Məhkəmə qərarları › İş №2(102)-1251/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1251/2019

01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1251/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(103)4662/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim H.Əhmədov) 04.04.2018-ci il tarixli, 2(007)-715/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin C avabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası təmin olunaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.04.2016-cı il tarixli, ******* nömrəli kredit sazişinin ləğv edilməsi, İddiaçı-nin xeyrinə Cavabdeh 8094.64 manat əsas borc, 4589.91 manat faiz borcu, 44 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 12758.55 manat məbləğində pul vəsaitinin tutulmasıqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, Q.Məmmədov) 19.09.2018-ci il tarixli, 2(103)-4662/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.04.2018-ci il tarixli, 2(007)-715/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ap ellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkili ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair ərizə ilə 11.12.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 12.04.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh kreditor 8094.64 manat əsas, 4589.91 manat faiz, 44 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabd eh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, tərəflər arasında əvvəllər kredit müqavilləri bağlanmış olsa da, sonradan həmin müqavilələrin birləşdirilməsi barədə tərəflər arasında danışıqlar olmuş, iddiaçı bankın aylıq ödəniş məbləği ilə razılaşmaması səbəbindən yeni müqavilə bağlanmamışdır. İnidiki halda ortada yeni müqavilə vardır və həmin müqavilənin kim tərəfindən imzalanması onlara məlum deyil. Müqavilənin bağlanması xüsusatları nilə bağlı məhkəmə tərəfindən verilmiş rəsmi sorğuya iddiaçı bank tərəfindən cavab verilməmişdir. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi cavabdeh işdə olan maliyyə sənədlərini şübhə altına ala bilən hər hansı sübut təqdim etmədiyi qənaətinə gəlmişdir. Halbuki həmin sübutların iddiaçı tərəfindən məhkəm əyə təqdim edilməməsi faktı ortadadır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10377/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı-nin nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.04.2018-ci il tarixli, 2(007)-715/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağ lanmış 12 aprel 2016-cı il tarixli, ******* №-li Kredit Sazişinə əsasən, Bank tərəfindən Cavabdeh 84 ay müddətinə illik istifadə haqqı 25,50 % hesabı şərti ilə 8094,64 (səkkiz min doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində kredit verilmişdir. 12 aprel 2016-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh həmin tarixdə hesabına cəmi 8094,64 (səkkiz min doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Kredit müqaviləsindən və ona 1 №-li əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 12.05.2016-cı il tarixdən başlayaraq, 12.04.2023-cü il tarixinədək 8094,64 manat əsas, 10361,21 manat faiz borcu olmaqla, ümumilikdə 18455,85 manat ümu mi borc məbləğindən hər ay banka hissə-hissə ödəməklə qaytarmalıdır. İşə əlavə olunmuş 10 noyabr 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 12 aprel 2016-cı il tarixli müqavilənin şərtlərini pozaraq, aylıq ödənişləri lazımınca yerinə yetirməmiş, nəticədə onun 10 noyabr 2017-ci il tarixə Banka olan əsas borcu 8094,64 manat, faiz borcu 4589,91 manat, cərimə borcu 44 manat təşkil etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllən in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə ə sasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı-faiz tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə faiz deyil, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdehin kassasiya şikayətində göstərdiyi “ortada yeni müqavilə olması, həmin müqavilədəki imzanın cavabdehə məxsus olmaması” dəlili ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, iş materiallarında qeyd olunan xüsuatla bağlı cavabdeh tərəfin vəsatətlə məhkəməyə müraciət etməsi halına rast gəlinməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qey d olunan xüsusat üzrə araşdırma aparmamaqda haqlı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10377/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar