borcu İddiaçı geri qaytarmışdır. Lakin Nəsimi Rayon Polis İdarəsinin sözügedən qərarındanda göründüyü kimi, Cavabdeh adından izahat İddiaçı yalanları əsasında təhqiqatı aparan polis əməkdaşı tərəfindən yazılmışdır və həmin izahatda olan imza saxtadır, yəni cavabdeh tərəfindən deyil, hər-hansı bir digər şəxs tərəfindən imzalanmışdır. Ümumiyyətlə Cavabdeh Nəsimi Rayon Polis İdarəsinə bu məsələ ilə bağlı, ç ağırılmamış və orada hər-hansı bir izahat verməmişdir. Məhkəmə tərəfindən Nəsimi Rayon Polis İdarəsində kamera vasitəsi ilə aparılan videoçəkilişə baxış keçirilərsə Cavabdeh idarəyə gəlmədiyi və onun həmin izahatı vermədiyi aşkar olar. Həmçinin Cavabdeh dost-tanışlardan maraqlandıqda ona məlum olmuşdur ki, artıq birinci dəfə deyildir ki, İddiaçı Vahid qızı digər şəxslərə borc pul verib daha sonra belə yalanlar ilə onlardan əsassız olaraq artıq pul məbləği tələb etmişdir.

12. Tərəflər arasında borc müqaviləsi bağlanmamış, buna görə də Cavabdeh üzərinə İddiaçı əsassız olaraq tələb etdiyi 15000 manat pul məbləğinin ona geri qaytarılması öhdəliyi yaranmamışdır. İddiaçı və cavabdeh arasında müqavilə bağlanmamışdır, buna səbəb isə odur ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul vermişdir. İddiaçı Cavabdeh 15000 (on beş min) manat pul məbləği vermiş, lakin borc müqaviləsi bağlamamışdır, halbuki pul məbləği üç min manatı keçdikdə borc müqaviləsi bağlanmalı idi.

13. Birinci instansiya məhkəməsi işin halların düzgün araşdırmamışdır, İddiaçı yalan izahatlarına və həmçinin Nəsimi Rayon Polis İdarəsinin qərarına əsaslanaraq, həmçinin tərəflər arasında borc müqaviləsi olmamasına baxmayaraq qətnamə çıxarmışdır, bu isə öz növbəsində İddiaçı əsassız olaraq varlanmasına səbəb olur.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1215/2023 nömrəli iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (L.Rəhimli (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Dəmirov və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Kollegiya aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 1091, 1092.1, MPM-nin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, İddiaçı Cavabdeh maddi vəziyyətinin düzəlməsi üçün ona üzərinə faiz hesablanması şərti ilə 15000 (on beş min) manat pul məbləği verdiyini iddia etmişdir. Lakin, bu maddənin tələblərindən də göründüyü kimi, iddiaçı həmin pul məbləğini cavabdehə verdiyi halda yazılı formada borc müqaviləsi bağlamalı idi. Tərəflər arasında hər-hansı bir borc müqa viləsi bağlanmamışdır, buna səbəb isə odur ki, İddiaçı Cavabdeh 15000 manat deyil, 3000 manat məbləğində borc pul vermişdir, yəni əgər iddiaçı cavabdehə həmin pul məbləğini borc kimi versə idi mütləq müqavilə bağlamalı idi. Artıq Cavabdeh tərəfindən həmin 3000 manat pul məbləği iddiaçıya geri qaytarılmışdır. Birinci instansiya və apelyasiya instansiya məhkəmələrinin qətnamələrindən də görünür ki, məhkəmələr bu məsələyə münasibət bildirməmiş, bu maddənin tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişlər.

19. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad etmiş və həmin qərarda cavabdeh Səlimova Nərminin izahatında onun İddiaçı 15000 manat pul məbləği borcunun olduğunu göstərmişdir. Lakin, Cavabdeh həmin izahatı yazmamışdır, yəni həmin izahat başqa şəxs tərəfindən yazılmış və digər şəxs tərəfindən imzalanmışdır. Məhkəmə tərəfindən bu məsələ araşdırılaraq, bu mübahisəyə faktlar əsasında baxılaraq, ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında aparılmalı idi. Lakin, apellyasiya instansiya məhkəməsi tərəfindən bu məsələyə baxılmamış, izahatın cavabdeh tərəfindən verilib verilməməsi, kim tərəfindən imzalanması, ümumiyyətlə cavabdehin həmin Polis İdarəsinə gedib-getməməsi araşdırılmamış, nəticə etibarı ilə bu maddənin normaları pozulmuşdur.

20. Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanunsuz tərtib edilmiş, Cavabdeh tərəfindən hər-hansı bir izahat verilməmiş, onun ümumiyyətlə belə bir izahat yazması qeyri mümkündür, buna səbəb isə odur ki, cavabdeh latın qrafikası ilə yaza bilmir, bundan əlavə həmin izahat onun tərəfindən imzalanmamışdır. Həmçinin, Cavabdeh məhkəmədən onun Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinə ümumiyyətlə gedibgetməməsi həmin İdarənin kamera vasitəsinə baxış keçirilməklə yoxlanılsın. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəs ində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında 14090 manat icra edilməmiş öhdəliyi vardır. İddiaçı bu halı sübuta yetirsə də, cavabdeh etirazının əsaslarını sübut edə bilməmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsip inə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1215/2023 nömrəli iş üzrə 6 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar