Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1246/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdeh x1nın vəkili Alışov Rahim Nüsrət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh x1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov, iş № 2(010)-8709/2016) iddia qismən təmin edilmiş, cavabdehlər x1, Cavabdeh1əcəf oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 23783,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 3128,40 ABŞ dolları məbləğində faiz borcu və 1.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27.911,95 ABŞ dolları məbləğində borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov, iş № 2(103)1060/2018) cavabdeh x1nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli 2(010)-8709/2016 saylı qətnaməsi «cavabdehlər Cavabdeh1əcəf oğlundan, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9 pul tutulması, digər cavabdehlərdən əsas və cərimə borcunun tutulması hissəsində» ləğv olunmuş, əsas borc məbləği 23675,74 ABŞ dolları, cərimə borcu 789,73 ABŞ dolları müəyyən olunmuş, cavabdehlər Cavabdeh1əcəf oğluna, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9 münasibətdə iddia təmin olunmamış, Cavabdeh3 münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmış, aparlımış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, 100 manatı nın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamədən İddiaçı və cavabdeh x1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı cavabdehlər x1, Cavabdeh8, Cavabdeh1əcəf oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 23783,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 3128,40 ABŞ dolları məbləğində faiz borcu və 4198,16 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 31110 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 15.11.2007-ci il tarixli kredi t müqaviləsinə əsasən ona 48 ay müddətinə 10000 ABŞ dolları məbləğinin verilməsinə dair kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 20.09.2010-cu il tarixli sazişlə əsas kredit xətt müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 30000 ABŞ dolları və 120 ay müəyyən olunmuşdur. 18.03.2015-ci il tarixli sazişə əsasən kredit xətt müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 100000 ABŞ dolları və 208 ay müəyyən edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ilə bağladığı 18.11.2014-cü il tarixli kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsənin təminatı olaraq Cavabdeh1əcəf oğlu ilə 06 mart 2013-cü il tarixdə, Cavabdeh4 ilə 18.11.2014-cü il tarixdə, Cavabdeh5 ilə 20 sentyabr 2010-cu il tarixdə, Cavabdeh7 ilə 15 noyabr 2007-ci il və 20.09.2010-cu il tarixlərdə, Cavabdeh6 ilə 18.11.2014-cü il və 18.03.2015-ci il tarixlərdə, Cavabdeh9 ilə 06.03.2013-cü il tarixdə, Cavabdeh2 ilə 18 noyabr 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Lakin, Cavabdeh3 18.12.2015-ci il tarixdən ödənişləri icra etmir. Cavabdeh əsas kredit borcundan 6216,45 ABŞ dolları ödəniş etmiş, onun 23783,55 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. 14.06.2016-cı il tarixə 179 gün üçün hesblanmış faiz borcu 3128,40 ABŞ dolları təşkil edir. Həmin tarixə hesablanmış cərimənin məbləği 4198,16 ABŞ dolları təşkil edir. Cavabdeh8 vəfat etdiyinə görə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə mülk i işin icraatına həmin cavabdehə dair hissədə xitam verimişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın cavabdeh- zaminlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 aid hissədə də təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətində göstərilir ki, məhkəmə hazırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarını düzgün tətbiq etməmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, tərəflər 02L000000985 saylı kred it xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında ifadə etdiyi hüquqi mövqe ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Kassasiya şikayətinə görə, zamin, zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur və borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu öhdəlik üzrə zaminin məsuliyyəti yaranır. Hazırkı iş üzrə zaminlik müqavilələrində Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair" 2012-ci il 4 senty abr tarixli Qərarında göstərilənlərə uyğun olaraq zaminliyin 15.11.2007-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Bundan başqa, hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu X1ma 18.11.2014-cü il tarixli kredit razılaşması ilə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilməklə, həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış 18.03.2015-ci il tarixli 02L000000985SA saylı saziş ilə müəyyən edilmiş ümumi məbləğ (100.000 ABŞ dolları) və müddət (208 ay) həddində olmuşdur. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu 31.05.2018-ci il tarixli Qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının alınmasını, belə razılığın olmamasının zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli olmasını qeyd edir. Nəzərə alaraq ki, hazırkı işin faktiki hallarına əsasən borcluya kredit xətti çərçivəsində 18.11.2014-cü il tarixli kredit razılaşması ilə 30.000 ABŞ dolları məbləğində kreditin verilməsi zamanı zamin Cavabdeh9 kredit razılaşmasına əlavə olunan ödəniş cədvəlini imzalamışdır, belə olan halda zamin istər açılan kredit xəttinin, istərsə də verilən konkret kreditin məbləği və faizi barədə məlumatlı olmuşdur. Habelə, nəzərə alaraq ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında söhbət bağlanmış kredit müqavilələrində yalnız faiz dər əcəsi barədə zaminin razılığının alınmasından gedir və hesab edilsə ki, hazırkı işdə məhkəmənin qeyd etdiyi kimi zamindən həmin razılıq alınmamışdır, onda belə olan halda məhkəmə zaminə münasibətdə iddianı ancaq faiz borcu tələbinə dair hissədə təmin etməyə bilərdi. Məhkəmə isə, əsassız olaraq əsas borc tələbinə dair hissədə də iddianı zaminlərə münasibətdə rədd etmişdir. Nəhayət, Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, "Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamı nı nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir.... Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda "məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma" məhkəmələr tərəfindən qiymətləndirilərkən işin kon kret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır." Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tətbiqi üçün zəruri şərt öhdəliyin dəyişdirilməsi və həmin dəyişkliyin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasıdır. Lakin hazırkı işdə belə bir hal, yəni 18.11.2014-cü il tarixli kredit razılaşmalarından irəli gələn öhdəliklərin sonradan dəyişdirilməsi faktı mövcud olmamışdır. Beləliklə, kassasiya şikayətinə görə, məhkəmə hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci, 477.0.4-cü maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarını tətbiq edib iddianı zaminlərə münasibətdə rədd etməkdə haqlı olmamış, məhkəmə tərəfindən maddi hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Cavabdeh x1 və onun vəkili Alışov Rahim Nüsrət oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh x1na lazımi qaydada məlumat verilməmiş və bu səbəbdən məhkəmə iclasına 10 dəqiqə gecikmiş, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Bundan başqa, bank əməkdaşları onun yaşlı olmasından və latın qrafikası ilə oxuyub-yaza bilməməsindən istifadə edərək onu aldatmış, kreditin manatla verilməsini xahiş etdiyi halda, bank tərəfindən ona ABŞ dolları ilə kredit ayrılmışdır. Bank tərəfindən kredit müqaviləsi bağlanarkən onun şərtləri ilə tanış olmağa imkan yaradılmamışdır. Həmçinin, bankdan kredit götürülərkən zaminlər Cavabdeh4 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmamış və onlar heç bir müqaviləyə imza atmamışlar. Bununla yanaşı, tərəfindən banka hər ay vaxtı-vaxtında ödənişlər olunmuş, lakin ödənilən vəsaitin hansı borcdan silinməsi bəlli deyil. Hesab edilir ki, bank tərəfindən əsas və faiz borcları, dəbbə pulu düzgün hesablanmamış, bankın xeyrinə şişirdil mişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili Vəkil iddiaçının kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın cavabdeh- zaminlər Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 aid hissədə də təmin olunması barədə yeni qərar çıxarılmasını, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh x1nın vəkili Alışov Rahim Nüsrət oğlu cavabdehin kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilm əsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən cavabdeh-zaminlər Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı iddia tələbinin rədd edilməsi hissədə maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual hüquq normasının tələbləri pozulmuşdur və bununla əlaqədar qəbul olunmuş qətnamə həmin hissədə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallaına görə, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 15.11.2007-ci il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 10000 ABŞ dolları məbləğinin verilməsinə dair kredit xətti açılmışdır. 20.09.2010cu il tarixli sazişlə əsas kredit xətti müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 30000 ABŞ dolları və 120 ay müəyyən olunmuşdur. 18.03.2015-ci il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 100000 ABŞ dolları və 208 ay müəyyən edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ilə bağladığı 18.11.2014-cü il tarixli kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. 18.03.2015-ci il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 18.12.2015-ci il tarixdən ödənişləri icra etmir. Cavabdeh əsas kredit borcundan 6216,45 ABŞ dolları ödəniş etmiş, 23783,55 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. 14.06.2016-cı il tarixə 179 gün üçün hesblanmış faiz borcu 3128,40 manat təşkil edir. Həmin tarixə hesablanmış cərimənin məbləği 4198,16 ABŞ dolları təşkil edir. Cavabdeh1əcəf oğlu ilə 06 mart 2013-cü il tarixdə, Cavabdeh4 ilə 18.11.2014-cü il tarixdə, Cavabdeh5 ilə 20 sentyabr 2010-cu il tarixdə, Cavabdeh7 ilə 15 noyabr 2007-ci il və 20.09.2010-cu il tarixdə, Cavabdeh6 ilə 18.11.2014-cü il və 18.03.2015-ci il tarixdə, Cavabdeh9 ilə 06.03.2013-cü il tarixdə, Cavabdeh2 ilə 18 noyabr 2014-cü il tarixdə öhdəliyin icrasını təmin etmək məqsədi ilə zaminlik müqavilələri bağlan mışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13.02.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh3 15 noyabr 2007-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 18 noyabr 2014cü il tarixli kredit razılaşması müqaviləsinin qeyd olunan şərtləri nəzərə almmaqa 14.06.2016-cı il tarixə 27.585,68 ABŞ dolları məbləğində borcu vardır: əsas borc 23675,74 ABŞ dolları, faiz borcu 3130,21 ABŞ dolları, cərimə üzrə borcu 789,73 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borcalan cavabdeh x1nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, b ununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh borc məbləğinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləğdən daha az təşkil etməsi, ümumiyyətlə borcun mövcud olmamasına dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, əsas və cərimə borcunun məbləğləri də rəydə göstərilən həddə müəyyən edilməlidir. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı bank, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 ilə bağladığı 18 noyabr 2014-cü il tarixdə müqavilələr ilə 120 ay müddətinə verilmiş 30000 ABŞ dolları məbləğində kreditin və ona hesablanmış faizlərin borclu tərəfindən icra edilməd ikdə və ya lazımınca icra edilmədikdə öhdəliyin yarancağını razılaşdırmışlar. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətin in dəlillərini əsassız sayır və qeyd edilən məbləğdə borcun cavabdehdən tutulması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu ilə birlikdə iddiaçıya ödəməlidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Bundan başqa, bank əməkdaşlarının onun yaşlı olmasından və latın qrafikası ilə oxuyub-yaza bilməməsindən istifadə edərək onu aldatması, kredit müqaviləsinin şərtləri ilə tanış olmağa imkan yaradılmaması, həmçinin bankdan kredit götürülərkən zaminlər Cavabdeh4 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmaması, bank tərəfindən əsas və faiz borcları, dəbbə pulunun düzgün hesablanmaması və borcun şişirdilməsi barədə Cavabdeh3 tərəfindən nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya instansiyası məhkəməsində hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, digər zaminlərCavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 18.11.2014-cü il tarixli müqavilə üzrə kredit məbləğinin ödənilmədiyi təqdirdə üzərlərinə öhdəlik götürməmiş, onlarla həmin razılaşmaya dair zaminlik müqaviləsi bağlanmamışdır. Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini də nəzərə alan apellyasiya məhkəməsi qeyd etmişdir ki, zaminin kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməli olduğu halda faiz dərəcəsi, valyutanın növü göstərilməmiş, borcun konktet həddi müəyyən olunmamışdır. Yeni müqavilə bağlanarkən əvvəlki müqavilə ilə razılaşdırılmış mühum şərtlərə dəyişikl ik edilməsinə baxmayaraq bununla bağlı zaminlər Cavabdeh1əcəf oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9 razılığı alınmamışdır. Hazırk iddia tələbindən isə aydın olur ki, kreditora əvvəlki şərtlərə uyğun olan şətlərlə deyil, həmin zaminlərin razılığı alınmadan bağlanmış müqavilə şərtlərinə uyğun onlardan öhdəliyin icrası tələb olunur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə isə yeni dəyişdirilmiş şərtlərlə bağlanmış müqavilənin icrasına cavabdehlər olan Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9 öhdəlik daşımır, ondan isə həmin müqavilə üzrə yaranmış öhdəliyin icrasının tələb olunması yolverilməzdir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticəsini qanuni və əsaslı hesab etmir və bu hissədə iddiaçı nın kassasiya şikayətinin dəlillərini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəy işdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İş materiallarından görünür ki, hazırki tələb 18.11.2014-cü il tarixli kredit razılaşması üzrə bank tərəfindən borclu x1na 30 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə verilmiş 30000 ABŞ dolları məbləğində kredit üzrə yaranmışdır. Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9 ba nkla bağladıqları müvafiq zaminlik müqavilələrində və ona dəyişiklik və əlavələr edilməsi barədə sazişlərdə onların zamin durduqları kredit xəttinin məbləği 30.000 ABŞ dolları və kredit xəttinin məbləği 120 ay qeyd edilmişdir. Göründüyü kimi, sonuncuların zamin durduqları kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, nə kredit razılaşmalarının müddəti, nə də sonrakı razılaşmalarla müəyyənləşdirilmiş icra müddəti zaminlik müqavilələrində və əlavə sazişlərdə nəzərdə tutulmuş 120 aylıq müddəti aşmamışdır. Başqa sözlə, sözügedən zaminlərlə bağlanılmış müqavilələrdə zamin durduqları kredit üzrə valyutanın növü göstərilmiş, borcun konktet həddi müəyyən olunmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 31 may 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Hazırki kredit xətti və zaminlik müqavilələrində kredit məbləğinin faizlə verilməsi, ödənişin gecikdirildiyi hər gün üçün kredit məbləği qalığının 0,5 %-i məbləğində cərimənin hesablanması nəzərdə tutulsa da, faiz dərəcəsi göstərilməmiş, sonrakı kredit razılaşması bağlanarkən də bu barədə zaminlərin razılığı alınmamışdır. İşin qeyd olunan halı öz-özlüyündə zaminin öhdəliyin icrasına görə üzərinə götürdüyü məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Əvvəla, yuxarıda qeyd edildiyi kimi zaminlik müqavi ləsinin zaminin hüquq və vəzifələrini nəzrədə tutan 3-cü maddəsinə kredit məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı müəyyən edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Banklar haqqında” Qan unun 1-ci maddəsinə əsasən bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan bankların faiz nəzərdə tutulmamaqla kredit verməsi ağlabatan hesab edilmədiyi kimi, kredit xətti müqaviləsində də faiz dərəcəsinin göstərilməməsi də zaminin kredit məbləğinin faizsiz veriləcəyini ehtimal etməsi və bu şərtlə öhdəliyə zamin durması kimi qiymətləndirilməməlidir. Yəni, qeyd edilən zaminlər kreditor bank tərəfindən kredit məbləğinin faizlə veriləcəyini bilmiş və bununla razılaşaraq öz iradə ifadələri əsasında zaminlik müqaviləsini bağlamışlar, qeyd olunan halın əksi mübahisələndirilməmişdir. Bu zaman zamin ən azından kredit məbləği üçün qanunvericiliklə nəzərdə tutulmuş minimum faiz dərəcəsi həddində məsuliyyət daşımalıdır. Qeyd olunan əsasla, yəni faiz dərəcəsinin göstərilməməsi əsası ilə zaminin əsas borcun ödənilməsinə görə də məsuliyyətdən azad edilməsi isə zaminliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Lakin apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halına zaminliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, zaminliyə xitam verilməli olması barədə səhv nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllən in 477.0.1-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol vermişdir. Sözügedən maddi hüquq pozuntusu bankı kreditor olaraq zaminlərin hesabına tələbin ödənilməsinə nail olmaq imkanından məhrum etmişdir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülk i-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi ç ıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat cudex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “tempum devolutum qantum appelatum” – “ nə qədər şikayət – o qədər qərar” qaydası na çevrilir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən yalnız cavabdeh x1 (əsas borclu) apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdehlər, o cümlədən cavabdeh-zaminlər Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 həmin qətnamədən apellyasiya şikayəti verməsə də apellyasiya instansiyası məhkəməsi sonunculara münasibətdə də birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayaraq həmin hissədə qətnaməni ləğv edib onlara münasibətdə iddianı rədd etmişdir. Halbuki, hazırki mübahisənin predmeti bölünməz deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını cavabdeh-zaminlər Cavabdeh1əcəf oğlu, Ca vabdeh5, Cavabdeh7 və Cavabdeh9 münasibətdə yoxlamaqla MPM-nin 372.6-cı maddəsinin pozuntusuna yol vermişdir. Beləliklə, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini əsassız sayır, iddiaçının kassasiya şikayətinin dəlillərini isə əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh-zaminlər Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı iddia tələbinin rədd edilməsi hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normaları pozulmuşdur və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-c ü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qisməncavabdeh-zaminlər Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı iddia tələbinin rədd edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, apellyasiya baxışının həddini düzgün müəyyən etməli, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, qanunun tələblərinə əsaslanan qənaətə gəlməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı 18 sentyabr 2018ci il tarixli q ətnaməsi qismən- iddia tələbinin cavabdehlər Cavabdeh1əcəf oğlu, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh9 qarşı rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1246/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1246/2019
07.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver