Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1254/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, abonent borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)6221/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Res publikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı İB BRQSD ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 03-2016 saylı müqavilənin surətinə əsasən həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. 2. “Gasrep” çıxarışına əsasən cavabdehin abonent hesabına 2017-ci ilin iyul ayında 1609,20 manat məbləğində borc hesablanmışdır. Həmin məbləğ ümumilikdə yaranmış borcun bir hissəsini təşkil edir.
3. Abonent saldosuna əsasən 2020-ci ilin may ayından noyabr ayınadək cavabdehin sərf etdiyi qazın dəyərini ödəmədiyinə görə 110,3 manat məbləğində borcu yaranmış, lakin cavabdeh həmin borcun 100 manat hissəsini 2020-ci ilin noyabr ayında ödəməklə sərf etdiyi təbii qaza görə 10,3 manat məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7069.4 məbləğində dəymiş ziyan, 300 manat hüquqi yardıma görə xərc, həmçinin 30 dövlət rüsumu, olmaqla cəmi 7399.4 manat pulun məcburi qaydada tutularaq İddiaçı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onunla əsas landırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı oarədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı iB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02940 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifad qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayn şəbəkəyə qanunsuz qoşulma) tələblərini p ozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsı olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazda qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları t ərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlara əsasən cəmi 6651,10 manat məbləğində zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 110,30 manat, əvvəlki illərdən isə 308 manat borcu qalmışdır. Məlumat üçün bildirilmişdir ki, cavabdeh 2017-2020-ci illin may ayınadək (mexaniki sayğac quraşdırılanadək) ərzində təbil qaza pul ödəməmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Bu da ona göstərir ki cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılmış (bu barədə kəsim aktları tərtib olunmuşdur), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinə də ziyan vurmuşdur). Cavabdehin İddiaçı İB-ə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 7069,40 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 7069,40 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. İş materiallarında olan, Cavabdeh adına olan abonent saldosundan (abonent kodu **********02940) əsasən cavabdehin hesabına 7069,40 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 5449,9 manat hissəsi xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 0132001, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli * ****** saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış borcdan ibarətdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.
8. Daha sonra iş üzrə cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsi əsasında məhkəmənin xx.x x.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
9. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə 2017-ci ildən 2020-ci ilədək aktlar tərtib olunmuşdur. Həmin aktlardan yalnız 2017-ci il tarixində tərtib edilmiş aktları qəbul edir. Belə ki, 2017-ci ilin qış aylarında qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Həmin xətt aşkar edilərək kəsildikdən sonra o, qeyri-qanuni xəttdən istifadə etməmişdir. Sonrakı aktlar uydurma aktlardır və onun həmin aktlar barəsində heç vaxt məlumatı olmamışdır. Onun ümumiyyətlə yaşadığı evlə bağlı aktların tərtib edilməsi barədə məluma tı olmamış, iddiaçının əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməmişdir. Həmin aktlar barəsində yalnız iş üzrə qiyabi qətnaməni əldə edəndən sonra məlumatı olmuşdur.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(003)2263/2022 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 841,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2017ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək hər ay tə bii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin X2nın pozulması ilə bağlı halların mövcudluğunu təsdiq edən digər təsdiqe dici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır. Bundan başqa 2017-ci ilin iyul ayında 1609,20 manat məbləğində borcun hansı əsaslarla cavabdehin abonent hesabına hesablanması, həmin borcun nədən yaranması barədə sübutlar məhkəməyə təqdim edilməməklə, həmin borcun yaranmasına səbəb olmuş halların, həmin borcun cavabdehin abonent hesabına əsaslı olaraq hesablanmasını iş materialları ilə də müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmə hesab etmişdir ki, 1609,20 manat məbləğində borcun cavabdehin abonent hesabına hesablanaraq ondan tələb edilməsi əsassızdır. Eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatını, onun tərəfindən qəbul edilmiş aktları, yəni 2017-ci ildə tərtib edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab etmişdir ki, həmin aktlar əsasında qazın itkisinə görə dəymiş zərərin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh həmin hissədə etirafedici izahat verməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İş materiallarında olan həmin ildə tərtib edilmiş aktlardan və abonent saldosundan görünür ki, 2017-ci ildə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına cəmi 831,4 manat məbləğində borc hesablanmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin məbləğdə pul cav abdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdeh tərəfindən istifadə edilmiş lakin dəyəri ödənilmiş qaza görə qalıq qalmış 10,3 manat məbləğində pul da cavabdehdən tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci, 21-ci, 21.2-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5ci, 6.6-cı, 6.7-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ni dəyişdirilərək, iddianın tam təmin edilməsi xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübutedir. Qeyd edilməlidir ki, aktlar təbii qazdan qanunsuz istifadə edilməsinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin məhkəmə cavabdehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir.Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-6221/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin müəyyən edilmi ş halları ondan ibarət olmuşdur ki, tərəflər arasında 03 aprel 2020-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
16. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin abonent hesabına 2017-ci ilin iyul ayında 1609,20 manat, aktlar əsasında 5449,9 manat və sərf etdiyi lakin dəyərini ödəmədiyi qaza görə 10,3 manat, ümumilikdə 7069,40 (1609,20+5449,9+10,3) manat borc hesablanmışdır.
17. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar c avabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübutedir. Qeyd edilməlidir ki, aktlar təbii qazdan qanunsuz istifadə edilməsinə dair əsaslardır.
18. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərtib edilmiş aktların ziddiyyətli olması dəyən ziyanın hesablanmasının mötəbərliyini şübhə altına alır.
20. Belə ki, iş materiallarına əlavə edilmiş aktlarda – kombi, dəmir soba, PQ4, radiator olmaqla müxtəlif qurğuların adları qeyd edilmişdir, həmçinin 1 ay fərqlə (06 fevral 2018-ci il tarixli akt) tərtib edilmiş aktlarda əvvə lki ayda (09 yanvar 2018-ci il tarixli akt) qeyd edilmiş qurğuların deyil, başqa qurğunun adı qeyd edilmişdir. Həmçinin aktlardan görünür ki, eyni qurğuya dair sərfiyyatın hesablanma qaydası müxtəlif olmuş, eləcə də hər dəfə aktlarda fərqli qurğuların adları qeyd edilmişdir.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən tərtib edilmiş aktlara dair hesablanmış və tələb olunan zərərin (borc məbləği) əsassız olması qənaətinə gəlmişdir.
22. Həmçinin birinci instansiya məhkəməsi iddia ərizəsinin - pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin tutulması hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə heç bir sənə d və ya sübut növünü təqdim etməmişdir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflə rin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. dəlilləri qətnamənin Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcələnin 21-ci, MPM-nin 77,88,217-ci maddələri ilə və AR Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş.Belə ki, işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb.Təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində 2017-ci ildən abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır.Həmçinin iddiaçı təqdim edilmiş aktlarla və abonent saldosu ilə sübut etdiyi halda məhkəmə demək olar ki sübutu nəzərə almamış və ya qətnamədə hər hansı münasibət bildirməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 33. 11-ci maddəsinin 6-cı hissəsinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34. 13-cü maddəsinin 8-ci hissəsinə (tərəflər arasında hüquq münasibətinin baş verdiyi vaxt qüvvədə olan redaksiya) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2 ”nın 35. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 36. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 37. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 38. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəy ə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
46. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı isə 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin X2nın pozulması ilə bağlı halların mövcudluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır. Bundan başqa 2017-ci ilin iyul ayında 1609,20 manat məbləğində borcun hansı əsaslarla cavabdehin abonent hesabına hesablanması, həmin borcun nədən yaranması barədə sübutlar məhkəməyə təqdim edilməməklə, həmin borcun yaranmasına səbəb olmuş halların, həmin borcun cavabdehin abonent hesabına əsaslı olaraq hesablanmasını iş materialları ilə də müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmə hesab etmişdir ki, 1609,20 manat məbləğində borcun cavabdehin abonent hesabına hesablanaraq ondan tələb edilməsi əsassızdır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməyən hissəsində tələb olunan zərərin (bor c məbləği) əsassız olması qənaətinə gələrkən haqlı olduğu ilə razılaşaraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş aktlarda – kombi, dəmir soba, PQ4, radiator olmaqla müxtəlif qurğuların adları qeyd edilmişdir, həmçinin 1 ay fərqlə (06 fevral 2018-ci il tarixli akt) tərtib edilmiş aktlarda əvvəlki ayda (09 yanvar 2018-ci il tarixli akt) qeyd edilmiş qurğuların deyil, başqa qurğunun adı qeyd edilmişdir. Həmçinin aktlardan görünür ki, eyni qurğuya dair sərfiyyatın hesablanma qaydası müxtəlif olmuş, eləcə də hər dəfə aktlarda fərqli qurğuların adları qeyd edilmişdir.Apellyasiya instansiyası göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, tərtib edilmiş aktların ziddiyyətli olması dəyən ziyanın hesablanmasının mötəbərliyini şübhə altına alır.
50. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir.
51. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Qeyd olunanlara əsasən kassasiya şikayəti dəlillərinin əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməli, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli 2(103)-6221/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.