Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1255/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2261/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tar ixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik faizi 17 faiz olmaqla 48 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq bankla Elnur Alcanov arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kvadrat metr ümumi, 64,9 kvadrat metr yaşayış, 79,1 kvadrat metr köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evini bank qarşı sında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 4.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 70000 manat məbləğində təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizələr ilə müraciət edərək borc alan Cavabdeh3 hesabına xx xxxx 2014-cü il tarixli **********55914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 144 kvadrat metr ümumi, 64,9 kvadrat metr yaşayış, 79,1 kvadrat metr köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və xx xxxx 2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 iddiaçı ASC “Xalq” Bankı qarşısında 28671,28 ABŞ dolları əsas borc, 15321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi i lə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 14717,52 ABŞ dolları məbləğində penya, cəmi 61818,49 ABŞ dolları və xx xxx 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xah iş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq F. Alcanov borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. xx xxxx 2014-cü il tarixli **********5914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 28671,28 ABŞ dolları əsas borc, 15321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas bo rc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 14717,52 ABŞ dolları məbləğində penya, cəmi 61818,49 ABŞ dolları və xx xxx 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmas ı, tutmanın Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 144 kvadrat metr ümumi, 64.9 kvadrat metr yaşayış, 79.1 kvadrat metr köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 banka olan borcunu lazımı qaydad a ödəmədiyi üçün banka 28671,28 ABŞ dolları əsas, 15 321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5faiz dərəcəsi ilə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 14717,52 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 61818,49 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 21061 saylı ekspert rəyindən görünür ki, xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci i l tarixinə Cavabdeh3 ASC “Xalq” Bankına olan əsas borc üzrə 35967,75 ABŞ dolları, faiz borcu üzrə 8437,81 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası “xxxx” MMC-nin dekabr 2018-ci il tarixli 18/DR/12-18 saylı Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi yerinə yetirilmiş, qiymətləndirmə üçün təqdim olunmuş əmlak və müvafiq sənədlər şirkətin mütəxəssisləri tərəfindən yerində öyrənilmiş, əmlakın bazar dəyəri müəyyən edilmiş, xərc yanaşması və müqayisəli satış metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan fərdi y aşayış evinin xx xxxxxx 2018-ci il tarixlinə bazar dəyəri 120000 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası “Roveks Konmark” Konsaltinq” şirkətinin xx xxxxxxx 2019cu il tarixli 190532 XB saylı daşınmaz əmlakın (Fərdi yaşayış evi) dəyərləndirilməsi barədə rəydən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən Cavabdeh1 məxsus olan 17 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi yerinə yetirilmiş, qiymətləndirmə üçün təqdim olunmuş əmlak və müvafiq sənədlər şirkətin mütəxəssisləri tərəfindən yerində öyrənilmiş, əmlakın bazar dəyəri müəyyən edilmiş, xərc yanaşması və müqayisəli satış metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında X3 məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixlinə bazar dəyəri 90000 manat, likvid d əyəri 85000 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20545 saylı ekspert rəyindən görünür ki, ASC “Xalq” Bankı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarixə Cavabdeh3 ASC “Xalq” Bankına olan əsas borc üzrə 35967,75 ABŞ dolları, faiz borcu üzrə 8437,81 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 4902 saylı ekspert rəyindən görünür ki, ASC “Xalq” Bankı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarix inə Cavabdeh3 ASC “Xalq” Bankına olan əsas borc üzrə 35967,75 ABŞ dolları, faiz borcu üzrə 8437,81 ABŞ dolları müəyyən edilir. Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 xx xxxx 2014-cü il tarixli **********55914 №-li Kredit müqaviləsinə əsasən 28671,28 ABŞ dolları əsas borc, 15321,45 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxxx 2018-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5faiz dərəcəsi ilə hesablanmış 3108,24 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1470 ABŞ dolları məbləğində penya, cəm i 78570,97 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) və xx xxx 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixə qədər əsas borc məbləğinə illik 5faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən cavabdeh X3 mülkiyyət hüququ üzrə ona məxsus 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 144 kvadrat metr ümumi, 64.9 kvadrat metr yaşayış, 79.1 kvadrat metr köməkçi sahəsi olan 17 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X5 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 300 manat ekspertiza xərcinin alınıb Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(026)-2/2020 saylı qərardadı ilə Qobustan Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(026)-2/2020 s aylı qətnaməsindəki yanlışlığın düzəldilməsi, qətnamənin “nəticə” və “qət etdi” hissələrindən “cəmi 78.570.94 ABŞ dolları” əvəzinə “cəmi 48.570.97 ABŞ dolları” oxunulması qərara alınmışdır. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bank tərəfindən cərimə borcunun 14717,52 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcu 1470 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı dəlillərini qeyd edilən normalara istinad edərək əsassız hesab etmiş, ipoteka predmetinin ilkin satış qiymətinin mütəxəssi rəyi ilə müəyyən olunmasını barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti işin hallarına uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavavbdehin qardaşı Cavabdeh1 başqa yaşayış yeri olmadığı üç ün həmin hissədə qətnamənin ləğv edilməsi barədə gətirdiyi dəlili qəbul etməyərək qeyd etmişdir ki, ipoteka predmetinin yeganə yaşayış evi olması ipoteka predmetinə yönəldilməməsi üçün əsas olan hal deyildir. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 №-li qərarında qeyd edilmişdir ki, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlak tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid deyildir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 cərimə və faizlərin həddindən artıq şişirdilməsi barədə gətirdiyi dəlili qəbul etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcu cavabdehin maddi vəziyyətinə əsasən nəzərə alınıb azaldılmışdır və faiz borcu ekspertiza rəyinə əsasən hesablanmışdır. Qeyd edilənərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh X5 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsi ndə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Devalvasiya baş veridyindın cavabdehin maddi vəziyyət pisləşməsi nəzərə alınmamışdır. Ölkədə karantin rejimi və müharibə şəraiti olduğundan kredit müqaviləsinin şərlərinə görə həmin hallar fors-major hadisələri hesab edilməli, müvafiq olaraq həmin müddətlər üçün borlu öhdəliklərin icra edilməsindən azad edilməli idi. Məhkəmə dəbbə pulunun 100 ABŞ dolları həddinə azaldılması barədə xahişini təmin etməməklə də səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X2 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X4 mə hkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tdigər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda bo rclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borcl u çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda i sə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Ölkədə karantin rejimi və müharibə şəraiti olması, cavabdehi müqavilə şərtləri üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən azad edilməsi üçün əsas olan hal deyildir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və M PM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2261/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.