Məhkəmə qərarları › İş №2(102)-1251/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1251/2022

14.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1251/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alimentin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin təyin olunması üsulunun dəyişdirilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8779/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1019/2018 nömrəli iş üzrə 30.04.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh (bundan sonra – cavabdeh) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 19.02.2002-ci il tarixdə Səadət Sarayında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 30.11.2002-ci il təvəllüdlü X2 və 21.05.2008-ci il təvəllüdlü X3 hazırkı iş üzrə iddiaçının yanında qalması, hazırkı iş üzrə cavabdehdən 30.11.2002-ci il təvəllüdlü X2 və 21.05.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30.04.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunmuş qətnamə ilə 21.05.2008-ci il təvəllüdlü XXXın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment öhdəliyinin dəyişdirilməsi, 21.05.2008-ci il təvəllüdlü XXXın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızları XXXin artıq 18 yaşı tamam olduğundan cavabdeh valideyn olaraq öz vəzifələrini yerinə yetirmiş hesab edir və xərclərin ödənilməsində iştirak etmir, halbuki, o, yüksək peşəkar kvalifikasiyaya malik urol oqdur, “Stimul.S Hospital” və Ağdaş Rayon Mərkəzi Xəstəxanasında çalışmaqla yüksək əmək haqqı və gəlirə malikdir, hətta cərrahiyyə əməliyyatlarından klinikanın büdcəsinə daxil olan vəsaitlərdən də bonuslar şəklində əlavə gəlir əldə edir. Cavabdeh sabit pul məbləğinin arxasında gizlənməklə öz övladına maddi köməklik göstərməkdən yayınır, o, hazırda tələb olunan aliment miqdarını ödəmək iqtidarındadır. Uşaqları təkbaşına saxlamaq ona çətindir, uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, onlar böyüdükcə xərcləri də xeyli artmışdır, cavabdehin uşaqların saxlanması üçün verdiyi aliment hal-hazırkı vəziyyətə görə azdır, uşaqların maddi ehtiyaclarını ödəmək, ilk növbədə, onun valideynlik borcudur, o isə öz gəlirlərinin məbləğini ciddi cəhdlə gizlətməyə çalışır, onun əmək haqqı və ona əlavə, di gər gəlirlərinin məbləğinin müəyyən edilməsi üçün dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X5 Xidmətinə sorğu göndərsə də, sorğuların bəzisinə cavab verilməmiş, verilən cavablar da qənaətbəxş olmamışdır, bu səbəbdən, cavabdehin uroloq-cərrah qismində əmək fəaliyyəti ilə məşğul olduğu Ağdaş Rayon Mərkəzi Xəstəxanasından və “Stimul.S Hospital”dan qazandığı əmək haqqı və digər gəlirlərinin məbləğləri barədə sorğu verilməsinin təmin edilməsi ilə sübutların toplanmasına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 26 fevral 2021-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Ağdaş Rayon Mərkəzi Xəstəxanası və “Stimul.S Hospital”da ə mək fəaliyyəti ilə məşğuldur, həmçinin, əmək haqqı barədə məlumatların əldə edilməsi üçün işəgötürənə müraciət etmək məqsədəuyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 09 mart 2021-ci il tarixli **********6 nömrəli məktubunda qeyd olunmuşdur ki, cavabdehin razılığı olmadan onun haqqındakı fərdi məlumatların verilməsi mümkün deyil. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4304/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli, 2(011)-1019/2018 nömrəli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 21.05.2008-ci il təvəllüdlü X3 yetkinli k yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin uşaqlarından biri artıq yetkinlik yaşına çatmışdır, iddia tələbi yetkinlik yaşına çatmayan digər uşaq - X1 üçün məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş sabit pul məbləği formasında deyil, cavabdehin əmək haqqına uyğun olaraq tutulması barədədir. Belə olan halda iddia tələbi nəzərə alınmaqla, alimentin cavabdehin aylıq əmək haqqı və digər gəlirlərinə uyğun məbləğdə tutulması mümkündür. Məhkəmə, alimentin məbləğinin təyin olunması üsulunun dəyişdirilməsi məsələsini müzakir ə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları və iddiaçının alimentin müəyyən olunması barədə dəlillərini nəzərə alaraq cavabdehdən hər ay uşağa görə onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 76.1, 76.1.1, 104.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında" Qanun) 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə 21.05.2008-ci il təvəllüdlü oğlu XXXın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını qət etmişdir. Halbuki, il ərzində elə aylar olur ki, onun aylıq qazancı 500 manatı ötmür. Bu halda, o 125 manat aliment ödəməlidir. Halbuki, o, əvvəllər ödədiyi sabit pul məbləğinin miqdarını artıra da bilərdi. Beləliklə, məhkəmə alimentlə bağlı aralarında mübahisə olmadığı halda, qeyrimüəyyən nəticəyə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, iddiaçı əvvəlcə ona alimentin miqdarı barədə təklifini göndərməli, o, razılaşmasa, məhkəməyə hazırkı iddia ilə müraciət etməli idi. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8779/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassator Ailə Məcəlləsinin 76-cı maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçı ilə aralarında alimentlə bağlı narazılıq olmadığı halda məhkəmə heç bir əsas olmadan alimentin təyin olunması üsulunu dəyişmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə

75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onla rın valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddə 104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. Maddə.112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər “Uşaq hüquqları haqqında” Qanun Maddə

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad e tdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8779/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar