Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1247/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəki1l iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdə “*****” marketdə satıcı işləmişdir. Həmin vaxt cavabdeh ona hədə-qorxu gəlməklə ondan 40.000 manat pul almışdır. Həmin pulu guya o, “******” marketdə işləyərək mənimsəmişdir. Bununla əlaqədar Sumqayıt Şəhər Prokurorluğunda araşdırılma aparılmış və xx xxx 2018-ci il tarixdə başlanılmış cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla onun “******” marketdə işləyərkən əmlakı mənimsəməsi öz təsdiqini tapmadığından cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərardan görünür ki, iş üzrə araşdırma zamanı şahid qismində dindirilmiş Cavabdeh əvvəlcə 23700 manat, daha sonra 7000 manat, daha sonra isə 10.000 manat ondan pul aldığını verdiyi izahatla etiraf etmişdir. Onun pulu mənimsədiyi sübuta yetirilmədiyindən cavabdeh ondan 40.000 manat pulu əsassız almışdır və həmin pul ona geri qaytarılmalıdır. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsini 386-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 82.4 və 106-cı maddələri ilə əsaslandırmış, cinayət işi üzrə icraata xitam verilməsiu haqqında Sumqayıt şəhər prokurorluğunun xx.xx.2018-ci il tarixli qərarına istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-*****/2019 saylı, xx xxxxxx 2019- cu il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək və ətraflı araşdırma aparılması üçün işin həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmış və işdə olan sənə dlər sadalansa da, qətnamə əsaslandırılmamışdır. Məhkəmənin əsaslandırması 1 cümlədə ifadə olunur ki, «İddiaçı iddia tələbinin əsaslarını təsdiq edən və həmin halları özündə əks etdirən heç bir sübut təqdim edə bilməmişdir». Cavabdeh borcun olması ilə bağlı dəlilləri ondan ibarət olmuşdur ki, guya “******” marketdən müxtəlif şadlıq evlərinə satılmış mallara dair qaimə adlandırdığı kağızdakı rəqəmlərə düzəliş edilmiş və düzəliş edilən rəqəmləri guya ki, iddiaçı mənimsəmişdir. Cavabdeh 2-ci dəlili işə aid olmayan audit rəyidir ki, guya iddiaçının fəaliyyət göstərdiyi müddət ərzində borcu 700000 manatdan artıq təşkil edir. Cavabdeh və qardaşı X5 iddiaçı barəsində şikayəti əsasında cinayət işi başlanılsa da, sonradan Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı ilə icraata xitam verilmişdir. Qərarla müəyyən edilmişdir ki, X7 və X8 etirafı əsasında həqiqətən də iddiaçıdan 40000 manat pul vəsaiti alınmışdır. Borc məbləğinin yaranması ilə bağlı qərarda düzgün olaraq göstərilmişdir ki, istintaqa təqdim edilmiş sənədlər qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Satış sənədi hesab edilən sənəddə ərzaq mallarının İddiaçı verilməsinə dair hər hansı bir qeyd yoxdur. Qüvvədə olan qaydalara görə belə olan halda ərzaq məhsulları anbardan qaimə faktura əsasında müvafiq şöbəyə verilməli idi. İddiaçı hər gün mühasibə satdığı malların, müştərilərin adlarının və satışın həcmi və əldə edilən pulların məbləği yazılmış adi dəftər kağız yazıb bunun əsasında ondan pul qəbul edilməsi qüvvədə olan qaydalara uyğun deyildir. Ona görə də həmin sənədlər sübut kimi qəbul edil ə bilməz. Göründüyü kimi prokurorluğun qanuni qüvvəyə minmiş qərarında da təqdim edilmiş «sənədlər»ə qiymət verilib, göstərilmişdir ki, onlar sübut sayılmır və malların iddiaçıya təhvil verilməsi demək deyildir. Bu halda etiraf yazılsa belə, alt sənədləri (yəni mühasibatlıq sənədləri) olmadığı üçün sübut hesab edilə bilməz. Başqa bir tərəfdən isə məhkəmə işə baxarkən nə etiraf ərizəsinin özünü, nə də düzəliş edildiyi deyilən dəftər vərəqlərinə əhəmiyyət verməmiş, onları araşdırmamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, həmin «sənədlər»dəki rəqəmlər nə qədərdir. Məhkəmə prosessual qanunvericiliyin tələblərini unudaraq göstərmişdir ki, «İddiaçı iddia tələbinin əsaslarını təsdiq edən və həmin halları özündə əks etdirən heç bir sübut təqdim edə bilməmişdir». Axı bu halda sübutetmə vəzifəsi cava bdehin üzərinə düşür. O, pul verdiyini sübuta yetirmişdir, cavabdehin istintaqda və məhkəmədə verdiyi izahatlarla ki, 40000 manat vəsaiti cavabdeh ondan qəbul edib. Bəs cavabdeh sübut edə bilib ki. həmin məbləğdə onun cavabdehə borcu var? Təbii ki, belə bir sübut yoxdur və məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmənin araşdırmadan kənarda saxladığı başqa bir məqam mağazadan satılmış malların alıcıları, yəni şadlıq evləri ilə «qaimələrdəki» düzəlişlərin səbəblərini aydınlaşdırmamasıdır. Əgər iddia olunursa ki, iddiaçı şadlıq evlərinə verilmiş «qaimələrdəki» rəqəmlərə düzəliş edib, bu məqam şadlıq evləri ilə aydınlaşdırılmalı idi. İddiaçı iddia etsə də ki, şadlıq evləri ilə satış o şəkildə həyata keçirilirdi ki, ilk əvvəl mallar götürülür, sonra artıq qalan hissəsi geri qaytarılırdı, bu hal da «qaimələrə» düzəliş edilməsi mümkün idi. Məhkəmə araşdırmamışdır ki, qeydi edilən şadlıq evinə hansı məbləğdə mal verilib və hansı məbləğdə pul ödənilib. Məhkəmə işi araşdırmadan həmin şəxsləri işə cəlb etməmişdir, axı şadlıq evldərindən artıq qalan malların geri qaytarılması ağlabatandır. Məhkəmə aydınlaşdırmamışdır ki, cavabdehin ümumiyyətlə 40000 manat dövriyyəsi olmuşdurmu? Əgər olubsa, bu malların alış sənədləri varmı? Cavabdehin sifarişi əsasında audit rəyinin tərtib edilməsi işin ətraflı araşdırılmasından imtina üçün əsas deyildir və ya rəydə də konkret göstərilmir ki, iddiaçının hansısa təhvil-təslim, ödəniş sənədinə əsasən cavabdehə 40000 manat borcu var. Bununla bağlı məhkəmə ən azından Sumqayıt şəhər Prokurorluğundan ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi ba rədə xx.xx.2019cu il tarixli qərarın qəbul edilməsinə əsas olan sənədləri, toplanmış materialları tələb edib, ala bilərdi ki, bunu etməmişdir. Həmin materiallarda işlə bağlı bir çox məqamlara aydınlıq gələ bilər, «etiraf» sənədlərinə, «Qaimələrə» qiymət verilə bilərdi. Yoxlanıla bilərdi ki, «etiraf» sənədi hansı şəraitdə yazılıb, həyəcanla və ya adi qaydada, sahə müvəkkilipolisin iştirakı müəyyənləşə, etirafın yazılmasının ona nə aidiyyəti olması aydınlaşa bilərdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. K asasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfind ən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Əvvəla, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də kasasiya şikayətində qeyd edildiyi kimi apelyasiya kollegiyası qəbul etdiyi qətnaməni əsaslandırmamış, bununla da prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bundan əlavə, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən belə aydın olur ki, apelyasiya kollegiyası Cavabdeh müraciəti əsasında toplanmış material üzrə aparılmış istintaq zamanı cinayət işində olmuş audit rəyinə əsaslanmış, İddiaçı öz hesabında çatışmazlıq olmasını etiraf etməsini, həmin pulu ödəyəcəyinə söz verməsini göstərmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda olan cavabdehin izahatlarında onun iddiaçıdan pul almasını etiraf etməsini sübut kimi nəzərə almamış, bununla bir qərar üzrə öz əksini tapmış hallardan birinə digərinə nisbətdə üstünlük verməklə ziddiyyət yaratm ış, hər hansı araşdırma aparmayaraq, İddiaçı hesabında hansı məbləğdə çatışmazlıq olmasını, çatışmazlığın iddiaçının tələb etdiyi pul məbləği ilə eynilik təşkil edib-etməməsini, iddiaçının işi ilə əlaqədar hesabında çatışmazlığın olmasına görə Cavabdeh adıçəkilmiş marketdə hansı vəzifədə olmasını, onun iddiaçıdan pul tələb etmək hüququnun olub-olmadığını müəyyənləşdirməmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətlərinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prin sipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılma sının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə ba xarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kolle giyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1066/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəm ənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.