Məhkəmə qərarları › İş №2(102)-1247/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1247/2019

25.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1247/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 25 » fevral 2019-cu il İş № 2(102)-1247/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh1, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, cavabdehə vurulmuş maddi zərərin əvəzi olaraq 11.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulu Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. (hakim R.Həsənov). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Mərdanova və X.Sarıyev, İş № 2(103)-9805/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyun 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 münasibətdə rədd olunması və zərərin əvəzi olan məbləğin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 (on min beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı vurulmuş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları maddi zərərin əvəzi olaraq 11.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üz rə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalar iş üzrə düzgün tətbiq olunmamış, sübutlara düzgün qiymət verilməmiş, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi və zərərin əvəzi olan məbləğin müəyyən ediməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən Cavabdeh1 münasibətdə ləğv edilməsini və həmin hisədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən Cavabdeh1 münasibətdə ləğv edilməsini və həmin hisədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 14 sentyabr 20 18-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüqu qi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki,Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2017-ci il tarixli hökmündən (İş № 1(101)609/2017), Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.12.2017-ci il tarixli qərarından (İş № 1(103)-1390/2017) görünür ki, hazırki iş üzrə cavabdeh olan şəxslər qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan iddiaçıya məxsus 22.000 manat məbləğində pulu dələd uzluq yolu ilə ələ keçirməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq hissələri ilə təqsirli bilinmiş və müvafiq cəzalara məhkum olunmuşlar. İddiaçıya vurulmuş zərərin bir hissəsi, yəni 11.500 manat Cavabdeh1 tərəfindən iddiaçıya ödənilmiş və bu səbəbdən Cavabdeh1 təyin edilmiş cəza Cavabdeh2 təyin edilmiş cəzadan yüngül olmuşdur. Zərərçəkmişin (iddiaçının) iddiası baxılmamış saxlanılmış və ona izah edilmişdir ki, o, cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququna malikidir. Hazırki mülki işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri deyil, hazırki iş üzrə iddiaçının cinayət işinin baxılması zamanı məhkəməyə vermiş olduğu ərizəni əsas götürmüşdür. Həmin ərizədə iddiaçı qeyd edir ki, Cavabdeh1 ona vurduğu 11.500 manat maddi ziyan Cavabdeh1 arvadı X1 tərəfindən tam ödənilmişdir, buna görə də onun Cavabdeh1 qarşı tələbi və şikayəti yoxdur. Hazırki iş üzrə cavabdehlərin barəsində istintaqı aparılmış cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında iddiaçıya qarşı dələduzluq cinayətini törətmişlər; iddiaçıya dəymiş zərər hər iki cavabdeh tərəfindən vurulmuşdur. İşin bu halına qeyd edilən prosessual normanın tələbindən yanaşdıqda müəyyən edilir ki, iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsini ona münasibətdə əsassız varlanmış olan hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, nə qədər ki, iddiaçının hesabına heç bir hüquqi əsas olmadan əldə edilmiş məbləğ c avabdehlər tərəfindən tam şəkildə iddiaçıya qaytarılmamışdır, hər iki cavabdeh iddiaçı qarşısında müştərək qaydada məsuliyyət daşıyır. Bununla yanaşı, vurulmuş zərərin məbləğinə münasibətdə Məhkəmə qeyd edir ki, iş materiallarında olan 28.12.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən göründüyü kimi, cavabdehlər əsassız varlanma nəticəsində əldə etdikləri 22.000 manatdan 11.500 manatını qaytarmışdır. Belə olan halda hesab edilməlidir ki, (22.00011.500=) 10.500 manata aid hissədə iddia tələbi əsaslıdır. Odur ki, göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Rayon Məhkəməsi iddianı Cavabdeh1 münasibətdə rədd etməklə və vurulmuş zərərin məbləğini 11.000 manat müəyyən etməkdə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüv vəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəməkollegiyasıhesabedirki,ApellyasiyaMəhkəməsininqəbuletdiyiqətnaməsiişi n həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Cavabdeh1 Bəhrəm oğlunun kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq tamamilə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Bel ə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o, cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özq tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran süb utları, bu və ya digər sübutları rədd etmək üçün istionad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərinlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya Məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üszrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hes ab edilmir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 14 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar