Məhkəmə qərarları › İş №2(102)-1249/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1249/2019

15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1249/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8206/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Binəqədi rayon məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 2(001)-1623/2018 say lı 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ödəniş gününə olan məzənnə üzrə 3372,21 ABŞ dolları əsas borcun Azərbaycan manatı ilə Cavabdeh alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 500” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşına tutma yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 27 sentyabr 2018-ci il tarixli qətnaməsi iləİddiaçı ləğv prosesində ola n “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1623/2018 saylı 10 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5225 ABŞ dolları əsas borc, 1085 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, cəmi isə 6310 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus “Mercedes Benz 500” minik markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və açıq hərracdan satılaraq borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə ak tları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ekspert rəyi qanunsuz olmuş, məhkəmə rəyə istinad etməklə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2012-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə avtomobil alınması məqsədi ilə 18 ay müddətinə illik 25 % ödənilmək şərtilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2012-ci il tarixli girov müqaviləsindən görünür ki, borcalan arasında bağlanmış 15 avqust 2012-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra olunmasının təminatı olaraq “Mercedes Benz 500” markalı (ban-WDB2201751A014194, ağ rəngli) avtomobil banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin rəsmi reyestrdə qeydə alınması barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş 16.09.2016-cı il ta rixli arayışda 14.03.2016-cı il tarixə banka 5225 ABŞ dolları əsas, 1085 ABŞ dolları faiz, cəmi 6310 ABŞ dolları borcu olmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizasının 12 mart 2018-ci il tarixli 3453 saylı ekspert rəyinə əsasən Cavabdeh 8902.57 ABŞ dolları əsas, 1162.28 dolları faiz borcu vardır. Müqavilənin qüvvədə olduğu müddətdən sonra Cavabdeh İddiaçı-yə 6692,64 ABŞ dolları məbləğində ödəniş etmiş, bank tərəfindən həmin ödənişlərin 3680,63 ABŞ dolları əsas borca və 3012,01 ABŞ dolları məbləğində olan hissəsinin isə faiz borcuna silinməsi müəyyən olunmuşdur. İşə birinci instansiya qaydasında baxılan məhkəmə hesab etmişdir ki, cavabdeh əsas öhdəliyi icra etmədiyindən və banka olan kredit borcunu vaxtlı-vaxtında ödəmədiyindən iddia 15 avqust 2012-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 3372.21 ABŞ dolları əsas borcun Cavabdeh tutulması hissəsində təmin edilməlidir. İddia tələbi faiz borcuna münasibətdə təmin edilməmiş, məhkəmə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, ekspert tərəfindən cavabdehin əsas borc qalığının 15.02.2014-cü il tarixə (öhdəliyin icra müddətinin bitdiyi tarixə) 8902,57 ABŞ dolları olduğu, həmin tarixdən sonra isə cəmi 3680,63 ABŞ dolları əsas borc üzrə ödəniş edildiyi müəyyən edildiyindən həmin məbləğ 8902,57 ABŞ dollarından çıxıldıqda qalan məbləğ 5221,94 ABŞ dolları təşkil edir. Eyni zamanda ekspert tərəfindən öhdəliyin icra müddəti bitdiyi tarixə 116,.28 ABŞ dolları faiz borcu müəyyən edildiyindən öhdəliyin icra müddəti bitdikdən sonra 3012,01 ABŞ dolları ödəniş edildiyi nəzərə alınaraq faiz borcunun tam ödənildiyi və 1849,73 ABŞ dolları artıq ödəniş edildiyi müəyyən edilmişdir. Məhkəmə həmin artıq ödənişi əsas borcdan çıxaraq əsas borc üzrə qalığın 3372,21 ABŞ dolları olması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən bank apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə cavabdehin faiz borcu üzrə hesablama apararkən ödənişlərin gecikmələrlə həyata keçirildiyini, buna görə də ödənilmiş məbləğlərin əvvəlcə faizlərə, sonra əsas borca silinməli olduğu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən kredit ödənişl əri cədvəldə qeyd edildiyi tarixlərdə və məbləğdə həyata keçirilsəydi cəmi 2094,51 ABŞ dolları faiz ödənilməli idi. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyindən görünür ki, borcalan tərəfindən 2294,57 ABŞ dolları ödəniş edildiyi halda öhdəliyin icra müddətinin bitdiyi tarixə 1162,28 ABŞ dolları faiz borcu qalığı müəyyən edilmişdir. Yəni, ödənilmiş məbləğlə ödənilməli olan faiz məbləğinin ümumilikdə 3456,85 ABŞ dollar olduğu müəyyən edilmişdir. Bu isə onu təsdiq edir ki, kredit ödənişlərinin gecikdirilməsi nəticəsində faiz öhdəliyinin məbləğinin artdığı və ödənilmiş məbləğin əvvəlcə faiz borcuna silinməli olduğu ekspert və məhkəmə tərəfindən nəzərə alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş 26.09.2018-ci il tarixli maliyyə arayışından gör ünür ki, bank tərəfindən həyata keçirilmiş hesablamaya görə cavabdeh tərəfindən 15.02.2014-cü il tarixdən 21.09.2018-ci il tarixədək ödənilmiş faiz ödənişinin məbləği 3432 ABŞ dolları (ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən daha çox) olmuşdur. Həmin arayışla da təsdiq olunur ki, cavabdeh tərəfindən faiz borcu öhdəliyinin tam icra edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin ol unmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8206/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar