Məhkəmə qərarları › İş №2(102)-1254/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1254/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1254/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1817/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X10 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsinin surətinə əsasən, onlar mübahisəli avtomobilin qiymətinin 13700 manat olacağını, İddiaçı ilkin olaraq 5000 manat pul verməsini, sonra isə 21 ay üçün aylıq 420 manatdan olmaqla ödəniş etməklə avtomobili ala biləcəyi barədə şərtlərlə razılaşaraq aralarında yazılı borc müqaviləsi bağlamışdırlar. 3. xx.xx.2020-ci il tarixli, 182381 saylı etibarnamənin surətinə əsasən, X10 “Mercedes Benz 320” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etməyi X19 etibar etmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin gö ndərilən soruğusuna əsasən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Mercedes Benz 320” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X19 (iddiaçının bibisioğlu) xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə verilmiş, sonuncunun sözügedən avtomobilə dair hüquqları xx.xx.2022-ci ildə təsdiq edilmişdir. Sözügedən avtomobil barədə xx.xx.2021-ci ildə X5 adına alqı-satqı müqaviləsi əsasında şəhadətnamə verilmişdir. 5. 22.11.2022-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mübahisə ilə bağlı mülki q aydada məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10100 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, o, hal-hazırda "xxxx" MMC-də çilingər vəzifəsində çalışır. Cavabdehlə “turbo.az” saytı vasitəsilə tanış olmuşdur. Belə ki, o, kreditlə verilən maşınlara baxmaq üçün “turbo.az” internet saytında axtarış apararkən “Mercedes Benz S Class” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Həmin avtomobilin sahibi ilə əlaqə saxlamaq üçün qeyd olunan internet saytında yerləşdirilən Namiq adlı şəxsə məxsus tel efon nömrəsini götürmüşdür. Həmin nömrəyə zəng etmiş və avtomobillə bağlı razılaşmaq üçün danışıqlar aparmışdır. Namiq adlı şəxs telefonda bildirmişdir ki, avtomobilin sahibi özüdür və üzbəüz şərtləri danışmaq üçün onu dəvət etmişdir. Ona görə də o, cavabdehlə görüşmək üçün Sumqayıt şəhərinə getmişdir. Bir qədər söhbətdən sonra aralarında olan razılığa əsasən cavabdeh avtomobilin faizlə birlikdə 13700 manat olacağını ilkin olaraq 5000 manat pul verməsini, sonra isə 22 ay üçün aylıq 420 manatdan olmaqla avtomobili ondan ala biləcəyini bildirmişdir. Qeyd edilən şərtlə bağlı aralarında yazılı borc müqaviləsi bağlanmışdır. Ancaq ödənişlər ediləndən sonra cavabdeh onu aldadaraq artıq bu sənədin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirmiş və sənədi ondan alaraq yararsız vəziyyətə salmışdır. O, ilkin olaraq cavabdehə 5000 manat ödədikdən sonra avtomobili idarə etmək üçün ona etibarnamə verməsini bildirmişdir. Etibarnamə verilən zaman onun sürücülük vəsiqəsi olmadığı üçün ilkin olaraq etibarnaməni bibisi oğlu Abidin adına rəsmiləşdirmişlər. Bu zaman o, avtomobilin sahibinin Nadir olduğunu cavabdehə bildirmiş, ancaq cavabdeh Nadirin onun qardaşı olduğunu və heç bir narahatçılıq olmadığını demişdir. O özünə sürücülük vəsiqəsi aldığından xx.xx.2022-ci il tarixdə 4 saylı notariat kontorunda adına etibarnamə almışdır. Bir müddət sonra cavabdeh ona ödənişi daha çox edəcəyi təqdirdə faiz olaraq ödəməli olduğu pulun miqdarının az olacağını bildirmişdir. Bu səbəbdən də o, banka müraciət edib 3000 manat kredit götürərək cavabdehə ödəmişdir. Bundan sonra artıq borcunun tam olaraq ödən ildiyini düşünmüş və avtomobilini rahatlıqla idarə etməyə başlamışdır. 2022-ci ilin ortalarında idarə etdiyi avtomobillə Gəncə şəhərinə gedən zaman postda olan DYP əməkdaşı avtomobilini saxlayaraq axtarışda olduğunu və məcburən duracağa gedəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı avtomobilin başqa şəxsə satıldığını bildirmiş və avtomobili duracaqda yerləşdirmişdir. Bu hadisədən sonra o, cavabdehlə əlaqə saxlayaraq ona ödədiyi pulların hamısını geri qaytarmasını bildirmişdir. Ancaq cavabdeh ona heç bir məbləğdə pul qaytarmayacağını bildirmişdir. O, cavabdehə ilkin olaraq 5000 manat, daha sonra 5 ay üçün ayda 420 manat olmaqla 2100 manat və 2020-ci ilin sentyabr ayında isə 3000 manat olmaqla, ümumilikdə 10100 manat pul ödəmişdir. O, cavabdehin etibarından sui-istifadə edərək onu aldad ıb ümumilikdə 10100 manat pulunu aldığına və hal-hazırki vaxtadək qaytarmadığına görə ona qarşı dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Tərəfindən daxil olmuş məlumat Sumqayıt şəhər Polis İdarəsində “HK-1” kitabında 1260 sayla qeydiyyata alınaraq araşdırılması Sumqayıt şəhər Pİ-nin baş təhqiqatçısı, polis kapitanı X11 həvalə edilmişdir. Yekunda cavabdehin əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən və bu əməlin mülki xarakter daşıdığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Aparılan araşdırma zamanı Cavabdeh izahatında ona qaytarmalı olduğu 10100 manat məbləği ondan aldığını etiraf etmişdir. Lakin, hal-hazırki vaxtadək cavabdeh borclu olduğu məbləği qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə ona maddi ziyan vurmuşdur.

8. Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. “Mercedes Benz S Class” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xalası oğlunundur. İddiaçı ilkin olaraq 5000 manat ödəmiş, bundan sonra müəyyən məbləği də bütöv şəkildə ödəniş etmişdir. Lakin, məbləğ yadında deyildir. İddiaçının avtomobilə görə 3700 manat borcu qalmışdır. İddiaçı ona demişdir ki, ailə qurmaq üçün ev tikir, başı qarışıqdır. O da iddiaçını müəyyən müddət gözləmişdir. Həmin müddət gəlib çatandan sonra iddiaçıya demişdir ki, xalası oğlu Vasifin xəstə qardaşı var, Vasifin atası da əlildir, Vasifə təcili pul lazımdır və 3700 manat borcu qaytarsın, Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı zamanı ona güzəşt də edəcəkd ir. Bu proseslər gedən zaman da iddiaçıya verdiyi etibarnamə ləğv olunmamışdır. İddiaçı avtomobili qaytarmaq istədiyini bildirmişdir. O da bildirmişdir ki, problem yoxdur, avtomobili gətirsin, avtomobili satmağa ona kömək etsin. İddiaçı avtomobili gətirmiş, amma avtomobil yaxşı vəziyyətdə olmamışdır. Avtomobil iddiaçıda 2 il qalmışdır. Avtomobilin onun adından satılması üçün saytda yerləşdirildiyini bildirəndə iddiaçı demişdir ki, avtomobili düzəltmək üçün çox xərc çəkməlidir və bununla razılaşmamışdır. O sonra iddiaçıya təklif etmişdir ki, avtomobili günü 20-30 manatdan icarəyə götürənlər olur, saytda elan yerləşdirsin, heç olmazsa, 2-3 ay ərzində ona olan borcu bağlasın, iddiaçı bununla da razılaşmamışdır. O, avtomobilin lombarda satılması ilə bağlı qeyd etmişdir ki, iddiaçı xalası oğlu Vasiflə birlikdə lombarda getmiş, lombardda bütün şərtlər ona izah olunmuş və lombarddan iddiaçının özünə etibarnamə verilmişdir. O, lombarddan öz pulunu götürmüşdür. İddiaçı lombarda 3-4 ay pul ödəmədiyi üçün lombard ödəniş etməsi ilə bağlı iddiaçıya xəbərdarlıq etsə də, iddiaçı ödəniş etmədiyindən iddiaçıya verilən etibarnamə lombard tərəfindən ləğv olunmuşdur. O, eyni zamanda qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Ona olan borc bağlanmışdır. Avtomobil üçüncü şəxsdədir, onda deyildir. İddiaçı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, lombarda olan pulu ödəmədiyi üçün ona verilən etibarnamə ləğv edilmişdir. O, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (ha kim Elmir Hüsyenov).

10. Məhkəmə qeyd etmişdir ki, Cavabdehn hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya zərər vurmamış, iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 567, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaranmış bu haldan dolayı iddiaçı cavabdehi onun etibarından sui-istifadə edərək aldatdığı, avtomobili satmaq, daha sonra isə faizi azaltmaq bəhanələri ilə toplamda 10100 manat məbləğində pulu alaraq aldatdığı və faktiki olaraq dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər polis idarəsinə müraciət etmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatla da iddiaçıdan 10100 manat pulu aldığını etiraf etmişdir. Lakin iş mülki tələblə bağlı olduğu üçün cavabdeh barəsində cinayət işi açılmamış və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hazırki vəziyyətdə də cavabdehin sözügedən avtomobili satmaq üçün sayta yerləşdirməsi, əvvəlcə faizlə birlikdə bütün məbləğ üzərindən razılığa gəlinməsi, daha sonra iddiaçını düşünürmüş kimi davranıb öz faizindən imtina edərək əsas borcun tam şəkildə ödənilməsini istəməsi, lakin əsas borc tam ödənildikdən sonra belə mülkiyyət hüququnun hələ də iddiaçıya verilməməsi, daha sonr a iddiaçıya verilmiş etibarnamənin ləğv edilməsi və əslində avtomobilin bir başqasına alğı-satqı yolu ilə verildiyinin məlum olması tam şəkildə cavabdehin çox peşəkar şəkildə iddiaçı ilə oynadığını, onun açıq şəkildə iddiaçını aldatdığını və iddiaçıya qarşı dələduzluq faktına yol verdiyini bariz şəkildə əks etdirməkdədir. Hazırda iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin verilməsi üçün heç bir əsas olmadığına görə iddiaçı tərəfindən cavabdehə verilmiş 10100 manat həcmində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdehin aldatma əsasında əldə etdiyi pul vəsaitini geri qaytarmaması onun əsassız varlanması hesab olunur. AR Mülki Məcəlləsinin yuxarıda qeyd edilmiş normasına əsasən isə əsassız varlanmış şəxs, yəni cavabdeh iddiaçının sözügedən avtomobil vasitəsinə görə vermiş olduğu pul vəsaitinin tamamını ona geri qaytarmalıdırlar. Lakin Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsinə əsasən hətta məhkəmə belə cavabdehin qeyriqanuni maraqlarını müdafiə etməyə davam etmişdir Yaranmış bu haldan dolayı iddiaçı cavabdehi onun etibarından sui-istifadə edərək aldatdığı, avtomobili satmaq, daha sonra isə faizi azaltmaq bəhanələri ilə toplamda 10100 manat məbləğində pulu alaraq aldatdığı və faktiki olaraq dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Şikayət Sumqayıt şəhər Polis İdarəsində “HK-1 kitabında 1260 sayla qeydiyyata alınmış və araşdırılmaq üçün Sumqayıt şəhər Polis İdarəsinin baş tədqiqatçısı, polis kapitanı X7 icraatına verilmişdir. Araşdırılma zamanı Cavabdeh polis idarəsində verdiyi izahatla o, iddiaçıdan 10 100 manat pulu aldığını etiraf etmişdir. Cavabdeh tərəfindən həmin məbləğin iddiaçıdan alınması faktı bu məhkəmə işi üzrə preyudisial əhəmiyyət daşısa belə müvafiq məhkəmə bu hissəyə tamamilə əhəmiyyət verməmiş, qəbul edilmiş qərar isə cavabdehin məhkəməyə vermiş olduğu izahatlar nəticəsində qəbul edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X26 və X20) 2(105)-1817/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 9300 (doqquz min üç yüz) manat pul və ödənilmiş 110 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, m übahisəli nəqliyyat vasitəsi cavabdehin qardaşı X4 adına qeydiyyata alınsa da, avtomobilə dair münasibətlər iddiaçı ilə cavabdeh arasında olmuş, nəqliyyat vasitəsinin satışı ilə əlaqədar cavabdeh iddiaçıdan ilkin olaraq 5000 manat, sonradan isə 4300 manat, ümumilikdə 9300 manat məbləğində pul almışdır. İş materiallarından görünür ki, nəqliyyat vasitəsinin sahibi X4 adından ilkin olaraq X17 adına etibarnamə verilmiş, etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunda qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan ümumi 10000 manat yaxın pul almış, 3700 manat borcu qalmışdır. İddiaçı pulu ödəyə bilməyəndə ona təklif etmişdir ki, avtomobili lombarda qoyub pul götürsün, avtomobili lombarda qoyub 3 700 manat pul götürmüşlər.

16. Bundan başqa, işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X23 izahatında qeyd etmişdir ki, nəqliyyat vasitəsini girov qoyulması üçün Şiraslan ilə lombarda getmiş, avtomobili girov qoymuş, lambardda ona avtomobilin Asiman adlı şəxsin adına sənədləşməli olduğu, bundan sonra Şiraslana həmin şəxs tərəfindən etibarnamə veriləcəyi bildirilmiş, Şiraslan ilə Nadir bir yerdə qeydiyyat –İmtahan Şöbəsinə getmiş, Nadir imza edərək avtomobili öz sahibliyindən Asiman adlı şəxsin sahibliyinə keçirmiş, bundan sonra Şiraslanla lombarda qayıtmışlar, Şiraslana avtomobili idarə etmələri üçün etibarnamə və 3700 manat pul verilmişdir. Həmin qərardan görünür ki, lombarın sahibi X13 bildirmişdir ki, avtomobil girov qoyularaq Şiraslana 800 0 manat pul verilmiş, avtomobil lombardın işçisi Asımanın adına sənədləşdirilmiş, Şiraslana idarə edilməsi üçün etibarnamə verilmişdir. Həmin qərardan görünür ki, X10 izahatında qeyd etmişdir ki, sürücülük bacarığı yoxdur, lakin qardaşı Namiq onun adına Mercedes Benz markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, hər hansı proseslərdən məlumatı olmamış, avtomobil sadəcə onun adına olmuş, avtomobili heç vaxt idarə etməmiş, avtomobilə dair hərəkətlər etibarnamə verdiyi qardaşı Namiq tərəfindən həyata keçirilmişdir,

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmamış, ona nəqliyyat vasitəsi üzərində sərəncam vermək, satmaq, eləcə də girova qoymaq səlahiyyətini verilməsinə dair hər hansı etibarnamə verilməmiş, yalnız avtomibil i idarə edilməsi üçün etibarnamə verilmişdir. Həmin avtomobilin lombarda girov qoyulmasında X23 iştirak etmiş, avtomobilin alğı-satqı müqaviləsi əsasında X6 adına sənədləşdirilməsi üçün BDYPİ Sumqayıt şəhəri Qeydiyyat-İmtahan X2 getmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli nəqliyyat vasitəsi üzərində hər hansı sərəncam vermək hüququ olmayan iddiaçının, eləcə də avtomobilin lombardın işçisinin adına sənədləşdirilməsi üçün səlahiyyətli olmadığından onun həmin avtomobili girov qoyaraq lombarddan hər hansı məbləğdə pul götürməsini ağlabatan hesab etmir. Həmçinin lombard sahibi Rüstəm Səmədovun izahatında lombarda Şiraslana 8000 manat pul verilməsini bildirsə də, Vasif Şıxıyev isə lombarddan Şiraslana 3700 manat pul verildiyini bildirmişlər ki, bunu da məhkəmə kollegiyası əsa slı hesab etmir. Eyni zamanda iddiaçıya lombard tərəfindən hər hansı məbləğdə pul verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsinin iclasında suallara cavab verərkən avtomobili lombarda girov qoyub 3700 manat pul götürdüklərini bildirmişdir. Qeyd edilənlərdən müəyyən edilir ki, nəqliyyat vasitəsi lombarda iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən qoyulmuş, həmin nəqliyyat vasitəsi cavabdehin qardaşı Nadir tərəfindən alğı-satqı müqaviləsi əsasında Asiman adlı şəxsin adına rəsmiləşdirilmiş, bununla da nəqliyyat vasitəsinin girov qoyulması müqabilində lombarddan iddiaçı tərəfindən pul götürülməsi təkzib edilmişdir.

19. Bundan başqa iş materiallarından görünür ki, X12 tərəfindən iddiaçıya nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş, daha sonra isə etibarnamə ləğv edilmişdir.

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 9300 manat pul verilməsi cavabdehin izahatı ilə təsdiq edilmiş, həmin pulun əvəzində iddiaçıya verilmiş nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə ləğv edildiyindən nəqliyyat vasitəsi iddiaçıdan alınmış, bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki mübahisə ilə əlaqədar münasibətlər iddiaçı ilə cavabdeh arasında aparıldığından, avtomobilin qarşılığından 9300 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verildiyindən birinci instansiya məhkəməsinin Cavabdeh hər hansı hərəkət və ya hərəkətsiz liyi ilə iddiaçıya zərər vurmaması, iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmaması barədə mövqeyini əsaslı hesab etmir.

22. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 442, 448.1, 531, 567, 777.1, 777.2, 779.1, 1096.1, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh öhdəliyini (mövcud olmayan) pozmasına və lazımınca icra etməməsinə, bununla da öhdəli yi icra etməməsinə görə məsuliyyət daşımasına və iddiaçıya zərər vurmasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərlə və tərəflərin izahatları ilə işin müəyyən olunaraq sübuta yetirilmiş mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh arasında sonuncunun xalası oğluna məxsus avtomobilin 13700 manat məbləğində alqı-satqısına dair müzakirə aparılmış, Cavabdeh avtomobilin alqı-saqtısında vasitəçi kimi çıxış etmiş, iddiaçı ilkin olaraq 5000 manat ödəniş etmiş, yerdə qalan məbləğin hər ay 420 manat olmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci tarixədək ödənilməsinə dair öhdəlik götürmüş (bu hal borc müqaviləsi ilə rəsmləşdirlmişdir) və qeyd olunan müddət üçün iddiaçının bibisi oğluna etibarnamə verilməklə, avtomobil iddiaçının sahibliyinə verilmişdir. Bundan sonr a iddiaçı sürücülük hüququ əldə etdiyi üçün xx.xx.2020-ci il tarixdə ona etibarnamə verilmiş və avtomobil iki ilə yaxın müddətdə iddaçıda qalmışdır. Lakin, iddiaçı üzərinə götürdüyü öhdəliyini tam şəkildə yerinə yetirə bilməmiş və onun avtomobilə görə 3700 manat borcu qalmışdır. Bundan sonra tərəflərin razılığı əsasında iddiaçının borcunun bağlanması üçün avtomobil xx.xx.2021-ci il tarixdə üçüncü şəxsə, yəni lombard işçisi olan X1 və avtomobil Asiman İsmayılovaya satılarkən iddiaçı qəbul etmişdir ki, Asiman İsmayılova onun Nadir Abdullayevə qalan borcunu tam ödəyir, avtomobilə dair iddiaçıya etibarnamə verilir, iddiaçı isə 12 ay müddətində X16 Abdullayevaya ödədiyi vəsaiti, həmçinin lombard xərc və faizlərini ödəməyə razılıq vermiş və avtomobil Asiman İsmayılovanın mülkiyyətinə keçdikdən s onra iddiaçı ondan xx.xx.2021-ci il tarixli iki il müddətinə olan etibarnaməni qəbul edərək avtomobili istifadə etməkdə davam etmişdir. Lakin iddiaçı 2022-ci ilin yanvar ayından lombarda ödəniş etməli olduğu halda, həmin ödənişləri etməmiş və nəticədə 2022-ci ilin ortalarında ona verilmiş etibarnamə ləğv edilmişdir. Göründüyü kimi Cavabdeh hər hansı hərəkət və hərəkətsizliyi ilə iddiaçıya zərər vurmamış və onun iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Buna baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərlə sübuta yetirilmiş qeyd olunan halları və xüsusatları nəzərə almamış, bununla da Mülki Məcəllənin 21, 442, 448.1 və 1096-cı maddələrini mübahisəyə düzgün tətbiq etməmiş və qeyd olunan maddi hüquq normalarının mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsi ndə isə iddia tələbinin qismən təmin edilməsinə dair qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

37. İşə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli nəqliyyat vasitəsi cavabdehin qardaşı X4 adına qeydiyyata alınsa da, avtomobilə dair münasibətlər iddiaçı ilə cavabdeh arasında olmuş, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 9300 manat pul verilməsi cavabdehin izahatı ilə təsdiq edilmiş, həmin pulun əvəzində iddiaçıya verilmiş nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə ləğv edildiyindən nəqliyyat vasitəsi iddiaçıdan alınmış, bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Bu səbəbdən iddia 9300 manat həcmində əsaslı sayılaraq təmin edilmişdir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik o lan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1817/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar