Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1255/2018 02.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1255/2018 şəhəri 02 mart 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli 2(103)-9201/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Misirzadə) 30.01.2017-ci il tarixli 2(011)1028/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh S8 arasında bağlanmış 22.06.2015-ci il tarixli 15007-2602/016405 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 27.229,94 manat əsas borc, 3.194,70 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 30.474,64 manat pul vəsaitinin, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər S8 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, tələbin S8nın m ülkiyyətində olan Bakı şəhəri ******************** nömrəli evin **** nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri ***************** nömrəli mənzilinin ilkin satış qiymətinin 80.600 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 30.474,64 manat pul vəsaiti, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin S8 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, R.Eyvazov, F.Talışinski) 18.10.2017-ci il tarixli 2(103)-9201/2017 nömrəli qətnaməs i ilə cavabdeh S8nın apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli 2(011)-1028/2017 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ilə cavabdeh S8 arasında bağlanmış 22.06.2015-ci il tarixli ***************** nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər S8 və Cavabdeh2 27.229,94 manat əsas borc, 3.194,70 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 30.474,64 manat pul vəsaiti, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, tələbin S8nın mülkiyyətində olan Bakı şəhəri************************ nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri************************** nömrəli mənzilinin ilkin satış qiymətinin 80.600 manat olmaqla açıq hərracdan s atılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 30.474,64 manat pul vəsaiti, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin S8 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kred it müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 24.06.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh S8 ilə İddiaçı arasında bağlanmış 22.06.2015-ci il tarixli ******************* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər S8 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 27.229,94 manat əsas borc, 3.194,70 manat faiz, 577,65 manat cərimə olmaqla, cəmi 31.002,29 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, cavabdeh S8na məxsus olan Bakı şəhəri ************************ küçəsində, ümumi sahəsi 62 m2, yaşayış sahəsi 25,4 m2, yardımçı sahəsi 33,6 m2 olan, ev 5a ünvanda yerləşən 1 otaqlı, 92 nömrəli mənzilinə tutma yönəldilməsi, həmin mənzilin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh S8nı n İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan borcun cavabdehlər S8 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli qətnam əsinin tamamilə, yaxud qismən ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı-nin nümayəndəsi, Cavabdeh1 və vəkili Vəkil, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin vəkili Ə6 kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 18.10.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.10.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh S8nın apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli qətnaməsini ləğv edib, İddiaçı ilə cavabdeh S8 arasında bağlanmış 22.06.2015-ci il tarixli **************** nömrəli kredit müqaviləsini ləğv edib, cavabdehlər S8 və Cavabdeh2 27.229,94 manat əsas borc, 3.194,70 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 30.474,64 manat pul vəsaiti, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, tələbin S8nın mülkiyyətində olan Bakı şəhəri ********************** nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri ************************** nömrəli mənzilinin ilkin satış qiymətinin 80.600 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 30.474,64 manat pul vəsaiti, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat pul vəsaitinin S8 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMCnin hesabına ödənilməsi qənaətinə gələrkən, həmçinin iddianı qa lan hissədə rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə S8 arasında bağlanmış 22.06.2015-ci il tarixli 15007-2602/016405 nömrəli kredit müqaviləsinə əsasən bank borc alan S8na illik faiz dərəcəsi 29 % olmaqla 36 ay müddətinə 30.000 manat kredit verməyi, borc alan təqdim edilmiş cədvəl üzrə borcu və faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) i sə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.06.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan S8nın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə v ə ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan S8 arasında bağlanmış 22.0 6.2015-ci il tarixli ******************** Sİ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən S8 mülkiyyətində olan Bakı şəhəri ************************** nömrəli mənzilini 22.06.2015-ci il tarixli ******************* nömrəli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı məqsədi ilə İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin qiyməti 71.300 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 13.01.2017-ci il tarixli 20 nömrəli hesabatdan görünür ki, Bakı şəhəri ************************ nömrəli mənzilinin bazar dəyərinin 80.600 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.07.2015-ci il tarixli RX seriyalı ******* nöm rəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın (Bakı şəhəri ********************** nömrəli mənzili) ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 1383 nömrəli reyestr kitabının 126483 nömrəli vərəqində 03.07.2015-ci il tarixdə qeydiyyat aparılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərd ə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetin ə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təstiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipot eka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiy i öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müvafiq prosessual normanın tələblərini pozmuş və cavabdehlərə işə baxılması ilə bağlı keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa ləğv edilməlidir. Belə olduğu təqdirdə, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul etməkdə, həmçinin qətnamə ləğv edildiyindən şikayətin dəlilindən asılı olmay araq, qətnamənin qanuniliyini tam şəkildə yoxlamaqda haqlı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - Cavabdeh1 münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Az ərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli 2(103)9201/2017 nömrəli qətnaməsi - Cavabdeh1 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1255/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1255/2018
02.03.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver