Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1255/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 22 fevral 2019-cu il İş № 2(102)-1255/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkilinin 2 iştirakı ilə, Cavabdeh1 nümayəndəsi və vəkili1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12137/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-16129/2017 nömrəli iş üzrə 21 dekabr 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh1 və cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 86026,53 ABŞ dolları əsas borc, 6595,37 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 92622,09 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdeh1 ilə iddiaçı ASC arasında bağlanmış 25.11.2015-ci il tarixli müqavilə və 30.03.2017-ci il tarixli əlavə saziş ləğv edilmiş, qalan hissədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-3677/2018 nömrəli iş üzrə 12 iyul 2018-ci il tarixli qərardadı ilə iddiaçı AS C-nin cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməyə göndərilməsi barədə cavabdehin vəkilinin vəsatəti təmin edilməməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-3677/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov) 2(103)-12137/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞİN H ALLARİ: İddiaçı ASC cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili 1 məhkəməyə ərizə göndərərək mülki işin məhkəmə aidiyyəti üzrə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2.4-cü maddəsinə əsasən qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr İnzibati-İqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aid olduğundan, hazırkı iddia tələbinə İnzibati-İqt isadi məhkəmədə baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 nümayəndəsi və vəkili1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12137/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərardadının tamamilə ləğv edilməsi və işin aidiyyəti üzrə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdeh1 nümayəndəsi və vəkili1 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı Açıq Səhmdar Cəmi yyətinin vəkili2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12137/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələ binə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, ya xud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilən Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qeyd olunan Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Adıçəkilən Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsəl ə qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilən Məcəllənin 36-cı maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin aidiyyat barədə vəsatətinin əsaslı olmaması nəticəsinə gəlmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalar ından da göründüyü kimi, qanunverici, işlərin iqtisad məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyektiv tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının tələbi mahiyyət etibarilə iqtisadi xarakterli olmamaqla, iddia tələbi, “borcun tutulması”ndən ibarət olmaqla, tamamilə mülki münasibətlərindən irəli gələn tələbdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qanunvericiliyinin yuxarıda göstərilən tələblərini nəzərə alıb düzgün olaraq işin aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməyə göndərilməsinə dair cavabdehin vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər Apellyasiya Məhkəməsinin qanuni və əsaslı olan qərardadının ləğvinə əsas ola bilməz. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkan prosessual hüquq normaları duzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 nümayəndəsi və vəkili1 kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12137/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyəi minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-1255/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1255/2019
22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver