Məhkəmə qərarları › İş №2(102)-1249/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1249/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1249/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh Əlizaman oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyanın hakimi Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-708/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1011/2023 nömrəli iş üzrə 27 fevral 2023-cü il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) İddiaçı iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh iddiasının təmin edilməsi, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilənin ləğv edilməsi, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 340 manat məbləğdə dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödən ilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

5. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-708/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... işin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında olan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və iddianın predmetini bu sahi bkarlıq fəaliyyəti ilə əlaqəli yaranmış münasibətlər təşkil edir. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyət ilə bağlı olaraq cavabdehlə 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı xidmət göstərilməsinə dair müqavilə üzrə cavabdehdən 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh isə iddia tələbində həmin müqavilənin ləğvini mübahisələndirmişdir. İş materiallarından görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə fərdi sahibkar kimi kommersiya fəaliyyəti ilə məşğuldurlar. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünü n fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən zaman fiziki şəxslə arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.” Kassasiya instansiyası məhkəməsində icraat a) Kassasiya şikayətinin dəlilləri

8. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan Cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

9. Kassasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 aprel 2021-ci il tarixdə xidməti müqavilə bağlandığı zaman, işçi Cavabdeh əmək müqaviləsi ilə İddiaçı yanında işçi kimi fəaliyyət göstərirdi və hər hansı VÖEN-i mövcud (yəni sahibkarlıq fəaliyyəti ilə məşğul) deyildi. Yəni, münasibətlərin yarandığı zaman tərəflər subyektiv tərkibi işçi və işəgötürən olmuşdur. Belə olan halda, mübahisəyə düzgün olaraq rayon məhkəməsində baxılmış və hüquqi qiymət verilmişdir. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

13. Azərbaycan Respu blikasının Əmək Məcəlləsi: Maddə

7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 14. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələr i baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərar: “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar: “Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiy alı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.” “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Res publikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərar: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.... Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına a lındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü v ə 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir.”

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdir ilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

20. Hakimlərin qarışıq tərkibi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qay dasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

22. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq cavabdehlə 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlamışdır.

23. İddiaçı iddiasının əsaslarına görə, o, Cavabdeh ilə həm əmək müqaviləsi, həm də xidmət göstərilməsinə dair müqavilə bağlayaraq, işlətdiyi salona stilist kimi işə götürmüşdür.

24. Cavabdeh də iddiasının əsasları eyni olmuş, ərizədə göstərilmişdir ki, onunla İddiaçı arasında 01 aprel 2021-ci il tarixdə xidmət gö stərilməsinə dair müqavilə imzalanmış, İddiaçı, həmçinin, fevral ayında onunla əmək müqaviləsi bağlayaraq, işçi kimi işə götürmüşdür.

25. Göründüyü kimi, hazırkı mübahisə İddiaçı əsas fəaliyyət sahəsinə (gözəllik salonu) aid xidmətlərin stilist Cavabdeh tərəfindən yerinə yetirilməsi ilə bağlı yaranmışdır.

26. Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında (§16) Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələri şərh edilərək, göstərilmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlər məhz əmək münasibətləri hesab olunur.

27. Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında (§17) isə məhkəmələrə izah edilmişdir ki, əmək münasibətlərindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

28. Belə olan halda, kassasiya şikayətinin dəlilləri, MPM-in 24.2-ci maddəsinin (§15) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilməli olması barədə tələblərinə, həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarı və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə verilən şərh və izahlara uyğun sayılma lıdır.

29. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsaslı, apellyasiya instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanunsuz olduğu üçün, qərardad ləğv edilməli, şikayət təmin edilməli, iş həmin apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 24, 31, 403-1.2, 417 və 419-cu maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınn 2(103)-708/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin, iş həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Cavabdeh kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar