Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1247/2018 01.03.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 01 mart2018-ciil İş№ 2(102)-1247/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, kassator Cavabdeh2 və vəkili X3ün iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7659/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2017- ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(010)-228/2017)iddia tələbi qismən təmin edilərək, Cavabdeh1dən 22963 ABŞ dolları əsas, 2192,74 ABŞ dolları faiz, 3548,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28703,92 ABŞ dolları borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının İddiaçı KB ASC-nin xeyrinə tutulması, tutmanın girov predmetinə yönəldilməklə, ilkin satış qiymətinin 63000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinin açıq hərracdan satılması və Cavabdeh1 İddiaçı KB ASC-nə olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh2yə qaytarılması, iddia tələbinin qalan hissədə təmin ed ilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.C.Kazımov, iş № 2(103)-7659/2017) İddiaçı KB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-228/2017 saylı 27 aprel 2017- ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşənmənzilinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh3 və Cavabdeh4ün çıxarılması qət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)228/2017 saylı 27 aprel 2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilə n qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 22963.00 ABŞ dolları əsas, 3876.70 ABŞ dolları faiz, 13299.68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40139.38 ABŞ dolları borcun, 30 manat dövlət rüsmunun və 30 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2nin mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşənmənzilinə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşənmənzilinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh3ün və Cavabdeh4ün çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə 09.07.2014-cü il tarixli 45B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 17.07.2014-cü il tarixli 45B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 22.963,00 ABŞ dolları, faiz borcuna görə 2.192,74 ABŞ dolları, cərimə borcuna görə 3.548,18 ABŞ dolları, cəmi 28.703,92 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipote ka predmeti olan Cavabdeh2nin mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 17.07.2014-cü il tarixli 45B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 28.703,92 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq İddiaçı KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Ca vabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3ün çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 və onun vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpoz ulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası m əhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 88, 97.1-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator Cavabdeh2 və vəkili X3 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7659/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmaların abaxmayaraqişdə iştirak edən digər şəxslər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhk əməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatoru və vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hü quq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındang örünürki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 09.07.2014-cü il tarixli 45B8/14 saylı kredit müqa viləsi çərçivəsində 17.07.2014-ci il tarixli 45B8/14-1 saylı əlavə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, borcluya 24 ay müddətinə 17.07.2016cı ilədək illik 22% ödəmək şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank ilə Cavabdeh2 arasında 14.07.2014-cü il tarixli 45Bİ8/14 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşənmənzili bank qarşısında ipotekaya qoyulmuşdur. Borclu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirmədiyindən, bank qarşısında ödənilməmiş borcu qalmış və bank hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 Banka 17.07.2016 -cı il tarixə 22963.0 ABŞ dolları əsas, 2192.74 ABŞ dolları faiz, 3548.18 ABŞ dolları cərimə olmaqla, cəmi 28703.92 ABŞ dolları məbləğində borcu vardır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, p ul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərə r üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatana dəkkreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdir məsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavi lədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icr a olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təm inat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyul duğu halda ona tutma yönəldikdə və o satıldıqda Qanunun 59-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satılıdqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edil miş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa əsas öhdəlik icra edilmədiyindən b orcun tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməsi üçün əsasdır. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə iddiada göstərilən qaydada borcları yaranmışdır. Kassasiya şikayətinin faiz və cərimə borcunun düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü borcunu ödəməmişdir və nəticədə müqaviləyə əsasən ona faiz və cərimə hesablanmışdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquq i şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 390.1, 405.1-ci maddəsi.) Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7659/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1247/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1247/2018
01.03.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver