Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1246/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-****/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) xx.xx.2017-ci il tarixli, 2(051)-****/2017 nömrəli qətnaməsi ilə İ ddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilərək, cаvаbdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 41139,23 ABŞ dolları əsаs kredit bоrcu, 9507,12 ABŞ dolları fаiz üzrə borc, 1550 ABŞ dolları cərimə bоrcu olmaqla, cəmi 52196,35 ABŞ dolları kredit borcunun, xx.xx.2014-cü il tаrixli ******* sаylı kredit müqaviləsi üzrə 22955,32 ABŞ dolları əsas kredit borcu, 5368,99 ABŞ dolları faiz üzrə borc, 980 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29304,31 ABŞ dolları kredit bоrcunun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 mаnаtın, i poteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manatın, 42 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə verilməsi, pulun tutulmasınin ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsi, cаvаbdeh Cavabdeh1 məxsus, ipоtekа predmeti оlаn, satış qiyməti 100000 manat dəyərində qiymətləndirilmiş Mingəçevir şəhəri ********************** mənzilinin, Cavabdeh2 məxsus, ipоtekа predmeti оlаn, satış qiyməti 50000 manat dəyərində qiymətləndirilmiş Mingəçevir şəhəri ************** mənzilinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə 41139,23 ABŞ dolları əsаs kredit bоrcu, 9507,12 ABŞ dolları fаiz üzrə borc, 1550 ABŞ dolları cərimə bоrcu olmaqla, cəmi 52196,35 ABŞ dolları kredit borcunun, xx.xx.2014-cü il tа rixli ******* sаylıkredit hesabı üzrə əsasən isə 22955,32 ABŞ dolları əsas kredit borcu, 5368,99 ABŞ dolları faiz üzrə borc, 980 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29304,31 ABŞ dolları kredit bоrcunun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydiyyаtа аlınmаsı üçün ödənilmiş 20 mаnаtın və xidmət haqqı olaraq ödənilmiş 42 manat pulun tutularaq İddiaçı QSC-yə verilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzillərdən çıxarılmaları, borcun ödənilməsindən sonra mənzillərin açıq hərracdan satılmasından qalan pulun cavabdehlərə qaytarılması və iş üzrə ekspertizа xərci оlаn 50 mаnаt pulun cаvаbdehlər Cavabdeh3, Cavabdeh2 və Cava bdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) xx.xx.2018-ci il tarixli, 2(107)-****/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-****/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, cаvаbdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ****************** saylı kredit razılaşması üzrə 41139,23 ABŞ dolları əsаs kredit bоrcu, 9507,12 ABŞ dolları fаiz üzrə borc, 34388,58 ABŞ dolları cərimə bоrcu olmaqla, cəmi 85034,93 ABŞ dolları borcun, 15R000005940 sаylı kredit razılaşması üzrə 22955,32 ABŞ dolları əsas kredit borcu, 5368,99 ABŞ dolları faiz üzrə borc, 12330,73 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40655,04 ABŞ dolları bоrcun, ümumilikdə 125689,97 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 30 mаnаtın, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manatın və 42 manat xidmət haqqının tutulması, Mingəçevir şəhəri ************ küçəsində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən **** № li *** mərtəbəli bina nın ****-ci girişində ****-cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 5 otaqlı, 76.96 kv.m yaşayış, 104 kv.m ümumi sahədən ibarət *** № li mənzilinə və Mingəçevir şəhəri ***** küçəsində yerləşən *** № li evin ***-cü mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan, 3 otaqlı, 47.2 kv.m yaşayış, 12.5 kv.m yardımçı, 59.7 kv.m ümumi sahədən ibarət *** № li mənzilinə tələbin yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 125689, 97 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 mаnаtın, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manatın və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbl əğin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, Mingəçevir şəhəri ****** küçəsində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən **** № li 5 mərtəbəli binanın **-ci girişində ***-cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 5 otaqlı, 76.96 kv.m yaşayış, 104 kv.m ümumi sahədən ibarət *** № li mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilinə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Mingəçevir şəhəri **** küçəsində yerləşən**** № li evin *****-cü mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan, 3 otaqlı, 47.2 kv.m yaşayış, 12.5 kv.m yardımçı, 59.7 kv.m ümumi sahədən ibarət *** № li mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh 2 həmin mənzilinə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi tərəfindən iddiaçı bank tərəfindən faiz borcunun şişirdilməsi, nəticədə onlar tərəfindən faiz borcunun şişirdilməsinə görə ciddi əngəllər yaranması, həmçinin borcların ABŞ dolları ilə verildiyinə görə onlara ziyan vurulması nəzərə alınmamışdır. Həmçinin pul məbləği onlara dollarla deyil, manatla verilmiş, müqaviləni isə dollarla imzalatdırılmışdır. Cavabdehlər müqavilə üz rə pulu aldıqdan sonra iki dəfə devalvasiya olmuş, nəticədə onlara külli miqdarda ziyan dəymişdir. Budan əlavə, borc məbləği cavabdehlərin başqa mənzilləri olmadığı halda onların yeganə mənzilinə yönəldilmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili və digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Belə ki, cavabdeh bankdan aldığı borc məbləğinin manatla olduğunu, lakin dollarla ödənilməsini qeyd etmişdir. İş materiallarından görünür ki, cavabdehə verilən kredit məbləğləri dollarla verilm işdir. Cavabdeh apelyasiya şikayətində vurğuladığı halları sübut edən hər hansı dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayəti də formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, apelyasiya baxışı zamanı cavabdehlər tərəfindən faiz borcu mübahisələndirilmədiyi halda, hazırda cavabdehlər faiz borcunun şişirdilməsinə istinad etmişlər. Digər tərəfdən onlar müqaviləni dollarla imzalasalar da, pulu manatla almalarını göstərsələr də, apelyasiya kollegiyasının qeyd etdiyi kimi, bu barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Həmçinin cavabdehlər yeganə mənzillərinə borcun yönəldilməsini əsassız hesab etsələr də, qeyd edilməlidir ki, cavabdehlər bu barədə bank qarşısında öhdəliyi bankla aralarında bağladıqları ipoteka müqaviləsi əsasında üzərlərinə götürmüşlər. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müv afiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icra sı üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi ic ra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiy i gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan i poteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)****/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1246/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1246/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver