Məhkəmə qərarları › İş №2(102)-1248/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1248/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1248/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Razim oğlu və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, avtomobillərin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehlər Cavabdeh1 Razim oğlunun və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3441/20 20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxx 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı Cavabdeh1 “X4 Prado” markalı **-LL-***, **-LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı **-LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilləri satmışdır. Müqavilələr Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli şəxsinin imzası və idarənin möhürü ilə təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 Razim oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə BDYP-də **LL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 2013-cü il tarixdən tanışdır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onlar Cavabdeh2 təklifinə əsasə n avtomobil alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişlər. Bunun üçün iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan 27000 manat ödəyərək 8 avtomobil almışdır. **-LL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillər və daha üç avtomobil, “X4”, “X4 Prado” və “Mitsubishi Pajero” xx xxxxxx 2018-ci il tarixdə Dövlət Yol Polis orqanında iddiaçının adına qeydə alınaraq, həmin avtomobillərə dair onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edilən üç avtomobil tərəflərindən birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. 2019-cu ilin may ayının 5-nə qədər iddiaçının adına olan üç avtomobil “X4”, “X4 Prado” və “Mitsubishi Pajero” satılaraq əldə olunmuş pul Cavabdeh2 saxlanılmışdır. Həmin tarixdə Cavabdeh2 ona bildirmişdir ki, digər avtomobillər üçün də alıcı tapılıb. İddiaçının adına olan beş avtomobilin 80000 manata Cavabdeh1 satılmasına razılaşmışdır. Belə ki, satılması nəzərdə tutulan və ona məxsus olan avtomobillərdən dördü tam təmir edilərək istismara yararlı, biri isə təmiri üçün müəyyən xərc tələb edən avtomobil idi. Avtomobilləri satmaq üçün razılaşdırdıqları günün axşamı iddiaçının qardaşı vəfat etmişdir. Bu səbəbdən iddiaçı şəxsən özü satışla məşğul ola bilməmişdir. Cavabdeh2 iki gün sonra iddiaçıya bildirmişdir ki, avtomobilləri alan şəxs, yəni digə r Cavabdeh1 avtomobillərin pulunu vermiş, odur ki, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan, o Ramazana inanmış və xx xxx 2019-cu il tarixdə onunla Cavabdeh1 arasında **-LL*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillərə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, alqı-satqı müqavilələrinə əsasən satılmış avtomobillərin dəyəri cavabdehlər tərəfindən ona ödənilməmişdir. Həmin günün axşamı Cavabdeh2 haqq-hesab etmək üçün onu evinə dəvət etmişdir. O qardaşı ilə birlikdə onun evi nə getmiş, evə çatanda digər Cavabdeh1 orada olduğunu görmüşdür. Cavabdeh2 ona borclarının olduğunu və buna görə avtomobilləri Cavabdeh1 adına keçirdiyini bildirərək, həmin borcu qaytarmasını, əks təqdirdə avtomobilləri qaytarmayacağını bildirmişdir. Göstərilənlərə əsasən iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə onu aldadaraq, avtomobilləri qohumu olan digər Cavabdeh1 adına keçirilməsinə nail olmuşdur. Aralarındakı məsələni sülh yolu ilə həll etməyə çalışsa belə, buna nail olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı onun tərəfindən heç vaxt aldadılmamışdır. Ümumiyyətlə iddia tələbində göstərilən avtomaşınlar formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, həmin avtomaşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyindən onun və Cavabdeh1 pul vəsaitinə alınmışdır. Bu zaman İddiaçı tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Həmin maşınların sonradan təmiri də onun tərəfindən verilmiş pul vəsaitləri hesabına həyata keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərinə etiraz edərək izahatında göstərmişdir ki, iddia tələbində göstərilən avtomaşınların dəyəri alqı-satqı müqavilələrindən öncə onun tərəfindən ödənilmişdir. O, Azərbaycan Respublikasında olmadığından maşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyindən alındıqdan sonra formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, o, Azərbaycana qayıtdıqdan sonra onunla iddiaçı arasında alqısatqı müqavilələri bağlanaraq avtomaşınlar onun adına keçirilmişdir. Bundan əlavə iddiaçı 2019-cu ilin iyul ayında Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o zaman onun aldadılmasını və alqı-satqı müqavilələri bağlanarkən maşınların dəyərinin ödənilməməsi barədə şikayət etməmişdir. Ümumiyyətlə iddiaçının bu iddiasının verilməsinin əsas səbəbi cavabdehlər tərəfindən iddiaçıya qarşı pul tələbinə dair iddiaya maneəçilik törətməkdir. Belə ki, hələ İddiaçı tərəfindən hazırki iddia məhkəməyə verilməmişdən əvvəl iddiaçı Cavabdeh2 cavabdehlər Muradov Babək Sövdəyar oğlu və İddiaçı qarşı hazırki iş üzrə mübahisələndirilən avtomobillərə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və həmin iddia əriz əsi icraata qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) xx xxxxxx 2019-cu il tarixli 2(004)-7256/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx xxx 2019-cu il tarixli müqavilələrin ləğvini tələb etsə də, məhkəmənin sorğusuna əsasən Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş müqavilələrdən görünür ki, iddia tələbində göstərilən avtomaşınlar xx xxx 2019-cu il tarixli müqavilələr əsasında deyil, xx xxx 2019-cu il tarixli müqavilələr əsasında satılmışdır. Göründüyü kimi iddiaçı mübahisəli avtomaşınlara dair mövcud olmayan müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Mövcud olmayan müqavilələr etibarsız hesab edilə bilməz, buna görə məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. İddiaçı on a məxsus mübahisəli avtomaşınların Cavabdeh2 tərəfindən aldadılması nəticəsində Cavabdeh1 satıldığını bildirir və bu əsasla müqavilələrin etibarsız edilməsini xahiş etmişdir. İddiaçı buna sübut olaraq, Muradov Babək Sövdəyar oğlunun və Muradov Sövdəyar Yusif oğlunun şahid ifadələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin ifadələri vermiş şahidlər iddiaçının yaxın qohumları, yəni qardaşı və atası olduğundan obyektiv qəbul edilə bilməz. Belə ki, həmin ifadələrlə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələri arasında ziddiyyət mövcuddur. Eyni zamanda Muradov Babək Sövdəyar oğlu və Muradov Sövdəyar Yusif oğlu tərəfindən verilmiş şahid ifadələri cavabdehlər tərəfindən təqdim edilmiş şahidlərin ifadələri və İddiaçı və onun qardaşı Muradov Babək Sövdəy ar oğlu tərəfindən alqı-satqı müqaviləsi bağlandıqdan 4 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə verdikləri qəbzlə təkzib olunur. Belə ki, həmin qəbzdən görünür ki, Muradov Babək Sövdəyar oğlu və İddiaçı Cavabdeh2 56500 manat borclu olduqlarını və həmin borcu xx xxx 2019-cu il tarixədək qaytaracaqlarını vəd etmişlər. Eyni zamanda məhkəmədə cavabdehlər tərəfindən təqdim olunmuş və dindirilmiş şahidlər mübahisəli avtomobillərinin dəyərinin əvvəlcədən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verildiyini ifadələrində göstərmişlər. Aldatma halı mövcud olmadığından, hətta iddia ərizəsində müqavilələrin tarixi düzgün göstərildiyi halda belə məhkəmə hesab etmişdir ki, müqavilələr iddiaçının Cavabdeh2 tərəfindən aldadılması səbəbi ilə etibarsız hesab edilə bilməzdi. Məhkəmə öz mövqeyini Azərbaycan Respub likası Mülki Məcəlləsinin 324.1, 337.1, 338, 339cu maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Vüsalə Baxışova) xx xxxxxx 2020-ci il tarixli 2(103)-3441/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7256/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, hazırkı işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı istinad etdiyi halların, yəni mübahisələndirilən alqı-satqı müqavilələrinin məhz aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi şahidlər Muradov Babək Sövdəyar oğlu və Muradov Sövdəyar Yusif oğlunun ifadələri isə həmin halı, yəni alqı-satqı müqavilələrinin aldadılma nəticəsində bağlanılmasını deyil, məhz alqı-satqı müqavilələri üzrə pulun ona verilməməsini təsdiq etmək üçün təqdim edilmişdir. İddiaçı da hazırda alqı-satqı müqavilə lərinin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız bir hala, yəni alqı-satqı müqavilələri üzrə pul vəsaitinin ona verilmədiyinə istinad etmişdir. Həmin hal alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməz. Çünki bu hal Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarına aid deyildir. Həmin dəlil alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. Lakin iddiaçı tərəfindən həmin tələblər irəli sürülməmişdir. Cavabdehlərin istinad etdiyi, yəni mübahisəli avtomobillərin formal olaraq iddiaçının adına rəsmilişdirilməsi və sonradan iddiaçıya pul ödənilmədən cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı hallar da hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki bu hallar mübahisələndirilən müqavilələrin aldadılmaqla bağlanıldığını deyil, uydurma əqd olduğunu təsdiq edir. Lakin iddiaçı bu halları təsdiq etmir, mübahisəli avtomobillərin məhz onun mülkiyyətində olduğunu və müqavilələrin də aldadılmaqla bağlanıldığına istinad edir. Bu baxımdan kollegiya hesab etmişdir ki, hazırkı işdə həmin iddia tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyil. İddiaçı tərəfindən irəli sürülmüş avtomobillərin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi öz gəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Lakin hazırkı işdə birinci şərt mövcud deyildir. Belə ki, hazırda mübahisəli avtomobillər iddiaçının deyil, Cavabdeh1 Razim oğlunun mülkiyyətindədir. Ona görə də kollegiya hesab etmişdir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 421.2, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdı r. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-3441/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasının əsasını mübahisəli avtomobillərə dair alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh1 tərəfindən əşyanın dəyərinin ödənilməməsi təşkil edir və göstərilən xüsusatlar cavabdehlərin hər biri tərəfindən etiraf edilmişdir. Göstərilən xüsusat, yəni mübahisəli avtomobillərin alqı-satqı müqavilələri üzrə müəyyənləşdirilmiş dəyərinin cavabdehlər tərəfindən ödənilməməsi apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqavilələri üzrə pul vəsaitinin satıcı və hazırkı iş üzrə İddiaçı ödənilməməsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməməsinə; çünki bu halın Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarına aid olmamasına və həmin dəlilin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.1ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilməsinə əsaslanmaqla iddianın rədd edilməsinə dair birinci instansiyası məhkəməsinin qətnam əsinin dəyişdirilmədən saxlanmasına dair nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 421.1-ci maddəsini tətbiq etməklə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair gəldiyi nəticə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göründüyü kimi, Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ya ləğvi tərəflərin razılaşması ilə mümkündür. Cavabdehlər isə müqaviləni ləğv etmək və mübahisəli avtomobilləri qaytarmaq niyyətində deyillər. Odur ki, işin bu cür halında mövcud mübahisənin Mülk i Məcəllənin 421.1-ci maddəsinə müvafiq qaydada həll edilməsi mümkün deyildir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin göstərilən normanı tətbiq etməsi hüququn tətbiqində aşkar şəkildə səhvdir. Apellyasiya instansiyası məhkəməsinin alqı-satqı müqavilələri üzrə pul vəsaitinin İddiaçı ödənilməməsinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməməsinə və bu halın Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarına aid olmamasına dair dəlilləri də əsassızdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli avtomobillərə dair alqı-satqı müqavilələri bağlanması məqsədi ilə İddiaçı aldatdıqlarını, yəni avtomobillərin dəyərini ödəmədiklərini inkar etmirlər. Bunu, yəni avtomobillərin dəyərini ödəmədiklə rini onunla əsaslandırırlar ki, guya həmin avtomobilləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyindən onun və Cavabdeh1 pul vəsaitinə alınmış, formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, Azərbaycana qayıtdıqdan sonra onunla iddiaçı arasında alqı-satqı müqavilələri bağlanaraq avtomobillər cavabdehin adına keçirilmişdir. İşin bu cür halında cavabdehlərin İddiaçı aldatmaları və əqdin aldatma olmadan bağlana bilməyəcəyi aşkardır. Ona görə ki, göründüyü kimi, cavabdehlərin niyyəti avtomobilləri öz adlarına keçirmək və dəyərini ödəməmək olmuş, iddiaçı isə bunu bilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri aldatma nəticəsində bağlanmışdır. Buna görə də İddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini tələb etməkd ə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli avtomobillərə dair onunla Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanması zamanı, həmin alqı-satqı müqavilələri üzrə alıcı olan Cavabdeh1 tərəfindən avtomobillərin dəyərinin satıcı kimi ona ödənilməməsi və bununla da alqı-satqı müqavilələrinin qanunla müəyyən edilmiş şərtlərinin pozulması müəyyən edilmiş, lakin, apellyasiya instansiyası məhkəməsi iş üzrə tətbiq edilməli maddi hüquq normaları olan Mülki Məcəllənin 337, 337.4, 337.5, 339.5, 339.6 və 567-ci maddələrini tətbiq etməmiş, MMnin 339.2-ci maddəsini tətbiq etmiş olsa da, həmin normanı düzgün təfsir etməmişdir. Həmçinin iş üzrə tətbiq edilməli olmayan MM- nin 421.1-ci maddəsini tətbiq etmişdir. Bu da maddi hüquq normalarının pozulması olub, iş üzrə apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3441/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 Razim oğlu və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müə yyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki ha llarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı yalnız bir hala, yəni alqı-satqı müqavilələri üzrə pul vəsaitinin ödənilmədiyinə istinad edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin hal alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməz. Çünki bu hal Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarına aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli (B.Qasımovun şikayəti üzrə) Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Hazırki iş üzrə iddiaçı avtomobilləri razılaşdırılmış qiymətə satmaq niyyətində olmuş və bu əsasla alqı-satqı müqaviləsini imzalamışdır. Mülki Məcəllənin alğı-satqı haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləs inə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Göründüyü kimi, alınan əşyanın dəyərinin ödənilməməsi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. Lakin iddiaçı tərəfindən həmin tələblər irəli sürülməmişdir. Kassasiya şikayətinin mübahisəyə Mülki Məcəllənin 421.1-ci maddəsinin düzgün tətbiq edilməməsi, müqavilənin ləğvi ilə bağlı tərəflər arasında razılıq olmaması və bu qaydada mübahisənin həll edilməsinin mümkün olmaması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab edir, çünki qətnamədə Mülki Məcəlləsinin 421.1-ci maddəsinə deyil, 421.2-ci maddəsinə istinad edilmişdir və müqavilənin ləğvi ilə bağlı tərəflər razılığa gələ bilmirlərsə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Bu halda müqavilənin ləğvi qaydası isə 423.2-ci maddədə nəzərdə tutulmuşdur. Kassasiya şikayətinin dəlillərinə qiymət verilməsini davam etdirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən əqdin aldatma nəticəsində bağlanması müəyyən edilmədiyindən mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməmiş və məhkəmə tərəfində n iddiaçının avtomobilin qaytarılması tələbinin digər qanuni əsasları da yoxlanılaraq, MM-nin 157.2-ci maddəsinə əsasən də bu tələbin əsaslı olmadığı düzgün qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə qəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3441/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar