Məhkəmə qərarları › İş №2(102)-1251/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1251/2018

27.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1251/2018 27.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 27 fevral 2018-ci il № 2(102)-1251/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2017-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-9863/16) iddia təmi n edilərək Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 027S**********02 saylı zaminlik müqaviləsinə xitam verilməsiqət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Məhərrəmova və İ.Vəliyev, iş № 2(103)-1942/17) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9863/2016 saylı iş üzrə 20 oktyabr 2016-cı il tarixli qətnaməsiləğv olunmuş və yeni qətnamə çıxarılaraq İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2017-ci il tarixli qətnaməs inin ləğv olumasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bank) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bankla X2 (kredit alan) arasında bağlanmış 06.02.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi onunla da eyni tarixli zaminlik müqaviləsinin bağlandığını, kredit alanın vəfat etməsi nəticəsində kreditin ödənilmədiyini, banka müraciət edərək kredit alanın vəfat etməsi səbəbindən zaminlik müqaviləsinə xitam verilməsini xahiş etməsinə baxmayaraq bankın bundan imtina etdiyini, halbuki kredit alanın vəfatının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olduğunu və həm bu səbəblə, həm də zaminin razılığı olmadan öhdəliyi n dəyişdirilməsinin zaminliyə xitam verilməsinə əsas təşkil etdiyini irəli sürmüş, buna görə də onunla bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə ba xılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 fevral 2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, “06.02.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən X1 120 ay müddətinə (06 fevral 2025-ci il tarixinədək) 10 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqavilə çərçivəsində bağlanmış eyni tarixli kredit razılaşmasına görə adı çəkilən şəxsə aylıq faiz dərəcəsi 2,6667% olmaqla 12 ay müddətinə 1500 manat kredit verilmiş, 06 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə görə İddiaçı1 qeyd olunan kredit xətti müqaviləsi üzrə Rafiq Kərimovun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə zamin qismində öhdəlik götürmüşdür. İşin müəyyən olunan və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Rafiq Kərimov 19.03.2016-cı il tarixdə vəfat etmiş, iddiaçı da məhz bu hala istinad edərək zaminliyinə xitam verilməli olduğunu irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələ binə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, zaminin məsuliyyətinin yaranma əsası Mülki Məcəl lənin 472.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə qeyd olunan “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə” ifadəsi hüquq normasının hipotezasıdır, yəni hüquq normasının elə hissəsidir ki, normanın tətbiqini şərtləndirir; bu hissə mövcud olmadan norma tətbiq edilə bilməz. Odur ki, zaminin kreditor qarşısında məsuliyyətinin yaranması üçün göstərilən hal mütləq mövcud olmalıdır: borclu kreditorun qarşısında öhdəliyini icra etməməli və ya lazımi qaydada icra etməməlidir. İş materiallarından aydın olur ki, kredit alan Rafiq Kərimov 30.11.2015-ci il tarixinə qədər kredit ödənişlərinihəyata keçirmiş, lakin bu tarixdən sonra ödəniş etməyərək öhdəliklərini pozmuş, 19.03.2016-cı il tarixdə isə dünyasını dəyişmişdir. Başqa sözlə Rafiq Kərimov (kredit alan) ölənə kimi, yəni sağ olduğu kredit dövrünə münasibətdə öhdəliyi lazımi qaydada icra etmədiyi üçün zaminin məsuliyyəti yaranmışdır və artıq yaranmış məsuliyyətə əsas borclunun ölümü nəticəsində xitam verilə bilməz. Nəzərə alınmalıdır ki, “icra etməmə” davranışın passiv forması olan hərəkətsizlikdir və əsas borclu vəfat etməmişdən əvvəl bu cür davranışa yol verməklə zaminin məsuliyyətinin yaranmasına yol açmışdır. Bu isə o deməkdir ki, əsas borclu vəfat etdiyi zaman Mülki Məcəllənin 472.1-ci maddəsində qeyd olunan “ borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə” məzmunlu hipoteza artıq mövcud olmuş və zaminin kredit verən qarşısında məsuliyyəti yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin “zaminliyə xitam verilməsi” başlıqlı 477-ci maddəsində, əsas borclunun vəfat etməsinin zaminin öhdəliklərinə xitam verilməsinə əsas təşkil etdiyi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iş üzrə yeni qətnamə çıxararaq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edili r. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhk əməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 10 fevral 2017-ci il tarixli, 2(103)1942/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar