Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1247/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zaminə qarşı iddianın zaminliyə xitam verilməsi əsası ilə təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.10.2021-ci il tarixli, 2(103)9756/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedi cisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 24.12.2014-cü il tarixli, 1612/014 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 4000 manat məbləğində, 36 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə kredit verilmiş, borcun təminatı olaraq İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 24.12.2014-cü il tarixli, 1612/014 saylı zaminlik müqaviləsi bağlanmış, zaminlər borcalanın öhdəliklərinin tam olaraq yerinə yetirilməsi üçün borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat 2.İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3462,87 manat əsas, 3697,16 manat faiz, 143,32 manat dəbbə pulu olmaqla, cəmi 7303,35 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 3462,87 manat əsas, 2865,96 manat faiz, 240 manat müqavilə müddəti bitdiy i tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz və 1394,77 manat cərimə olmaqla, cəmi 7963,6 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3462,87 manat əsas, 2865,96 manat faiz, 240 manat müqavilə müddəti bitdiyi tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz, 100 manat dəbbə pulu olmaqla, cəmi 6668,83 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 27 manat hissəsinin əvəzinin tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, borclu Cavabdeh1 bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür.
7. Məhkəmə hesab etmişdir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
8. Məhkəmə qeyd etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 3462,87 manat məbləğində əsas borc üzrə hesablanmış 1394,77 manat məbləğində dəbbənin azaldılaraq, 100 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin madd i, əmlak vəziyyətinə uyğun hesab etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 462, 472, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.10.2021-ci il tarixli, 2(103)9756/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsinin qismən-iddia tələbinin zamin Cavabdeh 2 münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunması və iddianın Cavabdeh2 münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclu Cavabdeh1 bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan N1612/014 nömrəli, 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı ASC ilə borc alan X1 a rasında bağlanmış “24 dekabr 2014-cü il tarixli, 1612/014 saylı kredit müqaviləsinə əsasən 4000 manat məbləğində 24 dekabr 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 zamin olaraq borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalan ilə birlikdə öhdəlik götürmüşdür. Cavabdeh2 zamin olaraq kreditor qarşısında məsuliyyəti 24 dekabr 2017-ci il tarixinədək öz üzərinə götürmüşdür. Belə ki, zaminliklə təmin olunmuş öhdəliyin icra müddəti 24 dekabr 2017-ci il tarixdə bitmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 24 dekabr 2017-ci il tarixində bitdikdən iki il sonra - 09 yanvar 2019-cu il tarixdə kreditor iddia ərizəsi ilə məhkə məyə müraciət etmiş, zaminə qarşı da tələb irəli sürmüşdür. Belə olan halda, iddia tələbi zaminə aid hissədə 1 illik müddət ötdüyündən rədd edilməli idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 24.12.2014-cü il tarixli, 1612/014 saylı kredit müqavilə si imzalanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə 24.12.2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə öz qətnaməsində Bankın 09.01,2019-cu il tarixində məhkəməyə müraciət edərək, zaminə qarşı 477.0.4-cü maddədə nəzərdə tutulmuş 1 il müddətini ötürdüyü əsası ilə zaminliyə xitam vermişdir. Məhkəmə iş materiallarını araşdırmayaraq, belə qənaətə gəlmişdir. Belə ki, müqavilənin müddəti 24.12.2017-ci il tarixində, zaminə qarşı bankın iddia tələbinin müddəti isə 24.12.2018-ci il tarixində bitir. Bank isə 14.12.2018-ci il tarixində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri poçt orqanına təhvil vermişdir.18.12.2018-ci il tarixində “Qasımova” soyadlı şəxs Yasamal Rayon Məhkəməsində həmin sənədləri şəxsən qəbul etmişdir, (qəbz əlavə olunur) Hakim isə iş in 09.01.2019-cu il tarixində məhkəməyə göndərildiyini qətnamədə göstərmişdir. İş məhkəməyə 09.01.2019-cu il tarixində deyil, hakimin icraatına o tarixdə verilmişdir.Məhkəmə işə baxan zaman iş materiallarını araşdırmamış, ümumiyyətlə məhkəmənin işin 09.01.2019-cu il tarixində məhkəməyə daxil olması ilə bağlı necə bu qənaətə gəlməsi məlum deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının mübahisələndirilən hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, k reditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu on un risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət d aşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəy yənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkə məsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. 477.0.4-cü maddədə qeyd olunur ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı i lə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
27. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
28. Baxılan işdə də Cavabdeh2 tərəfindən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmışdır. 24.12.2014-cü il tarixli zaminlik müqaviləsində zaminlik müddəti 3 il müəyyən edilmişdi və bu müddət 22.12.2017-cı ildə bitmişdi. İddia ərizəsi isə zaminə qarşı həmin tarixdən bir il müddətində verilməmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdı. Bu hal zaminə qarşı iddianın rədd olunması üçün müstəqil əsasdır. 29.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməmiş, əsaslı və düzgün qənaətə gəlmişdir.
30. Kassator iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin 14.12.2018-ci il tarixdə poçt orqanına təhvil verilməsini, 18.12.2018-ci il tarixində “Qasımova” soyadlı şəxsin Yasamal Rayon Məhkəməsində həmin sənədləri şəxsən qəbul etməsini bildirsə də, bu barədə hər hansı sübut təqdim olunmamışdır. İş materiallarından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin poçt vasitəsi ilə göndərilməsi müəyyən olunmur.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 27.10.2021-ci il tarixli, 2(103)9756/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.