Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-125/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, vəkili Qasımov Feyzulla Sabir oğlunun, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2059/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 24 may 2015 -ci il tarixdə idarə etdiyi “Lada Qranta” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən keçən avtomobil yolunda iddiaçını vurmuş və nəticədə ona baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol körpücük, sol dirsək və açıq sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol və sağ oturaq və qasıq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol tərəfli qasıq sümüyünün qalxan sahəsinin sirkə kasası dibinə keçən sınığı, alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dirsək nahiyəsinin əzilmiş cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 1(012)- 265/2015 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azaldığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.
3. İddiaçı, cavabdehin ona lazımi şəkildə maddi yardım etmədiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurduğu maddi zərərə görə 30.000 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, baş vermiş hadisədən sonra cavabdeh onu xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən ona dəymiş bütün maddi zərərin ödənilməsini bildirmiş və şikayət etməməyini xahiş etmişdir. Hadisə ilə bağlı Cavabdeh barəsində AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə sənədlər Abşeron rayon məhkəməsi tərəfindən qiymətləndirilmiş və məhkəmədə şikayətinin olmadığını və cavabdehə yüngül cəza verilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 18.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və barəsində 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cavabdeh ona dəymiş ziyanın ödənilməsini bildirsə də, məhkəmə yekunlaşdıqdan sonra Cavabdeh ümumiyyətlə onunla maraqlanmamış, hər hansı kömək göstərməmişdir. Cavabdeh məhkəmədə yüngül cəza almaq üçün onu aldatmış, buna nail olduqdan sonra isə ona dəymiş ağır bədən xəsarətlərinin müalicəsi üçün tələb olunan maddi yardımları etməmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının xəstəxanada olduğu bütün müddətdə və ondan sonrakı dövrdə müalicə xərclərinin ödənişlərini etmişdir. Dəfələrlə anası ilə birlikdə iddiaçının evinə getmiş, ərzaq aparmış, kommunal ödənişlər etmişdir. Sığortadan da alınmış məbləğ iddiaçıya verilmişdir. Hazırda iddiaçının iddiasında qeyd edilən m əbləği ödəməyə heç bir maddi imkanı yoxdur.
7. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 15 mart 2021-ci il tarixli, 2(012)-830/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh və o cümlədən cavabdehin vəsatəti əsasında dindirilən şahidin ifadələri ziddiyyətlidir. Belə ki, iddiaçı ona hazırda 30.000 manat pul ödənilməsini tələb etsə də, cavabdeh və şahidlər isə iddiaçının müalicə xərclərinin davamlı olaraq ödənilməsini bildirmişlər. Sübutetmə vəzifəsi İddiaçı üzərinə düşsə də o, 30.000 manat məbləğində pulun hansı xərclərdən yaranması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının və cavabdehin izahatından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı iki də fə 1500 manat olmaqla, cəmi 3000 manat icbari sığorta ödənişi olmuş və iddiaçı həmin ödənişi qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 12 iyul 2021-ci il tarixli, 2(105)-2059/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əsassız olaraq cavabdehin iki şahidini dindirmiş, onların verdiyi ifadəyə istinad edərək iddianı rədd etmişdir. Halbuki, həmin şahid ifadələri müqayisəli şəkildə təhlil edilməmişdir. Yəni məhkəmə tətbiq olmayan normanı tətbiq etmişdir. Cavabdeh özü belə araşdırma zamanı iddiaçıya hansısa maddi köməyin göstərilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096, 1108-ci maddələrinə istinad etmiş olsa da, onları hüquqi mübahisəyə tətbiq edə bilməmişdir. Əgər həmin maddələr tətbiq olunsa idi, iddia təmin olunacaqdır. Məhkəmə 26.02.2016-cı il tarixli Tibbi Sosial Ekspert rəyinə istinad etsə də, yenə də həmin rəyi hüquqi mübahisəyə düzgün tətbiq edə bilməmişdir. Apellyasiya şikayətində bu hallar qeyd edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi göstərilən xüsusatları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək onun təmin edilməməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, işə məhkəmə baxışı zamanı iddiaçı tərəfindən öz iddia ərizəsində göstərdiklərini təsdiq etmək üçün heç bir sübut təqdim etməmişdir. O, sübutun olduğu barədə də hər hansı bir xüsusat irəli sürməmişdir və belə sübutların tələb olunması üçün məhkəmə qarşısında vəsatət qaldırmamış, yəni MPM-nin 78.2-ci maddəsində nəzərdə tutulan hüquqlarından istifadə etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Qasımov Feyzulla Sabir oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
16. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nü fuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzif əsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu:
21. Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir.
22. Maddə 19.1. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
29. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tari xli, 1(012)- 265/2015 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azaldığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının 26.02.2016-cı il tarixli arayışına əsasən İddiaçı ikinci dərəcə əlillik verilmişdir. 31. 04 noyabr 2015-ci il tarixli və 28 mart 2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, Azsığorta ASC tərəfi ndən İddiaçı hər dəfəsində 1500 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində sığorta ödənişi edilmişdir.
32. Məhkəmə kollegiyası iddiaçının iş üzrə məhkəmə tərəfindən şahid ifadəsinə düzgün qiymət verilməməsi barədə gətirdiyi dəlili qəbul etməyərək qeyd etmişdir ki, işdən göründüyü kimi, İddiaçı, Cavabdeh və o cümlədən cavabdehin vəsatəti əsasında dindirilən şahidin ifadələri ziddiyyətlidir. Belə ki, iddiaçı ona hazırda 30.000 manat pul ödənilməsini tələb etsə də, cavabdeh və şahidlər isə iddiaçının müalicə xərclərinin davamlı olaraq ödənilməsini bildirmişlər. Sübutetmə vəzifəsi İddiaçı üzərinə düşsə də o, 30.000 manat məbləğində pulun hansı xərclərdən yaranması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının və cavabdehin izahatından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı iki dəfə 1500 manat olmaqla, cəmi 3000 manat icbari sığorta ödənişi olmuş və iddiaçı həmin ödənişi qəbul etmişdir.
33. Göründüyü kimi işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının tələbində göstərilən miqdarda maddi ziyan çəkməsinə dair sübutlar təqdim etmədiyini, cavabdehin barəsində cinayət işinə baxılarkən müalicə xərclərinin tam şəkildə ödənməsi, tələbinin olmaması barədə iddiaçının iradə ifadəsini, verilmiş sığorta ödənişlərini, şahid ifadələrini birlikdə qiymətləndirərək bu qənaətə gəlmişlər ki, iddianın təmin edilməsi üçün maddi və prosessual əsaslar yoxdur.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki pro sessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2059/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov